Tez-tez verilən suallar (52-64)
Tez-tez verilən suallar (52-64)

Tez-tez verilən suallar (52-64)

2019/10/17 890

Suallar:

 

52.    Uzun müddətdir ki, eyni çəkidəyəm, nə çəki alıram, nə də atıram. Artıq çəkimi ata bilmirəm, bunun səbəbi nədir?

Əgər hal-hazırda çəki almır və ya vermirsinizsə, demək ki, qidalanma və hərəkət miqdarınız bu gün üçün balansdadır. Lakin indiki artıq çəkinizə səbəb olan keçmişdə olan qeyri-sabitlikdir. Keçmişdə qidalanma miqdarınız uzun bir müddət hərəkətliliyinizdən daha artıq olub. Artıq çəkilərinizdən azad olmaq üçün isə hərəkət miqdarının qidalanma miqdarından daha çox olmalıdır.  


53.    Yaşlı olduğum üçün əvvəlki kimi çəki ata bilmirəm, yaş səbəbi ilə problemi necə həll edə bilərəm?

Yaşlı olmağınız, indi tam çəki atmağınızı vacibliyindən xəbər verir. Lakin yaşınız sizin üçün məhdudiyyət olmamalıdır. Şüurda həyata keçiriləcək fikir fasilələri bu problemi həll edə bilər. Şüurdakı məşqlər daxili dəyişimin açarı olaraq, fiziki dəyişimə də səbəb olacaqdır. Bu gün, 80-90 yaşında olub, ideal bədənə sahib olan, gündəlik 1 saat gəzən milyonlarla insan var, onlar bacarırsa, demək ki, siz də bunu edə bilərsiniz. 


54.    3 il öncə mədə əməliyyatı oldum. 50 kq çəki atdım, indi isə yenidən çəki almağa başladım, qorxuram. Sizinlə arıqladıqdan sonra da nəticə qalıcı olmazsa?

Çəkilərinizi geri almağınızın səbəbi mənfi düşüncə və yanlış inanclarınızdan azad olmamağınızdır. Tam əksinə, bizim metod qalıcı çəki atmağına və ya qalıcı olaraq eyni çəkidə qalmağa kömək edən metoddur. Mədə əməliyyatı olub da təkrar çəki alan çox insanın olmasının səbəbi insanların şüuraltının dəyişməməsindən qaynaqlanır. Təlimlə qalıcı arıqlama metodu şüuraltını dəyişdirməyi öyrədir. 


55.    Çəki atma mövzusunda harda səhv etdiyimi başa düşə bilmirəm.

Bu tamamilə hərəkət, hərəkətlilik, hərəkətsizlik və məşqlər mövzusunda olan bilikləriniz, hisləriniz və inanclarınızdan qaynaqlanır. Bu biliklərə fokuslanmayıb, qidalanma ilə çəki probleminizi həll etməyə çalışdığınız üçün uğurlu nəticə əldə edə bilmirsiz. Problemi qidalanma ilə əlaqələndirməyiniz, həlli də qidalanma da axtarmağınıza gətirib çıxarar. Lakin artıq çəkiləriniz səbəbi qidalanma deyil, hərəkətsizlikdir. Əsas fokuslanmalı olduğunuz məsələ hərəkət miqdarının artması istiqamətində olmalıdır.  


56.    Səhərlər çətin dururam, enerjim olmur, hətta əlimi də qaldıra bilmirəm, necə hərəkət və ya məşq edəcəm?

İllər uzunu beyniniz zibil qabına çevrilib və onun içini heç təmizləməmisiniz. Keçmişdə yaşadığınız hirs, kin, nifrət və cavabsız qalan suallarınız bədən enerjinizin sərfiyyatına səbəb olur. Bu da sizin yorğun olmağınıza və enerjinizin olmamasına gətirib çıxarır. Düşüncə və inanclarınızı dəyişdirərək, bu cür problemlərin həlli yolunu tapa bilərsiniz.  


