Qidalanmada niyyət
Qidalanmada niyyət

Qidalanmada niyyət

2019/11/06 62

Şüurumuzun əsas güclərindən biri niyyətdir. Niyyətlər insanın inanclarından qidalanır, mövcud olduğu mühit və ətrafındakı insanların təsirinə düşərək dəyişir. Niyyət, nəyi və necə müşahidə etdiyimizdir, müşahidə etdiklərimiz isə gözləntilərimizin enerjisinə təsir edərək, onu dəyişdirir. Niyyətlər, həm niyyət edənin enerjisini, həm də niyyət olunan qarşı tərəfdəki maddənin enerjisinə təsir edərək dəyişdirər. 

 

Sağlam və ya sağlam olmayan qida yoxdur! Sağlam və ya sağlam olmayan niyyətlər var. Qidaya hansı niyyəti yükləyirsənsə, sənə o istiqamətdə xidmət etməsini təmin etmiş olursan. Niyyət əks enerjiyə təsir edir. Niyyətin nədirsə, nəticələrin də elə olacaq.

 

Bu məlumat qədimdən paranormal olaraq bilinirdi, bu gün isə kvant fizikası və elm bu mövzuya dəqiq məlumatlarla aydınlıq gətiriblər. “Müşahidəçi müşahidə etdiyinə təsir edərək, onu dəyişdirər və o mühitdə olan maddələrin enerjiləri müşahidəçi olan mühit və ya mühitdə olanlar tərəfindən təsir göstərilərək dəyişər”. 

 

Qidalanmada niyyət

 

Niyyətlər anlıq təsirlərə sahibdirlər, təkrarlanan niyyətlər isə şüuraltında inancların yaranmasına səbəb olur. Niyyətlərin təsirləri qısamüddətli, anlıq və ya günlük olur, niyyət eyni məlumat ətrafında davam etdirilərsə onun müddəti və miqdarı artar. Yaradıcı və dağıdıcı niyyətlərin hər ikisi də təsir etmə gücünə sahibdirlər. 

Qidalara müsbət niyyət verilərsə, bu onların enerjilərinə də müsbət təsir göstərər, mənfi niyyət verilərsə - mənfi təsir edər. Bədənə, ayaqlara, münasibətlərə hansı niyyət ilə yaxınlaşsan, o da müvafiq təsiri göstərəcək. Digərlərinə xoş niyyət ilə yaxınlaşsan, həm onların enerjilərinə, həm də öz enerjilərinə müsbət təsir göstərəcəksən. 

Bütün canlılara, heyvanlara və bitkilərə də müsbət və ya mənfi enerjilər təsir göstərər. Cansız olan qidaların da enerjilərinə təsir göstərilər, lakin maddə dəyişdirilməz. Cansız olan əşyalarda da, insanın niyyəti  o əşyadan alacağı xidməti təyin edər. Canlılarda isə vəziyyət fərqlidir, enerjilərinə təsir göstərilər və bir müddət təkrarlandığında maddələrə də təsir göstərilərək, alacağı xidmətlərin dəyişməyinə səbəb olar.

Yeməkdən öncə edilən duaların da səbəbi budur. Yeməkdən öncə yeyiləcək qidaların və ya yedikdən sonra yeyilmiş qidaların bədəndəki təsirinə dualar təsir edər. Lakin vacib faktorlardan biri dua edənin diqqətini duaya yönəltməsi və onu qavramasıdır. Öz dilində edilməyən duaların təsiri azdır. Qidalara edilən dualar, qidalanma və qida haqqında olmalıdır, məsələn bir qida məhsuluna “dünyaya sülh gətirsin” duası etmək mənasızdır. Lakin yeyilən qidanın bədənə “şəfa versin” duası doğrudur və ona təsir edər.

