Arıqlamağımıza mane olan 8 əsas faktor
Arıqlamağımıza mane olan 8 əsas faktor

Arıqlamağımıza mane olan 8 əsas faktor

2019/11/08 50

XXI əsrdə ən çox yayılmış problemlərdən biri də artıq çəki ilə mübarizədir. Adətən, arıqlamağa qərar verən insanlar ən tez və ən asan üsullara müraciət etmək istəyir. Əziyyət çəkən və zərər görən isə bədən və sağlamlıq olur. İllər uzunu yığdığınız çəkiləri, bir neçə gün və ya həftə ərzində vermək təbii ki, öz mənfi təsirini göstərir. 

Pəhriz seçimində, adətən, bir çox insanlar hipokalorik pəhrizi (aşağı kalorili qidalanma) seçir, bu isə çəkinin azalmağına deyil, sadəcə enerji sərfiyyatına təsir göstərir. Orqanizm, fəaliyyətini davam etdirmək üçün enerji sərf etməlidir və sadəcə 2 enerji mənbəyi var: xarici (qida) və daxili (yağ və karbohidrat ehtiyatları). İnsan, pəhriz zamanı qidadan yetərli enerjini almadığı üçün yığılmış ehtiyatları sərf etməyə başlayır, lakin bu, çəki atmağa səbəb olmur, çünki orqanizm qeyri-ixtiyari enerjiyə qənaət edir. Nəticədə isə insanda sadəcə  halsızlıq və gücsüzlük halları baş verir. 

Arıqlama prosesində əngəl yaradan 10 faktoru nəzərinizə çatdırırıq:

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

1.    Qidalara qadağa qoymaq

Sağlam qidalanmaq təbii vərdişdir, lakin özünüzə hər hansı bir qidanı qadağan etdiyinizdə düşüncələriniz daim ona yönəlmiş olacaq və qadağa aradan qalxdıqda həmin məhsulun həddindən artıq istifadəsinə səbəb olacaq. 

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

2.    18:00-dan sonra yeməmək

Ac qarnına yatmaq və ya yemək düşüncələri səbəbindən yata bilməmək orqanizmə ciddi zərər verir. Bu səbəbdən də, axşam saat 6-dan sonra heç bir qida qəbul etməmək absurd bir məlumatdır. Bu sadəcə arıqlamaq prosesində çəkilən işgəncələrdən biridir.

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

3.    İdmanla arıqlamaq

Arıqlamaq üçün həddən artıq idmanla məşğul olmaq da sağlamlığa zərər verə bilər. İlk olaraq, məşqçi olmadan ağır idman alətlərindən istifadə etməklə ciddi xəsarət ala bilərsiniz. Həmçinin, ağır fiziki məşqlər yağları deyil, əzələləri “əridər”. İdman etdiyiniz müddətdə çəki atsanız belə, idmanı dayandırdığınızda atdığınız çəkilərin iki qatını geri ala bilərsiniz.

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

4.    Pəhriz saxlamaq

Pəhriz, arıqlama üsulları arasında ən yayılmış növdür. Lakin effektlilik baxımından heç də uğur əldə etmiş bir metod deyil. Bir çox pəhriz proqramlarında əsas yeri qadağan olunmuş qidaların siyahısı tutur. Bunun isə nəticəsini artıq bilirik. 

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

5.    Dərman və çaylar

Yeni arıqlama metodları sırasına arıqlama dərman və çayları xüsusi yer tutur. Bu cür üsullar çox asan və rahat görünsələr də, əslində sağlamlığı ciddi riskə atırlar, ilk növbədə isə böyrək və mədəyə zərər verə, həmçinin, qan azlığına da səbəb ola bilərlər. 

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

6.    Gündəlik tərəzidə çəkilmək

Arıqlamaq qərarı vermiş insanlar, adətən, səbirsiz olurlar və istənilən arıqlama metodunun tətbiqinə başlayan kimi nəticə görmək istəyirlər, görmədikdə isə ruhdan düşürlər. Hər gün tərəziyə çıxmaq və bədən çəkisini ölçmək yanlış bir addımdır. Ümumiyyətlə arıqlamağınızı çəki ilə deyil, bədən ölçüsü ilə idarə edin. Bədəninizin yağları əzələyə çevrilə bilər, yəni çəkidə heç fərq olmaya da bilər, lakin bədən ölşüsündə kiçilmiş ola bilərsiniz.

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

7.    Kalori hesablamaları

Pəhriz üsulu ilə arıqlayan insanlar hər yediklərinin kalorilərini hesablayaraq, qidalanmalarını balanslaşdırmağa çalışırlar. Lakin içdikləri suyun belə neçə kalori olduğunu düşünənlər, bir şokolad yedi deyə, ertəsi gün özünə aclıq ilə işgəncə verənlər, çəki problemindən savayı, ciddi psixoloji problemlər də yarada bilərlər. 

