Tez-tez verilən suallar (39-51)
Tez-tez verilən suallar (39-51)

Tez-tez verilən suallar (39-51)

2019/10/17 411

Suallar:

 

39.    Ömrümün sonuna qədər yumruğum qədər yeyəcəm?

Xeyr, bu sadəcə qidalanma miqdarının, bədənin təbiətinə uyğun olan bir qida qəbulu həcmidir. Məqsəd şüuraltında qida qəbulu miqdarının bədən təbiətinə uyğun olan həcmi haqqında məlumatı düzgün öyrətməkdir. Yəni, insanın təbii bədən və mədəsinin quruluşunun belə olduğu, bir qida qəbulunda yumruğu qədər qidalanmasının onun bədəninin doymağı üçün yetərli miqdar olduğu öyrədilməlidir, bu da şüuraltında qida qəbulu haqqında olan məlumatların dəqiqləşməyinə səbəb olur. Siz qida çeşidində özünüzə heç bir qadağa qoymayacaqsınız. Lakin bir müddət sonra qeyri-ixtiyari şəkildə, bədəninizin ehtiyacı olan yumruq qədər qida qəbul etdiyinizdə zehniniz də doyduğunuzu anlayacaq. Çəki atma prosesində də bu məlumata əsasən hərəkət olunarsa, insan istədiyi çeşiddə, heç bir qadağa olmadan yemək yeyə bilməyini təmin edər. Bu da, çəki və qidalanmaya qarşı olan həssaslıq və bağlılığın bitməyinə gətirib çıxaracaq. Bu məlumatlar öyrənildiyində, şüuraltı artıq yemək miqdarını qəbul etməkdə çətinlik çəkəcək. Bu bir pəhriz deyil, məhdudlaşdırma deyil, sadəcə mədənin təbii həcminin şüuraltı tərəfindən öyrədilməyidir.


40.    Hər şeyi yeyib, içərək necə çəki atacağımı başa düşmədim?

Çəki atmağa səbəb olan hərəkətdir, almağa səbəb olan isə hərəkətsizlik. Hər şeyi yeməyinizin sərbəst olmağı, yemək asılılığının azalmasına gətirib çıxarır. Qida məhsullarını zərərli və ya faydalı, karolili və ya kalorisiz, çəki aldıran və ya verdirənlər kimi ayırdığımızda, qidaların həddindən artıq yeyilməyinə səbəb oluruq. Beynimizdə qidaları bu qədər böyütmək yerinə, gücümüzü artırmalıyıq. Bununla yanaşı, heç bir qida çeşidinin çəki aldırdığına və ya atdırdığına dair elmi əsas yoxdur. Lakin qida miqdarı həddindən artıq qida qəbuluna səbəb ola bilər. Artıq çəkiyə səbəb olan enerji sərfiyyatının az olmasıdır, hərəkətsizlikdir. Artıq çəkilərinizdən qidalanma çeşidini azaldaraq deyil, hərəkət miqdarını artıraraq azad ola bilərsiniz. 


41.    Mənim problemim ətrafımdakı insanlardan, yəni yoldaşım, anam, atam, dostlarımdan qaynaqlanır. Onları həyatımdan çıxara bilməyəcəyimə görə, nə edim?

Ətrafınızdakı insanları saymaya bilmərik və ya öldürərək yox edə bilmərik. Lakin insanın şüurunda var olan vərdişləri dəyişdirə bilərik. Bu, sadəcə sizə aid olan özəl hal deyildir, təsir altına düşmək hər bir canlıya xasdır. Metodumuzun köməyi ilə kənar faktorlardan təsirlənməməyi, istəmədiklərinizə “yox” deyə bilməyi öyrənəcəksiniz. Ailə üzvlərimizi həyatımızdan çıxartmaq yerinə, onlar haqqında olan düşüncələrimizi dəyişdirmək daha əlverişli bir çıxış yoludur. Biz dəyişdiyimizdə, onların bizə olan xidmətləri və münasibətləri də dəyişər.


42.    Artıq çəkimin səbəbi genetikadır, bütün ailəmiz çəkilidir, bibimə, nənəmə, xalama ya da dayıma oxşadığımı söyləyirlər, bunu necə həll edim?

Ailədə hər kəsin çəkili olmağı genetikadan qaynaqlanmır, artıq çəki problemi bir psixosomatik xəstəlikdir və genetika ilə əlaqəsi yoxdur. Modelləşdirmə və təsir altına düşmə ilə əlaqəlidir bu hal, ailə üzvlərinin bədən quruluşlarını nümunə olaraq götürmüş və təsirinə düşmüşsünüz. Azyaşlı olduğunuzda təlqin ediblər ki, bibinə çox oxşayırsan və ya belə gedərsə anana oxşayacaqsan, və ya anana oxşamaq istəməməyiniz belə, ona oxşamağınıza səbəb olar. Metodumuz belə halların həll yolunun öyrədir. Genetik bir xəstəlik olmayan artıq çəkidən qidalanma və hərəkət balansını stabil saxlayaraq azad ola bilərsiniz. 


