KVKK Aydınlatma Metni

Məlumatların Qorunması Haqqında AR Qanunu 

“Fərdi Məlumatların Qorunması Haqqında Qanun” Açıqlama Mətni

Əsas anlayışlar

 Bu Qanunda istifadə olunan əsas anlayışlar aşağıdakı mənaları ifadə edir:

Fərdi məlumatlar — şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyənləşdirməyə imkan verən istənilən məlumat;

Fərdi Məlumatların Qorunması Haqqında Qanun:Bakı şəhəri, 11 may 2010-cu il;№ 998-IIIQ

Deniz Egece Neuroscience Academy MMC: Azərbaycan,Bakı şəhəri,Xətai rayonu,8 Noyabr prospekti 15,Azure BM,№116; AZ1025

Fərdi məlumatların subyekti (bundan sonra — subyekt) — barəsində fərdi məlumatlar toplanılan, işlənilən və mühafizə edilən, kimliyi müəyyənləşdirilmiş və ya müəyyənləşdirilən fiziki şəxs;

 Fərdi məlumatların mülkiyyətçisi (bundan sonra — mülkiyyətçi) — qanunvericiliklə müəyyən edilmiş qaydada fərdi məlumatların informasiya sistemi və ya ehtiyatı üzərində tam sahiblik, istifadə, sərəncamvermə hüququnu həyata keçirən, fərdi məlumatların işlənilməsi məqsədini müəyyən edən dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;

Fərdi məlumatlardan məsul şəxs

Adı/ÜNVANI

Deniz Egece Neuroscience Academy MMC

Şirket Adresi:Azərbaycan,Bakı şəhəri,Xətai rayonu,8 Noyabr prospekti 15,Azure BM,№116; AZ1025

Fərdi məlumatların istifadəçisi (bundan sonra — istifadəçi) — yalnız özü üçün zəruri informasiyanın əldə olunması məqsədi ilə səlahiyyətləri daxilində mülkiyyətçi tərəfindən müəyyən edilmiş qaydada və həcmdə fərdi məlumatlardan istifadə hüququ verilmiş dövlət və ya yerli özünüidarə orqanı, hüquqi və ya fiziki şəxs;

● Ad, Soyad

● Doğum Tarixi

● Cinsiyət

● Şəxsiyyət vəsiqəsinin seriya və nömrəsi

● Şəxsiyyət vəsiqəsini verən orqan

● Faktiki yaşayış ünvanı

Fərdi məlumatların istifadə məqsədləri

“Fərdi məlumatların qorunması” haqqında AR qanununa əsasən

∙Hüquqa və dürüstlük qaydalarına uyğun

∙Doğru və lazimi aktual

∙Müəyyən, açıq ve qanuni məqsədlər üçün

∙İstifadə edildiyi məqsədlə əlaqəli, məhdud və müəyyən edilmiş çərçivədə

∙Əlaqəli olduğu mövzuda nəzərdə tutulmuş və ya istifadə edildikləri məqsəd üçün lazım olan müddətə qədər  qorunmaq,qanuna uyğun şəkildə Deniz Egece Neyroelm Akademiyası tərəfindən aşağıda qeyd edilən hallarda istifadə edilmək üçün 

Deniz Egece Neyroelm Akademiyasının fəaliyyət sahələri;

  • Arıqlama ilə əlaqəli məhsullar olan kitab və dibləmə cihazları almaq.
  • Seminarlar təşkil etmək
  • Fəaliyyətə aid olan əlaqəni qurmaq və davam etdirmək
  • Onlayn təlim müraciəti

Fərdi məlumatların mübadiləsi

Bu müqaviləni imzalayan və xidmət alan şəxslər Deniz EGECE Neyroelm Akademiyasının davam etməsi üçünlazım olduqda  dolğun fərdi məlumatların istifadə edilməsi qaydaları və məqsədləri çərçivəsində qorunmasına,qeydiyyata alınmasına,lazım olduqda ölkə daxili və ya xarici üçüncü şəxs və qurumlarla (fəaliyyət tərəfdaşı, iş birliyi edilən qurum, mal tədarükçüsü, hüquqi baxımdan icazəsi olan şəxs və ya xarici ölkələr) ötürülməsinə birbaşa icazə vermiş hesab edilir,yuxarda göstərilən əməliyyatlar üçün yenidən icazə alınmasına ehtiyac qalmadığı qəbul edilir. 

Fərdi Məlumatların Toplanması Üsulları və Hüquqi Əsası 

Fərdi məlumatlarınız, Deniz EGECE Neyroelm Akademiyası tərəfindən;

∙Deniz EGECE  Veb Saytının Qeydiyyat Formaları

Subyektin hüquqları

Subyekt aşağıdakı hüquqlara malikdir:

 informasiya sistemində özü barəsində fərdi məlumatların mövcudluğu, onların mülkiyyətçisi və ya operatoru haqqında məlumat almaq;

informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin hüquqi əsaslandırılmasını tələb etmək, bu məlumatların toplanılmasının, işlənilməsinin və üçüncü şəxslərə verilməsinin subyekt üçün hansı hüquqi nəticələrə səbəb olacağı barədə məlumat almaq;

 informasiya sistemində özü barəsində toplanılmış fərdi məlumatların məzmunu ilə tanış olmaq;

 informasiya sistemində özü barəsində fərdi məlumatların toplanılması və işlənilməsi məqsədini, işlənilmə müddətini, üsullarını, onun fərdi məlumatları ilə tanış olmaq icazəsi olan şəxslərin, o cümlədən məlumat mübadiləsi aparılması nəzərdə tutulan informasiya sistemlərinin dairəsini bilmək;

 informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların dəqiqləşdirilməsini və qanunvericiliklə müəyyən olunmuş hallar istisna olmaqla, məhv edilməsini tələb etmək, habelə həmin məlumatların müəyyən olunmuş qaydada arxivə verilməsi barədə müraciət etmək;

özü barəsində fərdi məlumatların toplanılmasına və işlənilməsinə qadağan qoyulmasını tələb etmək;

informasiya sistemində özü barəsində toplanılmış və işlənilən fərdi məlumatların əldə edilməsi mənbələri barədə məlumat almaq, həmin məlumatların qanuniliyinin sübuta yetirilməsini tələb etmək;

Maddə 19. Fərdi məlumatlar haqqında qanunvericiliyin pozulmasına görə məsuliyyət

Bu Qanunun pozulmasında təqsirli olan şəxslər Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş qaydada məsuliyyət daşıyırlar.