96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan
96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan

96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan

2019/10/27 767

Salam. Mən Ali Okatan, Türkiyədə yaşayıram. 
Artıq çəkimlə yanaşı, pis vərdişim, yəni siqaret aludəçiliyim var idi. Bir müddət özümlə mübarizə aparıb, siqareti tərgitmişdim və qürur hissi keçirirdim. Hər yerdə bunu bacardığımı deyirdim. Bir gün dostlarımla yığışmışdıq və özümdən razı şəkildə onların arasında siqareti tərgidə bildiyimi dedim, dostlarımdan biri də mənə dedi ki, bəs bu nə qarındır, bu nə çəkidir o zaman. 
O an başa düşdüm ki, həddindən artıq çəkiliyəm. O günə qədər çox da problem etməsəm çəkimi, o an oyandım yuxudan. Çəkilərimin fərqinə vardım. 
 

Fərqindəlik, şəxsi inkişaf, yeniliklər, rəngarəngliklər, öyrənmək, mühakimə etmək, dəyişiklik, bədənin hərəkətliliyi beyində yeni sinaps bağlantılarının yaranmasını təmin edir.  

 

Mütləq çəki atmalı idim və metodları araşdırmağa başladım. İnternetdə çox arıqlama üsulları ilə tanış oldum: müxtəlif pəhrizlər, idman, dərmanlar, çaylar, otlar, əməliyyat və s. Pəhrizlər haqqında çox məqalə oxudum, bir çox pəhrizləri araşdırdım və insan bədəni üçün bütün pəhriz proqramlarının zərərli olduğunu müəyyən etdim. Hamısı bir müddət ərzində qidalanma proqramı verirdi, lakin ömrünün sonuna qədər o proqramlara uyğun yaşamaq olmaz ki.  Arıqlama dərmanlarını araşdıranda isə istifadəçilər arasında ölənlərin olduğunu belə öyrəndim. 

 

Pəhriz insanı kökəldir, çəki artırmaq istəyirsənsə, pəhrizə başla! Pəhriz saxladığın vaxt ərzində artıq çəkini atırsan, pəhrizi dayandıranda isə qəti olaraq, daha artıq çəki almağa başlayırsan.

 

Bu üsullardan heç birini tətbiq etmək istəməzdim. Sağlam arıqlamaq istəyirdim və atdığım çəkiləri bir müddət sonra artıqlaması ilə geri almaq istəmirdim. Mənim tələblərimə uyğun bir üsul tapmalı idim. Bir gün bir dostum vasitəsilə Deniz Egece ilə tanış oldum, Dinləyərək Şüur Kodlama cihazı və “Arıqlamada Son Söz” kitabını əldə etdim. Bu məhsullar mənim həyatımı çox dəyişdi. Deniz Egece ilə tanış olduqdan sonra sadəcə çəki atmadım, həyata baxışım, düşüncələrim, inanclarım dəyişdi. Özümü yenidən kəşf etdim. Hər şeyi yeyib, içərək, çox qısa zamanda hədəfim olan ideal bədənimə nail oldum. 
Ətrafımdakı insanlar üçün də bu nəticə inanılmaz idi. Heç bir qadağa tətbiq etmədən bu nəticəni almağım daha da təəccübləndirirdi hər kəsi. 


Deniz bəyə sonsuz şükranlarımı göndərirəm. 
 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az