Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece
Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

2019/11/08 47

Pəhriz insanı kökəldir, çəki artırmaq istəyirsənsə, pəhrizə başla!

 

“Çəki artıra bilməməkdən şikayətlənən insanlara pəhriz saxlamaqlarını tövsiyə edirəm. Əvvəlcə əlbəttə ki, gülürlər, sonra isə səbəbini izah edirəm. Dediyimə inanıb pəhriz saxlayanlardan bir müddət sonra pəhrizi dayandırmalarını xahiş edirəm və onlar çox tez çəki artırmağa başlayırlar. 

Əslində prinsip çox sadədir: yemək-içməyə maraqları olmayan bu insanların zehinlərini pəhriz siyahıları və yeməklə məşğul edərək, zehin xəritələrində yeməyə olan maraqlarını artırıram. Əvvəlcə, özlərinə sərhəd qoysalar da, qısa müddətdən sonra davamlı olaraq, yemək haqqında düşünməyə başlayırlar. Pəhriz qadağası götürüləndə isə fikirləri pəhriz vaxtı yeyə bilmədikləri qidaları yemək istəyinə yönəlir. 

 

 

 

 

Pəhriz siyahıları da insanın öz inanclarına görə tərtib edilir. Pəhriz ərzində məhdud miqdarda yemək yedikləri halda, pəhriz qadağası aradan qalxdıqdan sonra yedikləri və yeyə bilmədikləri bir-birinə qarışıb miqdar və çeşid baxımından çoxalır, ehtiyacları olandan daha artığını qəbul edirlər. Qısası, gündəlik problemləri və fikirləri ancaq yeməklə bağlı olur. Yediklərinə və içdiklərinə “çəki artırır”, “zərərlidir”, “faydalıdır” kimi məna və niyyətlər yükləmələrini, yedikdən sonra peşman olmalarını təmin edirəm.

Pəhriz arıqlama metodu deyil. Pəhrizin bədəndə əzələ əmələ gətirmək, bədənin gücünü artırmaq, istənilən idmançı bədən quruluşunu yaratmaq, bədəndəki digər ölçülərin nizamlanması kimi funksiyaları var. Sağlamlıq, müalicə və şəfa müddətində, yaxud həkim tövsiyəsi ilə həyata keçirilən, ehtiyaca görə tutulan qidalanma rejimidir. İnternetdəki minlərlə pəhriz siyahılarından heç biri ömür böyu arıq və ideal bir bədəndə yaşama vədini həyata keçirməyə nail olmayıb. Bu siyahıların böyük əksəriyyəti də əhalisinin 60%-dən çoxu artıq çəkiləri ilə məşhurlaşan ABŞ-da peyda olur.

 

Pəhriz arıqlatmır, kökəldir

 

Pəhriz arıqlama metodu olmadığı kimi, üstəlik, həmin insanı kökəlməyə vadar edir. Pəhriz və yemək qadağalarını arıqlamaq üçün həll yolu olaraq qəbul etmək böyük səhvdir. Üstəlik, onlar təşviqedici, gücləndirici və çağırıcı xüsusiyyətlərə malikdir.

İnsanların şüurunda pəhriz dedikdə, aclıq hissi, yağsız yeməklər, kəpəkli çörəklər, şəkər və duz qadağası, az yemək, artıq çəkini azaltmaq üçün çəkilən işgəncələr və məhrumiyyətlər başa düşülür. Şüuraltı isə bunu tam başqa cür qəbul edir: qıtlıq yaranır, gələcəkdəki pis və ağır günlər üçün yağ ehtiyatı yaratmalı və hər cür şərtlər altında həyatda qalmağa davam etməliyəm. Çünki keçmişdə şüuraltına kodladığın qeyd artıq çəkinin faydalı olması fikrindən ibarətdir. Bu qeyd dəyişikliyə müqavimət hissi, pessimizm, tərəddüd və şübhə oyadır.