57.    Gecələr durub yemək yeyirəm, yemək iştahamı dayandıra bilmirəm, nə etməliyəm?

Gecə qida qəbul etmək halı tamamilə emosional aclığın yatızdırılması üçündür və vərdişə çevrilmiş bir vəziyyətdir. Bunu zehni çalışmalar, Fikir fasilələri ilə həll etmək olar. Qidalanma haqqındakı məlumatlarınız və gecə qida qəbul etmək vərdişiniz ilə üzləşdiyinizdə, bu hal aradan qalxar. Lakin qidalanmanın saatı və çeşidi sizin çəki almağınıza səbəb olmaz. Artıq çəkilərinizin səbəbi yalnız hərəkətsizlik miqdarının yetərli olmamağıdır.   


58.    Mənəvi və ya emosional aclığımı yemək ilə yatızdırıram. Kədərləndiyimdə də, sevindiyimdə də özümü soyuducunun önündə tapıram. Hər növ hislərimi qida qəbul etməklə yaşayıram, özümə mane ola bilmirəm. Əsəb, hirs və kədər yaşadığımdan sonra yemək yeməyə başlayıram, nə edə bilərəm?

Yaşadığımız hislər fikirlərimizdən, düşüncələrimizdən ortaya çıxan bir nəticədir. Hisləri idarə edə bilməyi və ya düşüncələri dəyişdirməyi öyrənməliyik ki, mənfi düşüncələr həyatımıza və bədənimizə də mənfi təsir göstərməsinlər. Qidalanma ilə əlaqələndirilən bu halları neytrallaşdırmaq üçün onlarla üzləşmək lazımdır. Keçmişdə yaşadığınız negativ halları və insanları bağışlamalısınız. Bu metod hisləri idarə etməyi, mənfi düşüncələri müsbət düşüncələrlə və yanlış inancları doğru inanclarla əvəz etməyi öyrədir. 


59.    Doğuşdan sonra artıq çəkim qalıb və heç br üsulla onlardan azad ola bilmirəm.

Əslində artıq çəkiniz uşağınızın doğulmağı, onunla məşğul olmağınız, onu qoruyan bir ana olmağınızdan qaynaqlanmır. Uzun müddət hərəkətsiz qalmağınız şüuraltnda bu davranışların öyrənilməsinə və vərdiş halına çevrilməsinə səbəb olub. Sonrakı müddətdə də hərəkət və məşq miqdarı artırılmayıb. Bu, uşağı daha yaxşı yedizdirə bilim deyə yeməyə olan marağınız artmağından da qaynaqlanır. Lakin bədənin təbii ehtiyacının yumruq qədər olduğunu və çəki atmağınız üçün hərəkətin vacibliyini anladığınızda, şüuraltı qeyri-ixtiyari sizi hərəkətə yönəldəcək. 


60.   Elə bil nə isə mənə mane olur, çəki ata bilmirəm, bunu necə dəf edim?

Keçmişdə şüuraltını qeyri-ixtiyari olaraq çəki almağa proqramlamısınız. O, çəki almağın doğru olduğuna inanır. Yəni, qidalanma və hərəkətsizliyin miqdarının artması haqqında müsbət məlumatlar aldığınız üçün, şüuraltı müqavimət göstərir və öncədən öyrənilənləri təkrar-təkrar edir, çünki onların doğru olduğuna inanır. Şüuraltı dəyişdiyi zaman çəki atmağa müqavimət göstərməkdən imtina edəcək, ehtiyacdan artıq qida qəbul etməyəcək və qeyri-ixtiyari olaraq hərəkət miqdarını artıracaq.  


61.    Dərimin sallanmasından çox qorxuram və bu da, mənim çəki atmağımın qarşısını alır. Qeysəriyyə ilə doğuş etməyim səbəbindən korset istifadə etmədim və dərimin artıq bərpa olmayacağını düşünürəm. 

Dərinin sallanmasından qorxmağınıza ehtiyac yoxdur, sallanma olmadan da çəki ata bilərsiz. İlk öncə bədənə yaxşı niyyət ilə yanaşmaq, ideal bədən modelini şüuraltına öyrətmək lazımdır, çəki atmağa yönəldilmiş zehni və fiziki çalışmalar və korset taxmaqla (doğuşdan bir müddət sonra) dərinin sallanmasının qarşısı alına bilər. Bədən stabil olmadığı və anbaan dəyişdiyi üçün, zehni və fiziki çalışmalar ilə yenidən ideal dəriyə qovuşabilərsiniz. Çalışmaların təkrarı, miqdarı və gücü də nəticə əldə etməyə səbəb olan əsas faktorlardandır. 


