Şüuraltı Haqqında
22 Aralık 2020 2022-01-14 10:53Şüuraltı Haqqında
Şüuraltı nədir?
NLP (Neuro-Linguistic Programming – Neyro-Linqvistik Proqramlaşdırma), duyğu və düşüncələrinizi yönləndirərək, keçmiş yaşantılarınızdan gətirdiyiniz mənfi duyğu və düşüncədən xilas ola bilməyiniz üçün müasir texnikalarla həyatınızı daha mükəmməl formada şəkilləndirmə gücü verir. NLP-nin əsası 1960-1970-ci illərdə Kaliforniyada riyaziyyatçı Riçard Bandler və linqvist Con Qrinder tərəfindən qoyulub. Neyro – 5 hissiyatla dünyanı qavrama sistemini, linqvistik – daxili və xarici ünsiyyətin təcrübələrlə ifadə olunmasını, proqramlaşdırma isə müxtəlif davranış, dil və düşüncə qəliblərini formalaşdıraraq həyatınıza yenilikləri gətirən bir elmdir.
İnsanın özünə, yaşayışına, ətrafına, digər şəxslərə, bir bütün olaraq içində yaşadığı dünya ilə bağlı fərqindəliyinə, yaşanan təcrübələrdən yaranan özünün fərqində olma hissinə qısaca şüur demək olar. İnsan davranışlarının təməli şüur ilə birbaşa bağlıdır. Lakin davranışların hamısını şüur idarə etmir, burada şüuraltının da böyük rolu var. Belə ki, insanın gündəlik davranışlarının yalnız 5%-i şüur tərəfindən idarə olunur, digər 95%-i isə şüuraltında yatan vərdişlər əsasında avtomatik həyata keçirilir.
Gündəlik həyat təcrübəsindən də görünür ki, eyni hərəkətləri müxtəlif insanlar edir, lakin hər birinin nəticəsi fərqli olur. Bunun əsasında inanclar, hislər və davranışlar dayanır. NLP, həmçinin, “mükəmməllik elmi”, “dəyişmə sənəti”, “istədiklərini əldə etmə üsulu” kimi də adlanır.
NLP, modelləşdirmə prosesində təcrübələrin, dəyərlərin və inancların nədən ibarət olmasını və duyğuların necə əmələ gəlməsini tədqiq edir. Təcrübələr nəticəsində insanın daxili dünyasının necə formalaşması və hadisələrə necə məna verilməsinin öyrənilməsi də, NLP-nin tədqiqat sahəsidir. Heç bir hadisə, öz-özlüyündə heç bir məna kəsb etmir, ona bu mənanı insan özü verir və fərqli insanlar eyni hadisəyə fərqli mənalar yükləyə bilərlər. Həmin hadisənin insana təsir etməsi də yüklənən məna ilə birbaşa əlaqəlidir.
Neyro-linqvistik proqramlaşdırma, insanın şüuraltını hərəkətə gətirərək, onun güc və potensialını öz xeyri üçün istifadə etməyini təmin edir, öyrənmə tezliyini artırır. Bununla da, dəyişikliklərə uyğunlaşmaqla bərabər, fərq yaratmağı, insanın karyera, ailə və ümumilikdə maraq sahəsinə uyğun olaraq idarəetmə formasını tapmağa kömək edir.
Motivasiyanın idarəsini insanın özünə ötürür, əvvəllər mənimsədiyiniz müsbət təcrübə və qabiliyyətlərdən, istədiyi zaman faydalana bilməyinə şərait yaradırlar. Eləcə də, həssaslığın artırılması sayəsində, meyl və davranışdakı dəyişkənlikləri müşahidə və ifadə etmək bacarığı qazandırır.
NLP, insanın duyğu və düşüncələrini yönləndirərək, daxili dünyasının sahibi və gələcəyinin qurucusu olmaqda ən böyük rəhbərdir. NLP, insanın şüuraltını hərəkətə gətirərək, onun gücünü öz faydası üçün istifadə etməyə kömək edir. Bu metodla, insan, öz keçmişindən daşıdığı mənfi duyğu və düşüncələrindən azad olaraq, həyatını artıq istədiyi kimi şəkilləndirə biləcək.
NLP, həyatda xoşbəxtlik və uğuru əldə etmək üçün aktual vasitələri öyrədir; mənfi inancların əvəzində, insanı gücləndirə biləcək müsbət inancları öyrədir, vacib anlarda emosiyaları idarə etməyi öyrədir.
NLP – başqalarında heyranlıq duyduğunuz və eynisinin sizdə də olmağını istədiyiniz davranış və bacarıqlara yiyələnməyinizi təmin edir, daxilinizdə olan böyük potensialı hərəkətə gətirir.
NLP dəyişməyin sürətli və təsirli bir modelini təqdim edir. Bu metod insanı daha öncə hərəkətə keçməkdə əngəl yaratmış mənfi təcrübələrindən təmizləyir. İnsanın özgüvənini yüksəldir və məmnunluq hisslərini aşılayır. NLP metodunun əsası inamdır. İnsanın reallaşdırmaq istədiyi dəyişikliyi öncə zehninə və şüuraltına inandırmalıdır. İnsanın dəyişməyə və öz gücünə olan inancları istədiyini əldə etməkdə ən böyük köməkçidir. Dəyişiklik üçün davamlılıq mütləqdir. Nəticə əldə olunana qədər bu texnika tətbiq edilir.
İnsanın əldə etmək istədiyini zehnində canlandırmağı motivasiyanı daha da artırır. Məsələn, arıqlamaq istəyirsinizsə, sahib olmaq istədiyiniz ideal bədəni daim zehninizdə canlı saxlamasınız, daim ideal bədəndə olduğunuzu düşünməlisiniz.
Ara
İnstagram Sayfamız
Error: No connected account.
Please go to the Instagram Feed settings page to connect an account.
Youtube Kanalımız
Geçici ve Kalıcı Zayıflama Nedir? Her Şeyden Önce 4.Bölüm
Deniz Egece 11 saat önce
Deniz Egece Kalıcı Zayıflama Kampları
Deniz Egece 26 Temmuz 2023 17:15
Deniz Egece Kalıcı Zayıflama Kampları #shorts
Deniz Egece 26 Temmuz 2023 17:15
Tatil - Eğitim - Değişim #shorts
Deniz Egece 26 Temmuz 2023 16:45
Gıdalara Karşı Korkularımız #shorts
Deniz Egece 25 Temmuz 2023 11:15
Çocuklarda Beslenme... Uzmanlar Deniz Egece'ye Soruyor 15.BÖLÜM
Deniz Egece 22 Temmuz 2023 11:00
Diyet ve Sporun Zayıflamadaki Etkileri Nedir? Her Şeyden Önce 3.Bölüm
Deniz Egece 20 Temmuz 2023 12:00
Kilo İzafidir #shorts
Deniz Egece 20 Temmuz 2023 10:00
Zayıflamanın Matematiği #shorts
Deniz Egece 17 Temmuz 2023 16:00
Important: No API Key Entered.
Many features are not available without adding an API Key. Please go to the YouTube Feed settings page to add an API key after following these instructions.