Arıqlama Düşərgəsi

Deniz Egece Neuroscience Academy tərəfindən təşkil olunan düşərgələrin əsas mövzusu qalıcı arıqlamadır. Düşərgədə şüuraltının sirlərini, təsirlərini, gücünü və quruluşunu tanıyacaqsınız, bədəninizi və həyatınızı necə dəyişdirə biləcəyinizi öyrənəcəksiniz və bədəninizi istədiyiniz formaya sala biləcəksiniz.

 

Düşərgə müddətində iştirakçıların artıq çəki problemlərinin səbəbləri araşdırılır və aşkarlanır, arıqlama prosesinin idarə olunması və fasiləsiz davam etdirilməsi, uzunmüddətli motivasiyanın təmin olunması, emosiyalara düzgün nəzarət olunması öyrədilir, öz-özünə müalicə edə bilmə qabiliyyəti inkişaf etdirilir, şüur və şüuraltından istifadə və Düşüncə Fasilələrinin (Meditasiya) tətbiqi öyrədilir. Nəticədə, illər ərzində yığdığınız artıq çəkidən bir neçə günə öyrəndiyiniz üsul ilə azad olacaqsınız, qidalardan olan asılılıqlarınızdan qurtulacaqsınız, keçmiş təcrübələrinizi bağışlayıb sərbəst buraxacaqsınız və şüuraltında ideal bədən modelini formalaşdırıb kodlayaraq öz bədəninizin ideal bədənə çevrilməsini təmin edəcəksiniz.

 

Düşərgə müddətində Deniz Egecenin iştirakı ilə təlimlər və seminarlar keçiriləcək. Bu təlimlərdə, siz, şüuraltında mövcud olan və artıq çəki yaradan səbəblərin həll yollarını, ideal bədənin formalaşmasında müqavimət göstərən qorxular, maneələr və qayğıların aradan qaldırılmasını, ehtiyacdan daha çox enerji almağa səbəb olan qidalanma, qida qəbulu və qida haqqındakı inanc və qavramaların dəyişməsini, enerji sərfiyyatına səbəb olan hərəkət, hərəkətsizlik və fiziki çalışmalar haqqındakı şüuraltında mövcud olan inanc və qavramaların dəyişməsini, kənar səs, daxili səs və ətrafın təsirinin idarə olunmasını, öz-özünün psixosomatik xəstəliklərinin müalicəsini və ümumi şüur və şüuraltının idarəolunmasını öyrənəcəksiniz.

 

 

Qalıcı arıqlama düşərgəsinin proqramına pəhriz, dərman, vitamin əlavələri, şəfalı bitkilər və ya cərrahi müdaxilələr daxil DEYİL.

 

Bu düşərgə sizini həyatınızı “düşərgədən ÖNCƏ və SONRA”  olaraq iki hissəyə ayıracaq.  Düşərgədə iştirak edib bu metodla tanışlığınız, sizi, həyatın verdiyi sonsuz fürsətlərin başlanğıc açarının sahibi edəcəkdir. 

Məhsullar


Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az