62.    Səbəbini bilirəm, nizamlı stabil bir həyat mənim çəki almağıma səbəb olur. Ailə qurduqdan sonra, yoldaşım və uşaqlarıma görə gündəlik süfrə açmalı oluram.

Bunun stabil bir həyat tərzi, ailə və ya yemək bişirməklə heç bir əlaqəsi yoxdur. Bütün ailəlilər, aşbazlar və ya nizamlı həyat tərzi yaşayanlar çəki almalıdırlar? Daimi olaraq hərəkətlilik və ya fiziki çalışmalar bunun həll yoludur. Ailə üzvlərinizdən birinə yemək verərkən sizin bədəniniz ac deyilsə, yeməyə ehtiyacı yoxdursa qida qəbul etməyin. Restoranda işləyən aşbazlar hər kəs üçün yemək bişirəndə özləridə yeyir? Təbii ki, xeyr. Qidalanma və hərəkət barədə düşüncə və inanclarınızı dəyişdirdiyinizdə davranışlarınız da dəyişəcək. 


63.    Subay olanda 36 ölçü idim, çəki problemim də olmurdu, yemək yemirdim, acıyanda meyvə və ya 1-2 peçenye ilə doyurdum, ailə qurduqdan sonra dəyişdi hər şey. 

Subay vaxtı özünüzə daha çox qulluq edirdiniz, çünki ailə qurmaq lazım idi. Lakin ailə qurduqdan sonra artıq fikir verməməyə başladınız. Subay olarkən sevincli, şən və həvəsli idiniz, həyatı sevirdiniz, özünüzü rahat ifadə edə bilirdiniz. Lakin ailə qurduqdan sonra qaynananız, həyat yoldaşınız, ətrafınız və həyat şərtləriniz nə etməli olduğunuz haqqında qaydalar qoymaqla sizin sevincinizi və şənliyinizi yox etdi. Ailə həyatının sizi çərçivələdiyini düşünməyiniz, daha az azad olduğunuza inanmağınız, məhdudlaşdırılmağınız və ya özünüzü məhdudlaşdırmağınız hərəkətliliyinizin azalmağına gətirib çıxarıb, bu da çəkinin artmağına bir səbəbdir. Ailə həyatınız, yemək bişirməyiniz və ya həyat yoldaşınız sizin uydurduğunuz bəhanələrdir, bunlar haqqında olan məlumat və inanclarınız dəyişə bilər. 


64.    Mən çəki atmaq mövzusunda hər şeyi bilirəm, bu barədə çox oxumuşam və araşdırmışam, lakin yenə də çəkiliyəm.

Hər düşüncə və məlumat hərəkətə cevrilər, hərəkət isə nəticə əldə etməyə səbəb olar. Əgər artıq çəkilisinizsə, demək ki, aldığınız məlumatlar həll yoluna aparan məlumatlar deyil, əksinə problemin böyüməyinə səbəb olan məlumatlardır. Eyni düşüncələr ilə fərqli nəticələr əldə etmək olmaz, sahib olduğunuz məlumatlar çəki atmağa yox, almağa səbəb olan məlumatlardır. Çünki bildiyinizi düşündüyünüz mövzular əslində qidalanma və çəki haqqındadır, bunlar isə çəki atmağınıza səbəb olmaz. Pəhriz haqqında düşünərkən, əslində arıqlamaq istiqamətində deyil, çəki almaq istiqamətində hərəkət etmiş olursunuz. Qidalanma haqqında bildikləriniz sizə çəki almağa kömək olar, hərəkətlilik haqqında olan məlumatlarınız isə çəki atmağa səbəb olar. Marağınızı və diqqətinizi hərəkətliliyə yönəltdiyinizdə, qeyri-ixtiyari olaraq hərəkət miqdarınız artacaq.

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az