Tez-tez verilən suallar (11-23)
Tez-tez verilən suallar (11-23)

Tez-tez verilən suallar (11-23)

2019/10/17 1365

Suallar:

 

 

11.    Təlqinlərin zərəri olurmu?

Fərqli çeşidli təlqinlər həyatımızın hər sahəsində mövcuddur. Televiziyada göstərilən verilişlər də bir təlqin vasitəsidir, pis xəbərlərə baxdıqda xəstəlikləriniz artar. Qida məhsullarının reklamlarına baxdığınızda qida qəbulu sayınız artar. Deniz Egece məhsullarında olan təlqinlərə hər bir halda qulaq asa bilərsiniz, hamilə və xəstəlik hallarında belə. Tam əksinə, təlqinlər sizin hirsinizi, əsəbinizi, stressinizi, kədərlərinizi və istənilən narahatlıqlarınızı neytrallaşdırmağa yönəliblər. 


12.    Subliminal səslərdə dalğalar var? Bir zərəri varmı? Subliminal mesajlar nəyə kömək olacaq?

Subliminal səslər bir dalğa deyil, yalnız şüuraltının eşitdiyi aşağı səviyyədə olan səslərdir. Çox yuxarı səviyyədə olan səslər zərər verə bilər, lakin subliminal səslər qətiyyən zərərli deyildir, çünki Alfa tezliyində yazılıblar və bu yalnız şüuraltının qəbul etdiyi bir tezlikdir. Subliminal mesajlar heç bir şəkildə insanın biliklərinin dəyişməyinə səbəb ola bilməz, sadəcə onları hərəkətə gətirər və onlara doğru istiqamətləndirə bilər. 


13.    Təlqinlər xəstəliklərimə mənfi təsir göstərərmi? 

Tam əksinə, əgər psixosomatik bir xəstəliyiniz varsa, onun azalmağına və ya tam yox olmağına səbəb olar. Həmçinin, əsəb, stress, gərginlik hisslərini minimuma endirəcək. Öncəki oxucu və dinləyicilərimizdə geri dönüş olaraq aldığımız rəylərdə çox tez-tez təzyiq, şəkərli diabet, allergiya, miqren kimi xəstəliklərin öz-özünə sağaldıqları deyilir.  


14.    Təlqinlərin hamiləlik zamanı bir əks-göstərişi ola bilərmi? Yenidoğulmuş uşağımı yedizdirməyimə bir təsir göstərərmi?

Heç bir əks-təsiri olmaz, tam əksinə cihazda olan musiqi və təlqinlər uşaqlar üçün də xeyirlidir. Ananın müsbət hisslər içində olmağı və hormonların dəyərlərinin dəyişməyi müddətində təlqinlər həm ana, həm də uşaq üçün müsbət təsir göstərəcəkdir. Elm adamları hamilə və ya əməliyyatda olanlara klassik musiqi qulaq asdırırlar, bu da ona bənzər bir haldır. Təlqinlərin musiqiləri insanların əsəblərini sakitləşdirir.  


15.    Təlqinlərə 3 ay sonra da qulaq asa bilərəmmi?

90-120 günlük müddətiniz bitdikdən sonra da, ümumiyyətlə bütün həyatınız boyunca qulaq asa bilərsiniz, hətta stress, gərginlik, narahatlıq, qayğı, yalnızlıq qorxusu, darıxmaq, qarışıqlıq, kədər kimi negativ hisslər yaşadığınızda qulaq asmağınız, o hisslərin dəyişməyinə səbəb olacaq. Təlqinlərin heç bir əks təsiri yoxdur.   


16.   Təlqinlərə 1-2 gün qulaq asmasam nə olar? Ara verdiyimdə nə etməliyəm?

Heç bir problem olmaz, lakin uzun bir müddət qulaq asılmadıqda, təsiri azalmağa başlayacaq. Qulaq asmadığınız hər günü sonrakı müddətə əlavə edərək davam edə bilərsiniz. Minimum 21 gün davamlı olaraq qulaq asmalısınız. Ümumi prosesin müddəti isə 90-120 gün aralığındadır. Çəki atdıqdan sonra da vaxt aşırı qulaq asa bilərsiniz. 


