Dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2,1 milyardı keçib!!!

2020/02/14 136

Dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2,1 milyardı keçib!!!

Ümumilikdə 188 ölkədən əldə olunmuş məlumatlara əsasən aparılmış araşdırmanın nəticələri məşhur Lancet tibb jurnalında nəşr olundu. Nəticələrə əsasən son 30 ildə piylənmədən əziyyət çəkən insanların sayı 857 milyondan 2,1 milyarda qədər artıb. Araşdırmada, həmçinin, dünyanın heç bir ölkəsinin piylənmə ilə yetərli mübarizəni aparmadığı qeyd olunur. İnkişaf etmiş ölkələrdə isə piylənmə göstəriciləri daha yüksəkdir, dünyada 671 milyon piylənmədən əziyyət çəkən insanların yarısından çoxunun ABŞ, Çin, Hindistan, Rusiya, Braziliya, Meksika, Misir, Almanya, Pakistan və İndoneziya əhalisinə aid olduğunu deyilir. 

Vaşinqton Universiteti tərəfindən aparılmış “1980-2013-cü illər müddətində uşaqlar və yetkin insanlar arasında artıq çəki və piylənmənin yayılması” adlı araşdırmanın nəticələrinə əsasən dünya əhalisinin 30%-i piylənmə və ya artıq çəki problemindən əziyyət çəkir. 

 

 

AFRİKADA DA PİYLƏNMƏ GÖSTƏRİCİLƏRİ YÜKSƏLİR

Dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2,1 milyardı keçib!!!

2013-cü ildə aparılmış araşdırmalara əsasən Orta Şərq və Şimali Afrika əhalisi arasında kişilərin 58%-dən və qadınların 65%-dən çoxunun artıq çəki və ya piylənmədən əziyyət çəkdiyi məlum olmuşdur. Region ökələrinin 3/4-də həm qadınlar, həm də kişilər arasında piylənmə xəstəliyi olanların sayı əhalinin 50%-dən yüksək idi. Son illəri müqayisə etdikdə məlum olur ki, Orta Şərq və Şimali Afrikada yetişkin insanlar arasında artıq çəki və piylənmə göstəricisi 53%-dən 62%-ə yüksəlib.

33 illik araşdırmaların nəticələrinə əsasən Orta Şərq ölkələri arasında Bəhreyn, Misir, Səudi Ərəbistan, Oman və Küveyt də ümumi piylənmə göstəricilərinin ən yüksək səviyyədə olduğu ölkələr sırasındadır. 

 

 

TÜRKİYƏ DƏ TƏHLÜKƏ ALTINDADIR

Dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2,1 milyardı keçib!!!

Bəhreyn, Misir, İrak, Liviya, Fələstin, Qatar, Səudi Ərəbistan, Suriya, Türkiyə və BƏƏ də daxil olmaqla bir çox ölkədə həm qadın, həm kişilərdə artıq çəki və piylənmə göstəriciləri 50%-dən yüksəkdir. Araşdırmaya əsasən Qatarlı kişilərin 76%-i, Küveytli qadınların isə 84%-i ilə Orta Şərq və Şimali Afrika ölkələri üzrə ən yüksək artıq çəki/piylənmə göstəricilərinə sahib ölkələrdir. 

Regionda piylənmə göstəriciləri idarə oluna bilməyəcək dərəcədə sürətli artır. 

 

UŞAQLARIN ƏN BÖYÜK SAĞLAMLIQ PROBLEMİ – PİYLƏNMƏ 

Dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2,1 milyardı keçib!!!

