Kilo Haqqında

Çəki
Tez-tez verilən suallar

Kilo Haqqında

Düşüncə gücü ilə necə arıqlamaq olar?

Çəki yığmaq və ya atmaq prosesi uzun bir müddət tələb edir. Çəki almağa səbəb olan faktorlar qidalanma, bir qida qəbulunun həcmi, hərəkətsizlik, hərəkət və məşqlər haqqında beynimizdəki çəki almağa səbəb olan düşüncə və inanclardır. Şüuraltımızda bu cür inancların var olması vərdiş və davranışlarımızın təkrarlanmasına gətirib çıxarır. Beləliklə, səhv vərdişlərimiz çəki almağa, düzgün vərdişlərimiz isə çəki atmağa və ideal bədənə sahib olmağa səbəb olur. Bu vərdişlərimiz şüuraltı tərəfindən idarə olunur və onlar dəyişdiyində bədənimiz də qalıcı olaraq dəyişər. Bununla yanaşı, şüurumuzda bədənimiz və görünüşümüz haqqında olan məlumatlar ideal bədən quruluşumuzun formalaşmasına səbəb olur.

Pəhrizsiz necə arıqlamaq olar?

Pəhriz (qidalanma) bədənə giriş hissə deməkdir, beyninizi daim pəhrizə fokusladığınızda girişi möhkəmləndirirsiniz, bu isə həddən artıq qida haqqında düşünməyə gətirib çıxarır. Pəhriz yerinə hərəkət, yəni enerji sərfiyyatı haqqında düşünmək lazımdır. Metodumuzda qida baxımından hər hansı bir qadağa yoxdur, bədənin ehtiyacı olan qədər yemək üçün yönləndirilmiş təlqinlər var. Çəkiyə səbəb olan hərəkətsizlikdir, çəkini atmağa da səbəb hərəkətlilik olacaq. Pəhriz bir kökəlmək üsuludur, pəhriz etdiyiniz müddətcə çəki atarsınız, lakin dayandırdığınız anda artıqlaması ilə yenidən çəki yığarsınız. Qidalanmaya və hərəkətə olan münasibətiniz, düşüncələriniz, inanclarınız dəyişmədiyi müddətdə qalıcı arıqlamağınız mümkün olmayacaq.

Bu metodla arıqladıqdan sonra yenidən çəki yığa bilərəm?

Bədən və şüurdakı məlumatlar stabil olmadığı üçün ömür boyu çəki almaqla qarşı qarşıyayıq. Lakin təlqinlərə təkrar-təkrar qulaq asıldıqda inancınız güclənəcək. Şüuraltınızdakı inanclarınız gücləndiyində çəki almaq riski olmur. Məsələn, bir müsəlmana donuz əti yedirdə bilərsiniz mi? Xeyr, çünki inancı güclüdür. Qidalanma və hərəkət haqqında düzgün inanclar əmələ gəldiyində risk aradan götürülmüş olur.

İnstagram Sayfamız

This error message is only visible to WordPress admins

Error: No connected account.

Please go to the Instagram Feed settings page to connect an account.

Youtube Kanalımız