17.    Heç vaxtım yoxdur, cihazı/CD-ni necə istifadə edim, qulaq asmağa vaxtım yoxdur. 

Əvvəla, vaxt haqqındakı düşüncələrinizin dəyişməyini də təlqinlərlə təmin edirik. Təlqinləri dinlədikdə bədənə olan dəyər və inancınız dəyişəcək, qeyri-ixtiyari ona vaxt ayırmağa başlayacaqsınız. Hər bir şəxsin arzu etdiyində vaxt ayırma imkanı var, yetər ki, siz bədəninizə dəyər verdiyinizi, onu vacib hesab etdiyinizi şüuraltınızda anlayın, sonra avtomatik vaxt ayırmağa başlayacaqsınız.  Təlqinlər bunu təmin edəcək. Bu mövzuda səsli kitab və təlqinlərimiz var. Bunun üçün isə artıq bir vaxt ayırmağınıza ehtiyac yoxdur, başqa işlərinizi görərkən, ev işlərinizi edərkən, maşın sürərkən, işdə işləyərkən, dincələrkən, bağda işləyərkən, gəzərkən, yatarkən dinləyərək şüuraltınızın dəyişməyinə səbəb olacaqsınız. Bununla yanaşı, həftədə 1 dəfə onlayn tədrisi istədiyiniz məkanda və vaxtda keçirməyiniz mümkündür. Beləliklə, çəki atmaq üçün xüsusi bir vaxt ayırmağınıza ehtiyac yoxdur. Bu təlqinlərə qulaq asdıqdan sonra, bədəniniz və vaxtınız haqqında olan inancınız dəyişəcək və siz qeyri-ixtiyari formada bədəninizə vaxt ayırmağa başlayacaqsınız. 


18.    Hər təlqinə öz vaxtında qulaq asmalıyam?  

Xeyr, hər terapiyaya fərqli vaxtlarda da qulaq asa bilərsiniz, sizə uyğun olarsa istifadə təlimatında qeyd olunan vaxt ayrımında da qulaq asa bilərsiz. O vaxtlar sizə uyğun olmadığında, boş vaxtınız olan hər bir an təlqinlərə qulaq asa bilərsiniz. Tədrisin vaxtı olmur, lakin öyrənmənin ən faydalı vaxtı səhər saatlarıdır. Bütün gün ərzində qulaq asmağa heç vaxtınız yoxdursa, yatarkən dinləməyinizdə fayda var.


19.   Müsbət təsir görmək üçün təlqinlərə neçə gün qulaq asmalıyam?  

Ümumilikdə 90-120 gün müddətində qulaq asmaq faydalıdır, hər dinlənildiyində fərqli məlumatlar öyrəniləcək və başa düşüləcək. Hər 30 gündən bir 3-5 gün ara verilməlidir ki, məlumatlar şüuraltında güclənsin. Sonra təkrar terapiyaya davam edilməlidir. Sonra 3 ay ara verməklə eyni ildə 60 gün daha təkrar qulaq asılmağı, sonrakı il 6 ayda bir 30 gün qulaq asılmağında çox böyük fayda var. Əlbətdə ki, istənilərsə ömür boyu da qulaq asa bilərsiniz. 