Bəzi araşdırmalar, həmçinin, artıq çəki və piylənmənin Orta Şərq və Şimali Afrikadakı uşaqların əsas sağlamlıq problemlərindən biri olduğunu müəyyən ediblər. Araşdırma müddəti boyunca regionda uşaqların artıq çəki/piylənmə göstəriciləri 19%-dən 25%-ə qədər artıb. Qız uşaqları arasında artıq çəki və piylənmədən əziyyət çəkən ilk 3 ölkə arasında 46%, 42%, 42% göstəricilərlə müvafiq olaraq Küveyt, Oman və Liviya oldu. Oğlan uşaqları arasında ən yüksək göstəricilərə sahib olan ölkələr isə 34% ilə Qatar və hərəsi 33% olmaqla Liviya və Livan oldular. 

 

 

ABŞ-DA VƏZİYYƏT GƏRGİNLƏŞİR

Dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2,1 milyardı keçib!!!

ABŞ qadınları arasında artıq çəki və piylənmədən əziyyət çəkənlərin göstəriciləri 34%-ə yaxın olaraq, Orta Şərq və Şimali Afrika göstəriciləri ilə demək olar ki, bərabərdir. Lakin kişilər arasında bu göstərici 71% idi. Ümumi dünya üzrə artıq çəki/piylənmə göstəricilərinin isə 13%-i ABŞ əhalisinə aiddir. Bu statistik məlumatlarda 15% isə Çin və Hindistan əhalilərinin birlikdə olan göstəricisidir.

 

 

SON 30 İLDƏ İNSANLAR DAHA ÇOX KÖKƏLDİ

Dünyada piylənmədən əziyyət çəkənlərin sayı 2,1 milyardı keçib!!!

Dünyanın 671 miyonluq artıq çəki və piylənmədən əziyyət çəkən insanların 50%-dən çoxu ABŞ, ÇİN, Hindistan, Rusiya, Braziliya, Meksika, Misir, Almanya, Pakistan və İndoneziya olmaqla ümumi 10 ölkə əhalisinə aiddir.

Dünyada, 1980-cı ildə artıq çəki və piylənmədən əziyyət çəkən insanların sayı 20%, yəni 857 milyon idi, 30 il ərzində bu say artaraq 2013-cü ildə əhalinin 30%, yəni 2,1 milyarda qədər yüksəldi. 18 yaşa qədər olan əhalinin 1980-2013-cü illər arasında göstəricisində 50%-ə qədər artım müşahidə olunur. Bənzər artım uşaqların göstəricisində də müşahidə olunur.

Artıq çəki, 25, 25-dən yüksək və 30-dan aşağı Bədən Kütlə İndeksi ilə müəyyən olunur, piylənmə isə 30 və ya 30-dan yüksək BKİ ilə müəyyən olunur.

 

 

Bloqun Paylaşımları


2 ayda onlayn təlimlə 44 ölçüdən 38 ölçüyə qədər incəldi

2 ayda onlayn təlimlə 44 ölçüdən 38 ölçüyə qədər incəldi

2 ayda onlayn təlimlə 44 ölçüdən 38 ölçüyə qədər incəldi

İllərdir çəki problemi yaşayırdım, bir çox fərqli metodlardan istifadə etdim. Digər metodlardakı qadağalarda, məhdudiyyətlərdə həl ...

Piylənmə ölüm riskini artırır

Piylənmə ölüm riskini artırır

Piylənmə ölüm riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatının da bildirdiyi kimi XX-ci əsrin 70-ci illərindən bəri bütün dünyada insanlar arasında artıq çəki və ...

Tez-tez verilən suallar (76-86)

Tez-tez verilən suallar (76-86)

Tez-tez verilən suallar (76-86)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 s ...

Tez-tez verilən suallar (1-10)

Tez-tez verilən suallar (1-10)

Tez-tez verilən suallar (1-10)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 s ...

Xəstə və kök bədənim keçmişdə qaldı

Xəstə və kök bədənim keçmişdə qaldı

Xəstə və kök bədənim keçmişdə qaldı

Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız e ...

Tez-tez verilən suallar (11-23)

Tez-tez verilən suallar (11-23)

Tez-tez verilən suallar (11-23)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 s ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az