Salam adım Afətdir, illərdir artıq çəki problemindən əziyyət çəkirdim, Deniz Egece metodu ilə tanış olan günə kimi.
Mən əvvəllər yayın istisində tərləməzdim, su içməzdim elə bilirdim ki, mən belə yaradılmışam. Sonradan başa düşdüm ki, bütün bunlara səbəb hərəkətsizlik imiş “Biri mənə deməyib ki, a bala dur hərəkət elə” bunu siz mənə anlatdınız, siz mənə başa saldınız. Allahın nə gözəl bəndəsiyəm ki, mənə həyatı başa salan insanlarla qarşılaşdırdı, varlığınıza şükürlər olsun.
Mən bu gün 2,3 ay bundan əvvəlki həyatımı xatırladım. Saatlarla, bəli, saatlarla divanda oturub telefonuma cürbəcür oyunlar yükləyib oynamağımı, məcbur olanda güclə ayağa qalxıb ən vacib işləri edib, yenidən saatlarla divana yapışıb qalmağımı, zaldan mətbəxə 1 dəfə gedim deyə, hər şeyi qucağıma yığıb güclə aparmağımı, daha az hərəkət edim deyə, “Sənan anan qurban bunu apar, Nurlan başına dönüm onu bura qoy , a bala gəl kömək elə , nolar mənə kömək edin” deməyimi yadıma saldım və... və mənə necə kömək etdiyinizi, məni dərin quyulardan çıxarmağınızı, mənə həyatı anlatmağınızı bir daha anladım, sizi mənə rast gətirən Allahıma minlərcə şükürlər olsun.
"Və etirafım var sizə, sayənizdə 50 yaşımda özümü tanıdım, bilmədiyim bir çox xüsusiyyətlərimi gördüm."
Əvvala, hərəkətli imişəm sadəcə, əvvəllər onsuzda nə qədər az hərəkət etsəm də ayağım ağrıyırdı, bir də ən əsası öncələr oturaq işləri daha tez-tez edirdim. Ama, indi gəzərək ev süpürməyi, ev silməyi güllərə su verməyi də bacarıram.
Bir gün mağazaya getdim paltar dəsti almaq istəyirdim, arıqladığımı unutmuşam:
“Satıcıya deyirəm ki, XL ölçü istəyirəm, o isə, soruşur ki, kiməsə istəyirsiniz? dedim özümə, dedi xanım nə danışırsız sizə L ölçü gətirim baxın, L bədən geyindim böyük oldu, xanım, sizə M ölçü lazımdı o da yoxdu”.
Şokda idim, mən XL-dən M ölçüyə düşmüşdüm? Bu ki, inanılmaz idi, sevincimdən yerə-göyə sığmırdım.
Sonda isə, Deniz Egece ailəsinə, gözəl psixoloqum Xalidə xanıma dərin təşəkkürümü bildirirəm. Minnətdarlığımı sizə necə çatdırım bilmirəm. Allah sizi var eləsin, Deniz Egece və bütün kollektivinə çox çox çox təşəkkür edirəm.
Nömrəniz artıq qeyd olunub. Mütəxəssislərimiz sizinlə əlaqə saxlayıb, məlumat verəcəklər.
O gündən bu günə arıqlamaq bir yana əsəblərim sakitləşdi, xəstəliklərim sağaldı, metobalizmam gücləndi, özümə inam və sevgim artdı, yaradıcılığım gücləndi, zəkam artdı, inanılmaz dərəcədə hərəkəti sevməyə başladım ...
Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...
İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...
Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğun ...
Metoda ilk başladığım vaxtlar nəticələrə baxıb tez-tez psixoloquma yazırdım, suallar verirdim. Onların necə arıqladığını, nə etdiyini, düşüncələrini necə dəyişdiklərini öyrənməyə çalışırdım və bu mənə möcüzəvi bir şey kimi gəlirdi ...
Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qadağa olmadan ...
Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...
Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...