20.    Kitab məni necə arıqladacaq? Neçə dəfə oxumalıyam? Oxuyarkən nələrə diqqət yetirməliyəm? 

Kitabın səhifələrini deyil, içindəki məlumatları təkrar-təkrar oxuduqda insanın fikirlərinin dəyişdirilməyinə səbəb olur. Kitabı bir roman kimi yox, dərs kitabı kimi oxumalısınız. Kitab şüuraltına uyğun bir şəkildə başa düşülür və şüurun dəyişməsi üçün yazılmışdır. Kitabda sizin problemləriniz haqqında bəhs edilən hissələrinin altından xətt çəkərək, vaxt aşırı o hissələrə qayıdıb yenidən oxumağınız faydalı olar.  Hər oxuduğunuzda da şüur səviyyəniz inkişaf edəcək, bu da oxuduqlarınızın fərqli qavranılmasıma səbəb olur. 


21.    Arıqlamaq üçün özəl proqram verirsinizmi?

Hər şəxsə özəl 90-180 günlük proqramları sadəcə özəl seanslar, onlayn tədris və düşərgələrimizdə veririk. İnsanı tanımadan, onun düşüncə və inanclarını bilmədən özəl proqram verilə bilməz. Köklüyə səbəb olan çox fərqli faktorlar var, bu səbəbdən də tanışlıq olmadan hansı faktorun dəyişməyə ehtiyacı olduğu bilinməz. Beləliklə də özəl proqram verilə bilməz. Lakin hər kəs üçün faydalı olan kitab və səs yazılarını dinləyərək də müsbət təsir görə bilərsiniz.


22.    Fikir fasiləsi nədir?

Fikir fasiləsi, şüuraltımızda mövcud olan düşüncə və inanclara vaxt ayıraraq, onların qaydaya salınması, neytrallaşdırılması, gücləndirilməsi və dəyişməsini təmin etməkdir. Düşüncə fasiləsi, demək olar ki, mental yəni beyin məşqləridir, insanın öz-özünü razı salmağıdır. Bu özünü hipnoz etmək deməkdir, necə ki fiziki məşqlər etdiyimiz də əzələlərimiz inkişaf edirsə, beyin məşqləri zamanı da beynimizdə olan məlumatlar dəyişir və güclənir. Təlimlə qalıcı arıqlama metodunda Düşüncə fasilələri çox böyük əhəmiyyət daşıyır.


23.    Şüur nə dərəcədə önəmlidir?

Şüur, bədənimizdə və həyatımızdakı bütün nəticələrə gətirib çıxaran bir quruluşdur. Günün 24 saatının hərəkət və davranışlarımızın 95%-ni şüuraltımız avtomatik olaraq idarə edir. Şüuraltında nəyi necə öyrənmişiksə, istəmədən də vərdişlərimiz o istiqamətdə təkrarlanır. Təcrübələrə və öyrəndiklərimizə əsasən də, avtomatik olaraq, bütün hisslər təkrarlanır. Əldə etdiyimiz nəticələrə səbəb olan davranışlarımız şüuraltı tərəfindən idarə edilir. Maddələr mübadiləsi şüraltı tərəfindən nəzarətdə saxlanılır və idarə olunur. Bütün cisim və əşyalara verdiyimiz dəyər və onlara qarşı olan inanclarımız, insanlara, hadisələrə qarşı olan asılılıqlarımız da şüuraltındadır. Rəng, dad, ləzzət, qoxu, ağırlıq, həcm və s. kimi məlumatlar da şüuraltının öyrədilmiş məlumatlarıdır. 

 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


Həmçinin bax:

Həmçinin bax:

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...

4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı? 4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı?

Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qadağa olmadan ...

Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm

İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...

Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum! Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum!

Ən əsası məni narahat edən psixosomatik xəstəliklərimdən azad oldum. Kitab sayəsində kindən, nifrətdən, neqativ düşüncələrdən uzaqlaşdım. Mən bu metodla tanış olanadək, bədənimin dəyərinin fərqinə varmırdım. Metodla tanış olmazdan ...

Xəstə və kök bədənim keçmişdə qaldı Xəstə və kök bədənim keçmişdə qaldı

Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...

Onlayn təlimlə möhtəşəm nəticə Onlayn təlimlə möhtəşəm nəticə

Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğun ...

Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim

Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az