Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa
Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa

Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa

2019/10/31 1023

Mən – Deyyan Mustafa, 15 yaşındayam və Yunanıstanın Komotini şəhərində yaşayıram. Uşaqlıqdan bəri artıq çəkiliyəm. İllərdir çəki ilə mübarizə aparıram. Pəhrizlər, idman, arıqlama məhsulları, çay və dərmanlar heç bir nəticə vermirdi. 

Bu vəziyyət məni çox narahat edirdi, istədiyim paltarları geyinə bilmirdim. Ətrafımdakı insanlarla münasibət yaratmaq istəmirdim. Özümü çox pis hiss edirdim, özümə inamım tamamilə yox idi, hərəkətsiz bir həyat yaşayırdım və özümə yeməklərlə təsəlli verirdim. 

Təsadüfən Deniz Egecenin metodu ilə tanış oldum. İnandırıc gəlməsə də sınamaq qərarına gəldim. 

 

Dəyişikliyin qarşısını kəsən yeganə maneə sənsən. Dəyişikliyə müqavimət göstərən və doğru axının qarşısını kəsən də sənsən. Dağıdıcı düşüncələri yaradıcı düşüncələrlə əvəz edərək, dəyişməyə qərar verə bilən də sənsən! 

 

Deniz Egecenin onlayn proqramına başladıqdan sonra həyatım dəyişməyə başladı. Əvvəl metodu anlamaqda çox çətinlik çəkirdim, müqavimət göstərirdim, lakin belə davam edərək bir nəticə əldə edə bilməyəcəyimi başa düşdüm. Onlayn seanslarımda Deniz Egece kollektivindən mütəxəssislər mənə çox köməklik göstərdi və prosesin davamında bu proqrama öyrəşməyə, onu sevməyə başladım və bir həyat tərzinə çevirdim. 

Düşüncələrim, inanclarım hətta həyata baxışım belə dəyişdi. Qidalanmaya neytral yanaşmağa başladım, acdığımda yeyirdim və gözlənilmədən hərəkəti sevməyə başladım. Özümü yeni doğulmuş kimi hiss edirdim və hər dəfə hərəkət edərkən canlı olduğumu başa düşürdüm.  

 

Hərəkət etmək, hərəkətli olmaq təbiidir. Hərəkət şüurumuzda ehtiyac duyduğumuz ən dəyərli məlumatdır. Hərəkət bədənin ən mühüm qida mənbəyidir, hərəkət etmək qidalanmaqdır.

 

Hal-hazırda ideal bədənimə nail olmuşam, həyatım daha asanlaşıb, istədiyim paltarları geyinə bilirəm, ətrafımdaki insanlarla münasibətlərim də əvvəlkinə nisbətən yaxşılaşıb, özümə inamım artıb və etdiklərimin rahatlığını həm ruhumda hiss edirəm, həm də güzgüdə görürəm. 

Bunlara görə Deniz bəyə təşəkkür edirəm.

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az