 

Arıqlamağımıza mane olan 8 əsas faktor

 

8.    Ac qalmaq

Arıqlamaq deyəndə ilk ağıla gələn “yəmək yeməsəm, ac qalsam arıqlayaram” düşüncəsi olur. Lakin bu yanlış bir yanaşmadır, çünki yuxarıda da qeyd etdiyimiz kimi, orqaznim enerjini qidalardan almadığı halda bədənin ehtiyatlarından qənaət edərək istifadə etməyə başlayır. Bədən acdığında, enerji qəbul etməzsə zəifləyir və halsızlaşır. 

Əslində, sadaladığımız faktorların əksəriyyətinin əsasında qidalanma faktoru yatır. Bu o deməkdir ki, bir çox insanlar, artıq çəkilərinin səbəbini qidalanmada görür. Halbuki, Ümumdünya Səhiyyə Təşkilatının da bildirdiyi kimi, artıq çəki bir psixosomatik xəstəlikdir, yəni artıq çəkiyə səbəb psixoloji faktorlar, mənfi düşüncə və inanclardır. İnsan, mənfi düşüncələri və inanclarından azad olmadığı müddətdə arıqlamaq prosesində qalıcı nəticə əldə edə bilməz; heç bir pəhriz, idman, dərmanlar kömək olmaz. Burada əsas metod – düşüncə gücüdür. Qalıcı çəki atmaq sadəcə fiziki bədən və zehnin ortaq hərəkətə keçməyi ilə mümkündür. Dağıdıcı düşüncələrdən azad olub, yaradıcı inancları şüuraltınızda vərdiş halına gətirdiyinizdə arzu etdiyiniz nəticəni əldə edə bilərsiniz.


Həmçinin bax:

Həmçinin bax:

Elşad Seyfullayevin hekayəsi Elşad Seyfullayevin hekayəsi

Mən – Elşad Seyfullayev, 35 yaşım var, Bakıda yaşayıram. Bizim ailədə hamı - anam, bacım, yoldaşım kökdürlər. Mən özüm də həmişə köklükdən əziyyət çəkmişəm, bu sağlamlığıma da təsir edib. Ətrafımda da, dostlarımın arasında tək kök ...

Maddələr mübadiləsi və çəki problemi Maddələr mübadiləsi və çəki problemi

Maddələr mübadiləsinin sürəti insanın o andakı düşüncələri, əzələ quruluşu, bədən ağırlığı və həcmi ilə mütənasibdir. İnsanın bədənində artıq yağların olması və əzələlərin zəif olması maddələr mübadiləsinin ümumi sürəti və çalışma ...

Mən bacarıram, sən də bacararsan Mən bacarıram, sən də bacararsan

Bu yaxınlarda isə kökəlməyimin səbəbini öyrəndim. Dəniz bəyin kitabında oxumuşdum. "Bu günki bədənin keçmiş düşüncələrinin nəticəsidir". Bəzi insanlar özlərini o qədər də çox sevmirlər məndə onlardan biri idim. Özümü heç vaxt sevm ...

3,5 ayda 30 kq arıqladı 3,5 ayda 30 kq arıqladı

Özümü bildiyimdən bəri artıq çəkidən əziyyət çəkmişəm. Uşaqlığımdan bəri çəkili olmuşam. O vaxt bunu tam anlamadığımdan o qədər də problem olmayıb mənim üçün, lakin böyüdükcə çox narahat etməyə başladı məni. Ətrafdan gələn fikirlə ...

6 aya 38 kq çəki atdı 6 aya 38 kq çəki atdı

Arıq olan insanların necə arıq qaldıqlarını araşdırmağa başlamışdım. Facebook-da “Arıqlamada son söz” adlı bir kitab çıxdı qarşıma. Əvvəl elə bildim ki, yenə pəhriz siyahıları verən kitablardan biridir. Daha çox araşdırdıqdan sonr ...

Gündə 10 min addım mifdir ya həqiqət? Gündə 10 min addım mifdir ya həqiqət?

Ağıllı telefonlar (smartphone), pedometrlər (addım sayan cihazlar) və ya mobil telefon proqramları vasitəsilə gündə neçə addım atdığını hesablayan və addımlarının sayı 10 minə çatanda özünü yaxşı hiss edən çox sayda adam var. Laki ...

48’dən 40 ölçüyə qədər incələn Həvva xanım… 48’dən 40 ölçüyə qədər incələn Həvva xanım…

Mən – Almaniyadan Həvva Akduman. 10 il bundan öncə qaynatamı və anamı itirdim. 3 il öncə isə gənc yaşda qardaşımı itirdim. Hər zaman məni qardaşıma oxşadırdılar, onun ölümündən sonra isə mən də gənc yaşda öləcəm deyə həyatdan soyu ...

Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi

Deniz Egecenin Təlimlə Arıqlama metodu ilə təsadüfən tanış oldum. İlk öncə inandırıcı gəlməsə də, ətrafımda bu metoddannəticə etmiş insanlar var idi, mən də sınamaq istədim. Deniz Egece Arıqlama Düşərgəsində ilk dəfə bacım iştirak ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az