Şüuraltına verdiyin “pəhrizə başladım”, “bitirdim”, “pəhriz saxlayıram”, “pəhriz qadağadır”, “azad”, “pis”, yaxud “yaxşı” kimi sözlər və ifadələr şüuraltı tərəfindən bədəndə ehtiyat yaratmaq əmri kimi qəbul olunur. Pəhriz düşüncəsi beynində davamlı olaraq təkrarlandığı üçün bu qidalanmaya olan marağı da gücləndirir. Şüuraltına pəhrizdən yaxşı və ya pis deyil, qidalanma və ya ehtiyat yaratmaq ehtiyacının olması mesajı ötürülür. Bundan başqa, pəhrizdən nəticə əldə edilə bilməyəcəyi üçün, bir müddət sonra ümidsiz, gücsüzlük və uğursuzluqla üzləşmək fikri şüuraltında daha da güclənmiş olur. Bu da pəhrizdən sonrakı həyatında dözülməz bir vəziyyət yaradır və bədbəxtlikləri də özü ilə gətirir. Bu günə qədər pəhriz saxlayan minlərlə insanla söhbətləşmişəm və demək olar ki, hamısı atdıqları artıq çəkilərdən daha artığını bir müddət sonra yenidən geri aldığını deyib. Pəhrizlə birlikdə qidalanmaya, bədən və hərəkətə olan inanclarını dəyişdirənlər isə yenidən artıq çəki almayıblar.

Pəhriz saxlanıldığı zaman metabolizma 40% azalaraq, bədəndə yağ ehtiyatı yaratmağa başlayır. Şüur bu qıtlığın nə qədər davam edəcəyini başa düşə bilmədiyi üçün yağ ehtiyatı yaradaraq özünü qorumağa çalışır. Pəhriz müddətində çəkidə azalma olsa belə, bədəndəki yağ miqdarı artır. Onsuz da pəhriz ifadəsi “nəyisə itirmək” mənası verir. Nəyisə itirdiyimiz zaman daxilimizdəki uşaq onu yenidən tapmağa çalışır, tapanda isə çox xoşbəxt olur.

 

Pəhriz saxladığın vaxt ərzində artıq çəkini atırsan, pəhrizi dayandıranda isə qəti olaraq, daha artıq çəki almağa başlayırsan. Bunu “pəhrizin qapalı dövrəsi” adlandırırlar.

 

Pəhriz saxlanıldığı müddətdə qidalara “yağlı”, yaxud “yağsız”, “faydalı” və ya “ziyanlı”, “kalorili” kimi mənalar  və niyyətlər yüklənir. Yeməklərə yüklədiyin bu mənaların hər biri şüuraltında qidalanma ilə bağlı yaranan uzunmüddətli artıq çəki qəbuluna səbəb olur. Şüuraltımız həyatda qala bilmək üçün kodlanıb. “Bundan sonra az yemək yeyəcəksən, sənə məhdudiyyətlər qoyuram, ancaq bu yolla arıqlaya bilərsən” demək şüuraltına qorxu və narahatlıq verir. Pəhrizə başladığın zaman şüuraltı özünü qorumaq üçün metabolizmanı 40% azaldaraq, yağ ehtiyatı yığmağa başlayır. Bu şəkildə artıq çəki atsan belə, bədənindəki yağ faizi artır, çünki bədənində yağ ehtiyatı yaranıb. 

 

Pəhriz arıqlatmır, kökəldir

 

Pəhriz siyahısı əslində yemək siyahısı, yemək haqqında fikirləşmək deməkdir. Həyatında davamlı olaraq yemək dərdi çəkərək, bu fikri sadəcə olaraq, daha da gücləndirirsən. Nə düşünürsənsə, nə danışırsansa, şüuruna da onu cəlb edib kodlaşdırmağa başlayırsan. Pəhriz şüurüstü iradə vasitəsilə həyata keçirilir. Pəhrizi dayandırıb, məhdudiyyətləri aradan qaldıranda isə onsuz da zehninə külli miqdarda və davamlı olaraq qida qəbul etmək vərdişini kodlaşdıracaqsan. Pəhrizdə qidalanmaya yönələn fikirlər var, halbuki, fikirlər hərəkət istiqamətində olmalıdır. Fikir hara yönəlirsə, enerjinin nəticələri də həmin istiqamətdə meydana çıxır. Buna görə də, fikir qəti şəkildə qidalanmadan kənar yöndə olmalıdır.