Suya yaradıcı niyyət yüklədiyin zaman o, hər cür arıqlama dərmanından daha təsirli olur. Su detoksikasiyası etmək, dağıdıcı düşüncə və niyyətlərimiz vasitəsilə bədənimizdə əmələ gətirdiyimiz dağıdıcı su molekullarının bədəndən təmizlənməsi deməkdir. İçdiyin suya yeni niyyətlər yüklənməsi vacibdir. Yeni niyyətinlə içəcəyin su köhnə suyun bədəndən kənar edilməsinə və beləliklə, köhnə niyyətinin də dəyişməsinə səbəb olacaq. Bədəni təmizləmək və artıq çəki yaradan bilikləri bədəndən atmaq və daha pozitiv düşüncəni bədənə kodlaşdırmaq üçün otuz gün ərzində içəcəyin bütün suyu bədənində olmasını istədiyin niyyətləri yükləyərək iç. Bundan əlavə, içdiyin suyun miqdarını artır. Otuz gün ərzində də bədəninə yüklədiyin niyyətlərə diqqət yetir, ona hirslənmə, qəzəblənmə, peşmanlıq duyma və artıq çəkisi barədə şikayət etmə. Su içdiyinə və bədənini su ilə təmizlədiyinə görə eyni niyyəti və sevgini suya da bildirməyi unutma. Bunu müntəzəm şəkildə etməyi yaddan çıxaracağını düşünürsənsə, tez-tez su içdiyin stəkana və ya qrafinə “sevgi və şükran” yazaraq problemi aradan qaldıra bilərsən.

 

Qidalanmada niyyət

 

İçdiyin, təmizləndiyin, yeməklərini bişirdiyin su və su ilə bağlı içkilərinə şükran və sevgi niyyətlərini yükləməyi unutma.

 

Yeməklər və içkilərdən başqa gözləntilərin olmağı bütlərə ibadət etmək kimi bir anlayışdır. Lakin, qidada olan enerjinin bədənə daxil olacağı üçün onu yönləndirmək tam başqa anlayışdır. Bir məsciddə, hərkəslə birlikdə “dünyamıza sülh gəlsin” duasını etmək sitayiş etmək deyil, bir xoş niyyətdir və müsbət təsir edər. Dualar, bir növ niyyət təlqinləridir və təsirlidirlər. Yaradılanlarda bir sehir və ya güc yoxdur, onların içindəki enerjilərə insanlar niyyətlərilə təsir edərək, müsbət və ya mənfi xidmətlərə çevirirlər. 

Güc sənin niyyətindədir və səni yaradan Tanrıdır. 

 

©Deniz Egece


Həmçinin bax:

Həmçinin bax:

Tez-tez verilən suallar (24-38) Tez-tez verilən suallar (24-38)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (24-38) ...

Tez-tez verilən suallar (52-64) Tez-tez verilən suallar (52-64)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (52-64) ...

Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi

Deniz Egecenin Təlimlə Arıqlama metodu ilə təsadüfən tanış oldum. İlk öncə inandırıcı gəlməsə də, ətrafımda bu metoddannəticə etmiş insanlar var idi, mən də sınamaq istədim. Deniz Egece Arıqlama Düşərgəsində ilk dəfə bacım iştirak ...

Düşüncələrimizin həyatımıza təsiri Düşüncələrimizin həyatımıza təsiri

Şüur, aləmlərdə dövran edir, gələndə bədənin şəklini alır, gedəndə isə bədənini yox edir. Şüur tarla kimidir, nə əkirsənsə, onun da meyvəsini verir. Yaradıcı düşüncələr əksən, bədənində pozitiv duyğular, gözəl davranışlar yaranar. ...

Tez-tez verilən suallar (65-75) Tez-tez verilən suallar (65-75)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (65-75) ...

7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi 7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi

Kitabın yetərli olmadığını düşündüm, bu haqda daha çox məlumat istəyirdim deyə Şüur kodlama cihazını əldə etdim. O da bir başqa motivasiya verirdi. Bu metodla bağlı nə varsa hamısını araşdırdım, online təlim olduğunu gördüm, ona d ...

Gülmək ömrü uzadır, stressdən azad edir Gülmək ömrü uzadır, stressdən azad edir

Dərinin tez qocalmaması üçün gülüş ən gözəl vasitədir. Çoxları elə düşünür ki, gülən zaman insanın üzündə qırışlar yaranır. Amma mütəxəssislər bildirirlər ki, gülüş üz əzələlərini möhkəmləndirir, dərini sağlam və cavan saxlayır. B ...

Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

Əslində prinsip çox sadədir: yemək-içməyə maraqları olmayan bu insanların zehinlərini pəhriz siyahıları və yeməklə məşğul edərək, zehin xəritələrində yeməyə olan maraqlarını artırıram. Əvvəlcə, özlərinə sərhəd qoysalar da, qısa mü ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az