Pəhriz saxlamaq vaxt ve enerji itkisidir
Pəhriz saxlamaq vaxt ve enerji itkisidir

Pəhriz saxlamaq vaxt ve enerji itkisidir

2020/03/06 251

 

 

 

 

Sandra Aamodt/ Neyroelm mütəxəssisi

Yeni ildə yeni qərarlar alıb, pəhrizdən imtina edib, artıq çəkimi problem etməyib, daha diqqətli qidalanmağı öyrəndim. Artıq hər acdığımda yeyirəm. 

Çəki atmalı olduğumu düşünürdüm, atırdım da, lakin o çəkiləri geri alanda özümü günahlandırırdım. Son 30 il ərzində vaxtaşırı bir çox fərqli pəhrizləri tətbiq etdim. Nə etsəm də hər dəfə atdığım çəki yenə geri qayıdırdı. Əminəm ki, bir çox insana bu hisslər tanışdır. 

 

Pəhriz saxlamaq vaxt ve enerji itkisidir

 

Pəhrizlər qalıcı nəticə verməz. Pəhriz tətbiq etdikdən sonrakı 5 il ərzində əksər insanlar verdikləri çəkini geri alır. Hətta bu insanların 40%-i arıqladıqlarından daha çox kökəlirlər. Beləliklə pəhriz yalnız uzunmüddətli çəki almaq metodudur. 

 

Nə etməliyik?

Cavabım belədir: “fərqindəlik qazanmalıyıq”. Bədəninizin verdiyi siqnalları qavrayın. Beləliklə, siz acdığınızda yeyəcəksiniz, doyduğunuzda isə yeməyi saxlayacaqsınız, bu da sizin artıq çəkilərinizdən azad olmağınıza səbəb olacaq, çünki əslində artıq çəki ac olmadığınız halda qəbul etdiyiniz qidalardan yaranır. 

 

Pəhriz saxlamaq vaxt ve enerji itkisidir

 

Üzləşməli olduğumuz bir məsələ var:

Pəhrizlər işə yarasa idi, hər kəs artır incəlmiş olardı. 

Niyə eyni addımları ataraq fərqli nəticələr əldə edəcəyimizi gözləyirik? Pəhrizlər zərərsiz görünə bilər, lakin əslində bir çox ziyanları var. Ən pisi isə azyaşlılarda qidalanma pozğunluqları yarada bilər. Amerikada 10 yaşadək qız uşaqlarının 80%-i pəhriz saxlayır. 

 

Pəhriz saxlamaq vaxt ve enerji itkisidir

 

Ən zərəsiz halda isə pəhriz vaxt və enerji itkisi deməkdir.

İndi sizə çox sadə bir sual verirəm: Əgər bütün pəhriz saxlayanlara ac olduqlarında yeyə biləcəklərini desəydik nə olardı? Bəs onlara iştahlarından qorxmaq yerinə, iştahlarını yönləndirə biləcəklərini öyrədə bilsəydik? Düşünürəm ki, bir çox insan daha xoşbəxt və daha sağlam olardı, hətta daha incə olardılar. 

Arzu edərdim ki, mənə bunları 13 yaşında deyərdilər.

Təşəkkür edirəm.
 

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az