Pəhriz qadağaları həm sənin təbiətinə, həm də bədəninə aid olan məlumatlara əks olan prosesdir, eyni zamanda fikrini-marağını ancaq yeməyə yönəldir. Qidalara qoyulan qadağalar, qidalanmaya olan marağın artmasına səbəb olur. Pəhriz zehni qidalanmadır, pəhriz siyahıları hər hansı bir insanın fikirləri əsasında tərtib olunan qəlibləşmiş düşüncə  formasıdır;  onlar bizim ehtiyaclarımızı əks etdirmir. Bunun əksinə olaraq, qidalanmaq bədənin ehtiyaclarını təmin etməkdir. Bədənin ehtiyacları gündəlik, həftəlik, yaxud aylıq olaraq dəyişikliyə məruz qalır. Burada vacib olan tək iş bədənimizin siqnallarını izləyərək, qidalanmaqdan ibarətdir. Bədənin qidalanması zehni qidalanmanın əksinə olaraq, artıq çəkinin yaranmasına səbəb olmur. Arıqlamaq və tarazlanmış, ideal bədənə sahib olmaq istəyiriksə, bədənin qidalanmasını seçməliyik.

Sağlam qida qəbul etmək vasvasılığı, yəni ortoreksiya kəskin şəkildə zərərlidir. Yediklərinin sağlam olub-olmadığına xəstəlik dərəcəsində həssaslıqla yanaşanlar hər tikənin kalori- sini hesablayanlar, bir gün əvvəl həddindən artıq yemək ye- diyi üçün növbəti günlərdə özlərinə pəhriz əziyyəti edənlər bədənlərinə heç bir fayda verməməklə yanaşı, həm də zehni baxımdan xəstəliyə düçar olmağa başlayırlar. Makaronla çörək yeyib üstündən pəhriz kola içənlər üçün ortoreksiya terminini istifadə edə bilərik. Qarışıq və bir-birinə zidd olan bu düşüncələr yanlış düşüncə və inanc bağlılıqlarından sonra meydana gəlir. Bu xəstəliyin əsasında fikirlərin xaosu dayanır.
 


Həmçinin bax:

Həmçinin bax:

Tez-tez verilən suallar (1-10) Tez-tez verilən suallar (1-10)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (1-10) ...

Piylənmə ölüm riskini artırır Piylənmə ölüm riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatının da bildirdiyi kimi XX-ci əsrin 70-ci illərindən bəri bütün dünyada insanlar arasında artıq çəki və piylənmə problemi 3 qat daha kəskinləşib. Öncə yalnız Birləşmiş Ştatlarda yayılmış xəstəlik, hazırda ...

Tez-tez verilən suallar (52-64) Tez-tez verilən suallar (52-64)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (52-64) ...

NLP nədir? NLP nədir?

NLP (Neuro-Linguistic Programming – Neyro-Linqvistik Proqramlaşdırma), duyğu və düşüncələrinizi yönləndirərək, keçmiş yaşantılarınızdan gətirdiyiniz mənfi duyğu və düşüncədən xilas ola bilməyiniz üçün müasir texnikalarla həyatınız ...

6 aya 38 kq çəki atdı 6 aya 38 kq çəki atdı

Arıq olan insanların necə arıq qaldıqlarını araşdırmağa başlamışdım. Facebook-da “Arıqlamada son söz” adlı bir kitab çıxdı qarşıma. Əvvəl elə bildim ki, yenə pəhriz siyahıları verən kitablardan biridir. Daha çox araşdırdıqdan sonr ...

“Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece “Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece

Qalıcı arıqlama üçün şüuraltında yatan inancları, duyğuları, düşüncələri dəyişdirmək lazımdır, yediyiniz yeməkləri deyil. “Arıqlamada son söz” kitabında da deyildiyi kimi pəhrizlər qalıcı arıqlamağa kömək etməz. Çünki pəhrizdə qid ...

Gündə 10 min addım mifdir ya həqiqət? Gündə 10 min addım mifdir ya həqiqət?

Ağıllı telefonlar (smartphone), pedometrlər (addım sayan cihazlar) və ya mobil telefon proqramları vasitəsilə gündə neçə addım atdığını hesablayan və addımlarının sayı 10 minə çatanda özünü yaxşı hiss edən çox sayda adam var. Laki ...

Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi

Mən övladlığa verilmiş uşaq olmuşam. Buna görə də çox psixoloji problemlər yaşamışam. Hətta o həddə çatmışdım ki, çəkim 160 kilo olmuşdu. Elə bu müddətdə yoqa ilə tanış oldum. Zamanımı daxili təmizlənməyə, ruhumu anlamağa həsr etd ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az