43.    Zob, qalxanabənzər vəzində düyünlər və s. kimi xəstəliklərim var, bu səbəbdən çəki ata bilmirəm, bunu necə həll edə bilərik?

Bu cür xəstəliklərin çəkili olmaqla heç bir əlaqəsi yoxdur. Artıq çəkiyə səbəb olan xəstəlik yox, hərəkətsizlikdir, ən başlıcası isə qidalanma və hərəkət haqqında olan düşüncə və inanclardır. Xəstəliklər hərəkətsizliyə səbəb olsalar da, artıq çəkiyə səbəb olacaq qədər deyil. Əlillik kimi hallar insanın hərəkətsiz qalmağına səbəb ola bilər, lakin zob və ya qalxanabənzər vəzində olan düyünlərin artıq çəki ilə əlaqəsi yoxdur, bu xəstəlikləri olan milyonlarla insan çəki ata bilirlər. Hətta əlil arabasında olub da idela bədən quruluşunda olan insanlar var, demək ki bunun xəstəliklə əlaqəsi yoxdur. Həmçinin, zob kimi xəstəlikləri olan, lakin heç çəkili olmayan insanlar da var. Bu doğru olduğuna inanılan, lakin heç bir elmi əsası olmayan bir məlumatdır. 


44.    Ayaqlarım, bel yırtığı və menisk səbəbi ilə idmanla məşğul ola bilmirəm, necə çəki atacam? Bu imkansızdır.

İdman etməyiniz məcbur deyil, yeriyə bilirsinizsə və ya üzməyi bacarırsınızsa artıq çəkidən azad ola bilərsiniz. İdman müvəqqəti çəki atmağa kömək edər, lakin əsas olan ömür böyu edə biləcəyiniz bir iş, şəxsi həyatınızdakı hərəkətlilik və əzələlərinizin güclənməyi üçün məşqlərdir. Beynimiz, sadəcə düşünmək ilə bədənin 20-25%-lik enerjisini sərf edir. Metodumuz, fiziki məhdudiyyətli və ya əlil insanların çəki atmağında da təcrübəlidir. Sadəcə düşünə bilməyiniz, əl və başınızı tərpədə bilməyiniz yetərlidir. 


45.    Maddələr mübadiləm yavaş işləyir, onu sürətləndirmək üçün nə etməliyəm?

Maddələr mübadiləsinin sürətli və ya yavaş işləməyi mümkündür, lakin sizin onun sürətini ölçə bilməyiniz üçün bir cihaz yoxdur. Həmçinin, maddələr mübadiləsi də, yəni bədən kimi stabil olmadığı üçün, bu dəyişkən bir haldır. Bəzən sürətli, bəzən yavaş işləməyi mümkündür. Lakin əzələ artdıqca, maddələr mübadiləsi də gücünü və sürətini artıra bilər. Bədənin hərəkətliliyi artdıqca, maddələr mübadiləsinin də sürəti artar. 


46.    Şirniyata olan marağım səbəbindən çəki ata bilmirəm!

Qidalardan asılılığınız sizin çəki atmağınızda əsas əngəldir. Çəki almağa səbəb olan şirniyyatın çeşidi deyil, miqdarıdır. Şirniyyat qida qəbulu hesab edilmədiyində və uzun müddət hərəkətlilik miqdarı azaldıqda, çəki artımı ola bilər. Bu şirniyyat ilə yox, miqdar ilə əlaqəlidir. Şirniyyatı yox saymaq, qadağa qoymaq və ya ömür boyu iradə gücü ilə özünü məhdudlaşdırmaq yerinə, şirniyyat haqqındakı müsbət düşüncələri neytrallaşdırmaq mümkündür. Emosional aclığınızı qidalarla boğmaq, yəni pis və ya yaxşı əhval ruhiyyədə olarkən ehityacınız olmadığı halda belə şirniyyat yemək sizdə asılılıq yaradar. Sadəcə bədəniniz tələb etdikdə və yumruq qədər qəbul etdiyiniz heç bir qida sizdə artıq çəki yaratmaz. Keçmişdə aldığınız çəkilərdən azad olmaq üçünsə hərəkət miqdarınızı artırmalısınız.   


47.   Qida və ya digər asılılıqlarımdan necə azad ola bilərəm?

Asılılıqlar qida və ya maddənin gücündən qaynaqlanmır. İnsanın qida və ya maddə haqqında şüuraltındakı müsbət inancı və marağı miqdarından qaynaqlanır. Bu tamamilə beyinlə əlaqəli bir problemdir. Asılılıq nəyinsə tərəfdarı olmağından qaynaqlanır. Asılılığın həlli fərqindəlik qazanmaqdır və asılı olduğunuz maddə, insan və ya hadisə ilə üzləşdiyinizdə asılılığın təsirindən azad olarsınız. Asılı olduğunuz qidalara qadağa qoyaraq, məhdudlaşdıraraq, onlara olan asılılığınızı daha da artırmış olarsınız. Təlimlə qalıcı arıqlama metodunun köməyi ilə hər kəs istənilən növ asılılıqdan azad ola bilər. 


