Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi
Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi

Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi

2019/11/17 798

 

Arıqlama artıq bir çoxlarımız üçün qlobal problemə çevrilib, bu problem hətta bizi gün boyu stressə salır və depressiyaya səbəb olur. Sizə tam yeni və fərqli bir metod təqdim edirik. Bu metod vasitəsilə heç bir idmanla məşğul olmağa, pəhriz saxlamağa, dərmanlardan istifadə etməyə ehtiyac yoxdur.  Bu Deniz Egecenin arıqlama metodudur ki, əsas vəsaitlərindən biri “Arıqlamada Son Söz” kitabıdır. 

Məşhur aparıcı Fira Cəlilovanın Türk neyroelm mütəxəssisi Deniz Egece ilə olan müsahibəsini sizə təqdim edirik:

Fira Cəlilova: Kitab oxuyaraq necə arıqlamaq olar? Mən istədiyimi yeyərək necə arıqlayaram?

Deniz Egece: Kitab, insanın şüuraltında yatan və doğru olduğuna inandığı, lakin yanlış olan və çəki almağına səbəb olan inancları dəyişdirməyi öyrədir. 

 

Fira Cəlilova: Mən, məsələn, pəhriz saxlayıram, idamn edirəm və arıqlayıram, lakin niyə 6 ay sonra yenidən çəki alıb, başa qayıdıram?

Deniz Egece: Mən, Deniz Egece olaraq heç kimi arıqlatmıram, mən QALICI ARIQLAMAdan bəhs edirəm. Çəki atmaq dünyanın ən asan işidir. Yəni Bakıdan İstanbula qədər piyada gedin, 100 kq çəki ata bilərsiniz. Bu çox asandır. Bunun üçün pəhrizlər saxlamağa, özünə işgəncə verməyə ehtiyac yoxdur. Şüuraltımızda qəlibləşmiş inanclar bizim gündəlik hərəkətlərimizi idarə edir. Sahib olduğumuz çəkinin qalıcı olmağı üçün şüuraltında bədən, qidalanma və hərəkət haqqında inandıqlarımızı dəyişdirməliyik. Bu məlumatlar dəyişdiyində, qidalanma və hərəkət haqqında olan inanclarınız dəyişdiyində insan bir müddət çəki atar sonra isə çəkisini stabil saxlamağı öyrənər. Gündəlik davranışlarımızın 95%-ni şüuraltı qeyri-ixtiyari şəkildə həyata keçirir. 

 

 

Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi

 

Fira Cəlilova: Bu o deməkdir ki, sizin metodda heç bir pəhriz proqramı yoxdur? Şəsx istədiyini yeyir və daim eyni çəkidə qalır?

Deniz Egece: Bu dünyanın ən mənasız tətbiqidir. Sənin nə yeyəcəyini niyə mən sənə deməliyəm? Burda əsas məsələ qidalanma haqqında düşünməməkdir. Artıq çəkili insanların da əsas problemi budur: yeməyə başlamadan belə xüsusi duyğular yaşayırlar yeməklə. Yeyərkən xoşbəxt hiss edir özünü, lakin yedikdən sonra peşman olur. Bu vəziyyəti insanlara nə yeyəcəklərini öyrədən “mütəxəssislər” yaradıb. Pəhriz, qidaları yaxşı və pis, sağlam və zərərli olaraq ayırd edir. 

 

Fira Cəlilova: Bu proqrama neçə müddət davam etmək lazımdır?

Deniz Egece: İlkin 21 gün. Bu, neyronlar arasında sinaps şəbəkəsinin qurulması, məlumatın neyronlarda möhkəmlənməsi və digər hüceyrələrə yayılması üçün lazım olan bioloji müddətdir. 40 gün ərzində insan eyni məlumatı oxuyarsa, dinləyərsə o inanca çevrilir, beyində güclənir. 90 gün ərzində isə təsir etməyə başlayır. Əslində təsir istifadə etməyə başladıqdan 1 saat sonra da başlaya bilər. İnsan bir kəlmə eşidir, ona inanır və inandığı təsir etməyə başlayır. 

 

Fira Cəlilova: Sizin dediyiniz bu 90 gün və ya 120 gün ərzində aldığı nəticə qalıcı qalır?

Deniz Egece: Bəli. Kitab ehtiyacın qədər yeməyi öyrədir sənə. Sənin başqasının təkidilə yediyin, kinoya baxarkən qəbul etdiyin lazımsız qida qəbullarını qeyri-ixtiyari şəkildə azaldacaq. Evdar xanım niyə hərəkət etmək üçün idman zalına getməyi gözləsin? Evdə et hərəkəti. Hər yer sənin hərəkət edə biləcəyin məkanlardır: ev, həyət, park, bağ və s. Hərəkətin az olduğunda və qidalanma haqqında müsbət inanclara sahib olduğunda qidalanma miqdarın artar; enerjini çox qəbul edirsən və az sərfedirsən, təbii ki, çəki artar. Biz bu məlumatları dəyişdirməyə çalışırıq. Ətraf mühitdən nə yeyəcəyini öyrənmək əvəzinə, “bədənim, sən nə istəyirsən” sualını ver. Kitab bundan bəhs edir. 
 

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az