Tez-tez verilən suallar (65-75)
Tez-tez verilən suallar (65-75)

Tez-tez verilən suallar (65-75)

2019/10/17 767

Suallar:

 

 

65.    Həqiqətən də bu metodla arıqlayanlar var mı?

15 ildir araşdırmalar aparan, bu mövzuda kitabları, CD-ləri olan, minlərlə seminar və düşərgələr keçirdən, televiziya proqramları və yazılı KİV-də yer alan bir insanın təbii ki, arıqlatdıqları var. Əks-təqdirdə digər arıqlama məhsulları kimi 1 il dəbdə olar, gələn il isə adı belə eşidilməz. Dəniz bəyin araşdırmaları elmi araşdırmalardır və arıqlama məhsulları ilə müqayisə oluna bilməz. 7 ildir daima düşərgələr keçirdən, 15 ildir adı eşidilən və hər keçən gün ayrı bir xarici dilə tərcümə olunan işlər nəticə verməsə və həqiqət olmasa, bunlar mümkün ola bilərmi?


66.    Saytınızdan sifariş verdim, lakin tam güvənə bilmirəm... 

Dəniz Egece adına vaxt aşırı saxta saytlar yaradılır, lakin biz tərəfdən hüquqi qaydalara əsasən onlar bağlatdırılır. Saytlarımızda bizimlə işləyənlərin adları və şəkilləri var, onlardan başqa insanların bizimlə əlaqələri yoxdur. 


67.    Çəkili deyiləm, lakin problemlərim var, bunları necə dəf edə bilərəm?

Bu metod tək çəki atmaq üçün deyil, həmçinin, həyatınızı müsbət istiqamətdə dəyişmək üçün faydalı ola bilər. Necə ki, metod deyir ki, çəki atmaq üçün qidalanma haqqında deyil, hərəkət haqqında düşünmək lazımdır, eynilə də, mənfi fikirlər və yanlış inanclar barədə düşünmək əvəzinə müsbət fikirlər və doğru inanclar haqqında düşündüyünüzdə problemlər öz həlli yollarını tapacaqlar. Bunlar üçün düşərgələrimiz və onlayn tədrislərimiz var və ya Dəniz bəy ilə təkbətək seanslarda iştirak edə bilərsiz. 


68.    Pəhriz və idmanla arıqladıqdan sonra yenidən çəki alıram, kömək edə bilərsiniz?

İdman və pəhriz edərkən şüuraltı dəyişmir, bu səbəbdən də yenidən çəki almağınız normal bir haldır. Yəni sizin köhnə vərdişləriniz sizin çəki almağınıza səbəb olur. Çəki atmaq üçün bir müddət pəhriz və idman etmisiniz, məqsədinizə çatdıqdan sonra isə köhnə qaydalara və vərdişlərə qayıtmısınız, bu səbəbdən də yenidən çəki almısınız.   Bu metod isə sizə qalıcı arıqlamanın yollarını öyrədəcək, belə ki, şüuraltınızda qidalanma haqqında müsbət, hərəkət haqqında isə mənfi düşüncələrinizi neytrallaşdıraraq, ehtiyac qədər qidalanmağa və daha artıq hərəkət etməyə başlayacaqsınız.


69.    Heç eşitməmişəm belə bir şey, yeyib içərək kitabla necə arıqlayırlar?

Bəli, eşitmədiyiniz üçün də çəki probleminizi həll edə bilməmisiniz. Çəki, bir sıra vərdişlərdən yaranan bir probemdir. Vərdişlər - doğru hesab edilən düşüncələrin təkrarlanmasıdır. İnsan, doğru saydığı fikirləri gündəlik olaraq təkrarlayar, nəticədə isə artıq çəki yaranarsa, deməli, bu fikirlər və inanclar yanlışdır. Fikirlər öyrənilərək dəyişər, mövcud düşüncələr yeni düşüncələr ilə əvəz olunar. Bütün dünya ariqlamaq mövzusuna tədris yox, sağlamlıq kimi baxdığı üçün həll yolu tapılmır. Artıq çəki bir sağlamlıq problemi deyil, təbii ki həddindən artıq çəkili olmaq xəstəliklərə səbəb ola bilər, lakin bunu siz öyrənərək həll edə bilərsiniz.


70.    Fokuslana bilmirəm, diqqətim tez-tez yayınır.

Əgər beyninizdə arıqlama prosesini planlamasanız və şüuraltınızı buna inandırmasanız ətraf faktorlar daim sizin diqqətinizi yayındıracaq. Digər metodlardan fərqli olaraq, bu metod diqqəti doğru istiqamətə yönəltməyi öyrədir. Zehninizdə ideal bədən modeli yaradaraq, onu canlı saxlamağa kömək edir və bir müddət sonra fiziki bədəniniz də zehninizdəki modelə çevriləcək. 