48.    Hərəkət və məşq etməyə vaxt ayıra bilmirəm, nə edim?

Deniz Egece Qalıcı Arıqlama metodu ilə bunu şüur əsasında canlandırma edərək həll edə bilirik. Şüuraltı etdiyi və canlandırdığı arasındakı fərqi ayırd edə bilmir. Oturduğunuz yerdə beyninizdə məşq canlandırmaları edərək yağları əridə və ya əzələ yığa bilərsiniz. Bir müddət canlandırma etdikdən sonra, qeyri-ixtiyari hərəkət və məşq etməyə başlayacaqsız, həm də buna vaxt ayırmağınız da qeyri-ixtiyari baş verəcək. 


49.    İdman zalına yazıldım, lakin heç bir şəkildə sabit olaraq gedə bilmirəm. Bu metod mənə kömək olar mı?

Bəli, olar, bu metod sizin beyninizdə hərəkət planı, motivasiya, fokuslanma və istəkləndirmə yaradacaqdır. Bu, 100% tam ehtiyacın olan və sənə uyğun olan metoddur. İdman zalına gedərək müvəqqəti bir nəticə əldə edə bilərsən, lakin hərəkətsiz həyata geri döndüyünüzdə artıq çəkiləri yenidən geri alacaqsınız. Deniz Egece metodunu anladıqdan sonra hərəkətliliyi gündəlik həyatınızda qeyri-ixtiyari olaraq etməyə başlayacaqsınız. 


50.    İş yoldaşlarım məndən daha çox yesələr də, arıqdırlar, mən onlardan daha az yeyirəm, lakin niyə çəkiliyəm?

Çünkü iş yoldaşlarınız həm əzələ olaraq, daha çox əzələyə sahibdirlər, həm də sizdən daha çox hərəkət edirlər. İş yerində eyni hərəkətləri etsəniz də, onların hərəkətlilik sürəti, gücü və şiddəti daha çoxdur. Həmçinin, şəxsi həyatlarında da sizdən daha çox aktivdirlər. Bu, həmçinin, qidalanma və hərəkət balansından da asılı ola bilər. 


51.    Çox hərəkətliyəm və az yeyirəm, amma yenə də çəkiliyəm.

Bir hədəf və məqsəd müəyyən etmədiyinizdə, nəticə əldə etməyə gücünüz və istəyiniz yaranmaz. Bununla yanaşı, hədəfsizlik diqqətinizin yayınmağına səbəb olar. Təlimlə qalıcı arıqlama metodunda fokuslanma, motivasiya, problemləri həll etməyə istəkləndirmə və özünü inandırmağa səbəb olan əhəmiyyətli təlqinlər mövcuddur. Bunlar, insanın məlumatlanmağı və inkişaf olunmağına gətirib çıxarır. Bu metodu sizi sadəcə arıqlatmayacağını, həmçinin, sizin düşüncə və duyğularınızı dəyişərək, bütün həyatınıza müsbət yöndə təsir göstərəcəyinə inanmalı, metodun tətbiqinə başlamalısınız. 


Həmçinin bax:

Həmçinin bax:

Düşüncələrimizin həyatımıza təsiri Düşüncələrimizin həyatımıza təsiri

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun da meyvəsini verir. Yaradıcı düşüncələr əksən, bədənində pozitiv duyğular, gözəl davranışlar yaranar. ...

Tez-tez verilən suallar (1-10) Tez-tez verilən suallar (1-10)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (1-10) ...

Tez-tez verilən suallar (76-86) Tez-tez verilən suallar (76-86)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (65-75) ...

Hərəkət və qidalanma balansının əhəmiyyəti Hərəkət və qidalanma balansının əhəmiyyəti

Nə yediyin deyil, nə qədər yediyin əhəmiyyət daşısa da, ondan da əhəmiyyətli olan nə qədər hərəkət etməyindir. Gün ərzində 10.000 kalori qəbul edən bir insan əgər 11.000 kalori sərf edəcək hərəkət edirsə, səncə o artıq çəki alar? ...

Qidalanmada miqdarın əhəmiyyəti Qidalanmada miqdarın əhəmiyyəti

Təbiətin yağışına pis deyə bilmərik, yağışın miqdarı fayda və ya zərər verər. Küləyə də pis deyə bilmərik, yetərli miqdarda olduqda fayda, həddindən artıq sürətli olduqda isə zərər verər. Alov üçün oksigen və su az miqdarda fayda ...

Öz-özünə müalicə Öz-özünə müalicə

Artıq çəki problemini sənin yerinə bir başqası həll edə bilməz, çünki yaşadıqlarını və şüurunun quruluşunu heç kim səndən daha yaxşı bilə bilməz. Şüurunu kodlamalarla yenidən formalaşdıra bilərsən, qorxuların, mənfi düşüncələrin v ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • www.denizegece.az