Həyatında və bədənində var olan hansı nəticələrdən razısansa, o nəticələrə səbəb olan məlumat və marağın doğrudur deməli. Hazırda sahib olduğun nəticələrinin hansından narazısansa, onlara səbəb olan məlumat və marağın isə yanlışdır.
İnsan pəhriz saxladığında onun marağı hansı istiqamətə yönəlir? Təbii ki, qidalanma və qidalara. Qidalanma enerji verir və ya sərf etdirir? Təbii ki, enerji verər. Enerji verən heç bir anlayış çəki atmağa səbəb olmaz.
Bəs insan qidalanma əvəzinə hərəkət və fiziki çalışmalara maraq göstərərsə nə baş verər? Qidalanma və qidaların gücü azalar, hərəkət və fiziki çalışmaların gücü artar. Hərəkət və fiziki çalışmalar güclənsə nə olar? Enerji sərfiyyatı artar.
Gün ərzində maraq sağlam, faydalı, zərərli, kalorili, kalorisiz, qadağan olunmuş, kökəldən, arıqladan qidalara yönəlibsə, bu, qidaların enerjilərini və təsirini gücləndirər, insanı isə qidaların qarşısında kiçildər. Bu səbəbdən də zamanla qida miqdarı artar və hətta asılılıq yaradar.
İnsan bəhanə, keçişdirmə, tənbəllik və s. kimi məlumatlarla maraqlanarsa, bu onun hərəkətsizliyinin miqdarını artırar.
Artıq çəkilərə, yağlara, piylənmiş qarına, qol və ayaqlara, kök üzünə nifrətlə baxsan, öz bədənindən şikayət etsən, bunları tez-tez dilə gətirsən və gündəmdə saxlasan, onlarla maraqlandığın üçün onları gücləndirərsən. Bu da artıq çəkilərə olan marağı artırar, insanın xəstələnməyinə səbəb olar.
Mütəmadi olaraq, xəstəliyindən danışsan, onlardan şikayət etsən onları gücləndirəcəksən.
Mənbə: “Arıqlamada Dəyişmə Müddəti” Deniz Egece
Ən əsası məni narahat edən psixosomatik xəstəliklərimdən azad oldum. Kitab sayəsində kindən, nifrətdən, neqativ düşüncələrdən uzaqlaşdım. Mən bu metodla tanış olanadək, bədənimin dəyərinin fərqinə varmırdım. Metodla tanış olmazdan ...
Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...
Metoda ilk başladığım vaxtlar nəticələrə baxıb tez-tez psixoloquma yazırdım, suallar verirdim. Onların necə arıqladığını, nə etdiyini, düşüncələrini necə dəyişdiklərini öyrənməyə çalışırdım və bu mənə möcüzəvi bir şey kimi gəlirdi ...
Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğun ...
İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...
Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...
Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qadağa olmadan ...
Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...