Artıq çəki problemi genetikdir?
Artıq çəki problemi genetikdir?

Artıq çəki problemi genetikdir?

2020/06/06 378

İllər əvvəl genetiklər, artıq çəkiyə səbəb olan genetik faktorların 25-40% rolu olduğunu açıqladılar. Statistikaya görə, artıq çəkili valideynlərin, uşaqlarında, ideal bədəndə olanlara nisbətən artıq çəki riski 2-3 dəfə çoxdur. Valideynlərin hər ikisinin də artıq çəkili olması durumunda uşaqların 80%-də yetkinlik yaşında artıq çəki problemi ortaya çıxır. Ana və ya atadan biri artıq çəkilidirsə 40%, valideynlərin hər ikisi də ideal bədəndə olduğu halda uşaqlarda bu risk 10% olur. Uşaqlıq dövründə 3-10 yaş arası həddindən artıq çəkili uşaqların 50%-ində, yetkinlik dövründə artıq çəkili olması riskinin də olması qeyd olunur.

 

Artıq çəki problemi genetikdir?

 

Yuxarıdaki genetika elminin açıqladığı bu statistik məlumatların doğruluğundan şübhəm yoxdur. Müşahidələrimdə də bu kimi nəticələrə çox tez-tez rast gəlirəm amma genetik quruluşun ötürülməsinin elmi əsası yoxdur. Artıq çəkili olmağın bioloji, genetik quruluşla heç bir əlaqəsi olmayıb, düçüncə tərzi, vərdişlərinin və davranışların təsiri ilə uyğunlaşması və modelləşdirmə ilə əlaqəlidir. Dünya sağlamlıq təşkilatı artıq çəki və piylənmənin psixosomatik xəstəlik olduğunu bildirir, digər tərəfdən genetika bunun genetik təsirinin 24-40% olduğunu, bu iki elm səlahiyyətləri öz aralarında mübahisələlərini davam etdirir.

Artıq çəki və piylənmə genetik olmayıb, psixosomatik və epigenetik bir durumdur. Qısaca, şüurun bədəndə yaratdığı problemlər, bioloji genlərdə olmayıb, çevrə və ailə faktorlarından məlumatın təqlid edilməsi, modelləşdirilməsi, uyğunlaşması, təsir etməsi və inanılması nəticəsində biologiyanın təsirlənərək dəyişməsi durumunda ortaya çıxır.

 

Artıq çəki problemi genetikdir?

 

İnsanın beyni ən asan, modelləşdirmə yolu ilə çevrəsindəki görüntüləri, vərdişləri və davranışları kopyalayaraq oxşatmağa və tətbiqə yönəlir. Artıq çəki və piylənmə vəziyyəti valideynlər, qohumlar, dostlar, yoldaşlar, çevrə ya da cəmiyyətin düşüncə və vərdişlərini özünki kimi qavraması ilə yaranır, bioloji və genetik tərəfləri ilə artıq çəkiyə, piylənməyə səbəb olmaz amma artıq çəki və piylənmə biologiya və genetikaya təsir edir.

Məhşur bioloq professor DR. Bruce H. Lipton da bu metodla tədqiqat aparmışdır: Eyni geni 3 hissəyə bölərək 3 ayrı qaba qoymuşdur. Birinci qabda yağ, digər qabda əzələ və üçüncü qabda ilə qan hüceyrələri vardır. Üç hissəyə bölünən bir gen, fərqli təsirlənərək qan hüceyrəsindəki qana, yağ hüceyrəsindəki yağa, əzələ hüceyrəsindəki də əzələyə çevrilmişdir. Bu da genlərin ətraf faktorların təsirini modelləyərək dəyişdiyinin elmi sübutudur.

 

Artıq çəki problemi genetikdir?

 

Genetika elminin dövrümüzə gətirdiyi bir çox elmi reallıqların varlığı da digər bir reallıqdır amma psixosomatik olaraq qəbul edilənlərin, genetik olaraq qavranılması, şəxslərin pessimist və çarəsiz mesajlarına inanmalarına səbəb olmuşdur. Buradaki genetika və epigenetika arasındaki fərqi anlamaq və fərqləndirək önəmlidir.

 


 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az