71.    Özüm özümü motivasiya edə bilmirəm, tez-tez həvəsdən düşürəm və motivasiyamı itirirəm.

Bu halın çox səbəbi var, şüuraltınız diqqəti çatışmazlıqlara, səhvlərə yönəldir, mükəmməl nəticə əldə etmək istəyərkən, kiçik detalların arasında qalıb irəliləyə bilməmək motivasiyaya təsir edir. Öncəki arıqlama proseslərindəki uğursuzluqlar, ətrafınızdakı sizə mənfi təsir edən insanlar sizin motivasiyanızı itirməyinizə səbəb olur. Edəcəyiniz fikir fasilələri ilə daxili səsinizi gücləndirərək öz-özünüzü motivasiya etməyi öyrənə bilərsiz.


72.    Daha öncə işləyirdim, indi işləmirəm, təqaüddəyəm, işsizəm və ya işləyirəm, lakin işim oturaqdır deyə cəki yığıram və heç bir şəkildə hərəkətə başlaya bilmirəm.

Bəli, hərəkətin azaldılması artıq çəkiyə səbəb olur, lakin işləməməyiniz və ya təqaüdçü olmağınız, əksinə, şəxsi həyatınızda bədəninizə daha çox vaxt ayırmağınıza fürsət və imkan yaradır. Bunun sizin hərəkət etməməyiniz ilə heç bir əlaqəsi yoxdur. Niyyətinizi dəyişdirərək bu problemi dəf edə bilərsiniz, məsələn, poçtalyonlar var ki, gündəlik 15 km gəzirlər, ama arıqlamırlar, helələri də var ki, “mən gəzdiyim üçün kökəlmirəm” deyirlər və həqiqətən də artıq çəki almırlar. Bu vəziyyətlərdə, niyyət və inancların dəyişməyi hər şeyi həll etməyə səbəb olar. 


73.  Biz, yerli mətbəximizin yeməklərini ailə olaraq çox sevirik, bu səbəbdən də ətrafımın mənə təsiri çox olur. 

Sizin bölgədə heç 1 nəfər də arıq insan yoxdur? Təbii ki, var. Demək ki, bu yeməklərdən qaynaqlanmır. Həmin insanlar da yerli mətbəxin yeməkləri ilə qidalanırlar, lakin aranızdakı fərq, o, çəki almayan insanların hərəkətli həyat tərzi yaşamaqlarıdır. Yalnız qidalanma çeşidi heç bir şəkildə artıq çəkiyə səbəb ola bilməz. Sizin ehtiyac duyduğunuzdan artıq qidalanmağınız və az miqdarda hərəkət etməyiniz bədən quruluşunuzun korlanmağına gətirib çıxara bilər. 


74.    Hamiləlikdən sonra, südüm olmadığından, şərbət içizdirdilər, şirniyyatlar yedizdirirdilər. Uşaqlığımda çox arıq idim, mənə vitamin dərmanlar və siroplar verirdilər, xəstələnəndə isə kortizon preparatları qəbul etmişəm. Çəkili olmağımın səbəbi bunlardır.

Uşaqlığdan bu günə qədər illər keçib, eyni fikirləri düşünməyiniz və daima bunu təlqin etməyiniz şüuraltında o fikirləri həqiqətə çevirib. Əlavə olaraq, heç bir vitamin və ya kortizon preparatları artıq çəkinin səbəbi ola bilməz. Eyni düşüncələri təkrarlamağın cəki almağınıza səbəb olub. Çəkinizin səbəbi yalnız hərəkətsizlik ola bilər, bunu da aradan qaldırmaq üçün hərəkət miqdarını artırmaq lazımdır. 


75.    Çox məşğulam, yemək bişirə bilmirəm, daim hazır yeməklər yeyirəm, bundanmı  qaynaqlanır və ya belə qidalanarsam necə həll edəcəm problemi?

Yeməklərin çeşidi deyil, miqdarı çəki almaq üçün təhlükəlidir. Lakin hərəkət miqdarı da yüksəkdirsə, təhlükə yoxdur. Məsələn gündə 1000 kalorilik qida qəbul etsəniz və 800 kalorilik hərəkət etsəniz çəki alacaqsınız. Lakin 5000 kalorilik qida qəbul edib, 6000 kalorilik enerji sərf etsəniz, çəki atacaqsınız. Hazır qida, fastfood ya da ev yeməkləri kimi fərqli çeşidli qidalar çəki almağa səbəb olmaz, onların miqdarı təsir göstərər, lakin o miqdardan daha artıq hərəkət olunduqda, o təsir də itər. 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az