“Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece
“Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece

“Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece

2019/11/02 860

Bir insan, bədənin ehtiyacı qədər qidalandığında artıq çəki almaz. Qidaları “kökəldən”, “arıqladan”, “faydalı”, “zərərli” olaraq ayırd etmək yanlış bir davranışdır. Bu inanclarınızı dəyişdirmədiyiniz müddətcə qalıcı arıqlamağınız mümkün olmaz. Sağlam bədən sağlam qidalanma ilə izah edilir. Halbuki, sağlam və ya sağlam olmayan qida yoxdur! Fərqli niyyətlər var. Qidaya hansı niyyəti yükləyirsənsə, sənə o istiqamətdə xidmət etməsini təmin etmiş olursan. Qidalanmaq  insanın  var  olmasını təmin edən enerji toplusudur.

 

“İndi əldə etdiyiniz hər bir nəticə uşaqlığınızda vərdişə çevirdiyiniz inanclarınızdan yaranıb”

 

Qalıcı arıqlama üçün şüuraltında yatan inancları, duyğuları, düşüncələri dəyişdirmək lazımdır, yediyiniz yeməkləri deyil. “Arıqlamada son söz” kitabında da deyildiyi kimi pəhrizlər qalıcı arıqlamağa kömək etməz. Çünki pəhrizdə qidalanmaya yönələn fikirlər var, halbuki, çəki atmaq üçün fikirlər hərəkət istiqamətində olmalıdır. Fikir hara yönəlirsə, enerjinin nəticələri də həmin istiqamətdə meydana çıxır. Buna görə də, fikir qəti şəkildə qidalanmadan kənar yöndə olmalıdır. 

Qidalara qoyulan qadağalar, qidalanmaya olan marağın artmasına səbəb olur. Qidalanmaq sadəcə bədənin ehtiyaclarını təmin etməkdir. Bədənin qidalanması zehni qidalanmanın əksinə olaraq, artıq çəkinin yaranmasına səbəb olmur. 

 

 

Qidalar sizin bədəninizdə qısa müddətli təsirlərə sahibdirlər. Bu o deməkdir ki, bir qida sizi kökəltməz, arıqlatmaz, nə də xəstələndirməz.  Nəticəni yaradan sizin o qidaya yüklədiyiniz niyyətinizdir, düşüncələrinizdir. Uşaqlığınızdan bəri bu fikirlər sizə inandırılıb, lakin əslində bu yanlışdır. Qida sadəcə enerji verir. Enerjini hardan və hansı qidadan aldığın fərq etməz. Valideynlər də yanlış məlumatlara uşaqlarını da inandıraraq, həm özlərinə, həm də uşaqlarına zərər verər. 

Sağlam qida qəbul etmək vasvasılığı, yəni ortoreksiya kəskin şəkildə zərərlidir. Sağlam və ya zərərli qida yoxdur, sadəcə qida var.  Yediklərinin sağlam olub-olmadığına xəstəlik dərəcəsində həssaslıqla yanaşanlar hər tikənin kalorisini hesablayanlar, bir gün əvvəl artıq yemək yediyi üçün növbəti gün özlərinə pəhriz əziyyəti edənlər bədənlərinə heç bir fayda verməməklə yanaşı, həm də zehni baxımdan xəstəliyə düçar olmağa başlayırlar.

Eqonun törəməsi olan zehni qidalanma əvəzinə təbii ehityac olan bədən qidalanmasını öyrənməliyik. Müəyyən miqdarda qidalanmaq əvəzinə bir növ üzrə və yumruğun qədər qidalanmaq doğrudur.
Qidalara sadəcə enerji mənbəyi kimi baxdığınız zaman və çəki atmaq üçün marağınızı qidaya deyil, hərəkətə yönəltdiyinizdə çəki atıb ideal bədənə sahib ola biləcəksiniz. 
 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az