Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi
Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi

Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi

2019/10/29 836

Mən – Engin Vural. 107 kq çəkidə idim. Həm 20 kq çəki atdım, həm 15 yaş gəncləşdim. 

Bu metoddan öncə çox utancaq biri idi, buna səbəb tək çəkilərim də deyildi. Çox qapalı bir insan idim. 

Dənizçi işləyirəm. Belə bir deyim var ki, dənizçilərin hər limanda bir sevgililəri olur. Ailə həyatı qurduqdan sonra belə bir şey olmasını istəməzdim təbii ki. Helə bu düşüncələrim də məni kökəldib. Şüuraltı ilə tanış olduqdan sonra anladım ki, çəki almağımın səbəbi helə öz düşüncələrim olub.

 

Keçmişdəki düşüncələrin sənin artıq çəkiyə malik olmağına səbəb olubsa, demək ki, yeni və doğru düşüncələrə ehtiyacın var. Arıqlamaq istəyirsənsə, yeni düşüncələri və inancları həyatına gətirməlisən. Düşüncə və inancların bir müddət sonra davranış olaraq sənə geri qayıdacaq. Daha sonra da bədənin bunu davam etdirəcək və sən ideal bədənə qovuşacaqsan. 
 

 

Deniz Egecenin Təlimlə Arıqlama metodu ilə təsadüfən tanış oldum. İlk öncə inandırıcı gəlməsə də, ətrafımda bu metoddan nəticə əldə etmiş insanlar var idi, mən də sınamaq istədim. Deniz Egece Arıqlama Düşərgəsində ilk dəfə bacım iştirak etdi. Ona çox böyük təsir göstərərək, qeyri-ixtiyari mənə də təsir göstərdi. Onun həm çəki problemi, həm də panik atakları var idi. Ordan gəldikdən sonra sağaldığını gördüm. Qərara gəldim ki, mən də bu düşərgədə iştirak etməliyəm. 


Deniz Egece Arıqlama Düşərgəsinə arıqlamaq üçün getdim, lakin orda bütün həyatım dəyişdi. 


Ailəmə, işimə, həyat yoldaşıma, uşaqlarıma olan münasibətim dəyişdi. Kompüter oyunlarından asılı bir insan idim, başqa heç bir işlə məşğul olmurdum, 100 metr belə piyada yol gedə bilmirdim, yorulurdum. Özünə qapalı bir insan idim, heçkimlə əlaqə yaratmaq istəmirdim. İndi çox hərəkətli bir insan olmuşam. Uşaqlarım və ailəmlə gəzməyə getməyi sevirəm, onlarla vaxt keçirdirəm, halbuki əvvəl boş vaxtlarımda sadəcə kompüter önündə otururdum. İnanclarım dəyişib. Cavanlaşmışam. Özümü çox gümrah hiss edirəm. Bütün düşüncələrim dəyişdi, inanclarım dəyişdi, qidaya və hərəkətə olan münasibətim dəyişdi. 

 

İndiki anda hansı nəticədə olursansa ol, hansı yaşda olursansa ol, bunu dəyişdirə bilərsən. Həyatın hər sahəsində nəticələrini özün dəyişdirmisən. Bu andakı nəticələri də dəyişdirə biləcək gücə sahibsən.

 

Mən özümdən üzr istəyirəm, mən özümü tanımırdım. Mən özümlə danışmırdım, özümü başa düşmürdüm. Bədənimin ehtiyaclarına əhəmiyyət vermirdim. Deniz bəy mənə məni tanıtdı. Kütlənin mənə verdiyi məlumatlarla, inanclarla yaşayırdım. Ətrafdan gələn fikirlərə uyğun hərəkət edirdim. Özümdən özümə bunları yaşatdığım üçün üzr istəyirəm. DENİZ EGECEyə təşəkkür edirəm. Məni özümlə tanış etdi. 


Mən tək arıqlamadım, içimdən yeni bir “MƏN” çıxdı. 


Deniz bəyə və bütün Deniz Egece kollektivinə İki Şükran və Bir Sevgi göndərirəm. 
 

 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az