Monoton həyat tərzi kökəldir
Monoton həyat tərzi kökəldir

Monoton həyat tərzi kökəldir

2019/11/04 52

Eyni hərəkətlərin hər gün təkrar-təkrar edilməsi monotonluq yaradır. Monotonluq həyat şərtləri ilə əlaqəli deyil, insanın öz həyatı haqqındakı sabit düşüncə və inancları ilə əlaqəli bir faktordur. Monotonluq insanın həyatına və bədəninə zərər verir və nəticədə xəstəliklərə səbəb olan düşüncələr yaradır. Həyat, hər insana sonsuz sayda imkanlar və üstünlüklər təklif edir, lakin insan şüuraltında vərdiş etdiyi davranışlardan azad olmadığı müddətcə monotonluq davam edər. Bu isə məhdudiyyətli bir həyat yaşamağa və bir müddət sonra bədənin zərər görməyinə səbəb olar. 

İnsan inandırqlarının nəticələrini yaşayarkən, inanmadıqlarının da nəticələrini də yaşayır. Həmçinin, insanın inandıqları, yeni imkan və fürsətlərin də qapılarının bağlanmağına səbəb olur.  Monotonluq həyatın təklif etdiyi sonsuz fürsətlərin əvəzinə keçmişdə seçilmiş tək imkanların yaşanmağına səbəb olur. 

Şüuraltı, ümumi quruluşuna görə monoton bir yanaşmaya sahibdir. Təcrübədən keçirdiyi, öyrəndiyi və inandığı məlumatları təkrarlamağı və qorumağı sevir. Ənənələrə sadiq və mühafizəkardır, bu səbəbdən də monotondur. Monoton bir yanaşma şüurun və bədənin yeni, təzə enerji və ya məlumatlarla qidalanmadan asılı olmaq deməkdir. Təzə və yeni məlumat və enerjilərlə qidalanmadığında, bədəndə hərəkət miqdarını addım-addım azaldı, bu isə vaxtından tez qocalmağa səbəb olur. 

Şüuraltının əvvəldən öyrəndiyi və inandığı məlumatları təkrar-təkrar etməyinin səbəbi, insanı güvəndə və həyatda saxlaya bildiyinə inanmağıdır. Köhnə məlumatları artıq təcrübədən keçirtmiş olmağı səbəbilə nəyin təhdid, nəyin etibarlı olduğunu bilir. Köhnə məlumat və təcrübələri tanıdığı üçün onları asanlıqla edər, yeniliklər isə yaddır. Yad məlumatların necə nəticələrə səbəb olacağını bilməz, beləliklə də əmin olduğu sadə və qısa yol olan bildiyi məlumatlardan istifadə edər. Şüuraltı nə etməli olduğunu bildiyində, şüursuz şəkildə köhnə davranışları təkrarlayır. Bu da təbii ki, monoton bir həyata gətirib çıxarır. Şüur yeniliklərə açıqdır, lakin şüuraltında dəyişiklik və yenilik haqqında müsbət məlumatlar yoxdursa, o, yeniliklərə müqavimət göstərər.

İnsan, artıq çəkilərindən uzun müddətdir azad ola bilmirsə, bu o deməkdir ki, həyat şərtləri monotondur. Monotonluq davam etdiyi müddətdə, çəki də sabit qalacaq. Monoton davranışlar dəyişməlidir, gündəlik həyata yeni hərəkət çeşidləri əlavə olunmalıdır.

 

Monoton həyat tərzi kökəldir

 

Monotonluq insanın daim eyni yaşamağına, tez qocalmağına, motivasiyasının enməyinə, fürsət və imkanların qapılarının qapalı qalmağına, məhdudiyyətli bir həyat yaşamağına, mənfi düşüncələrin bir müddət sonra artıq çəkiyə səbəb olmağına səbəb olur. Monoton olan şüuraltının, monotonluqdan azad olmağı üçün 3 fərqli yanaşma var. 

 

1.    Gündəlik davranışları fərqli formada həyata keçirmək.

İşə başqa bir yol ilə gedin, yetkin bir insansansa bir müddət uşaq kimi hərəkət et, bir marafona qoşul, yemək yeyəndə başqa bir masa arxasına otur və s. 

 

2.    Gündəlik davranışlarından başqa digər fərqli hərəkətlər də et. 
 Daim edilən hərəkətləri çeşidləndirmək də, şüuraltını monotonluqdan azad edər. Fərqli məlumat və enerjilər sərf olunduğunda şüur və bədən də qidalanır. Heç vaxt yemədiyin və ya çox uzun bir müddət yemədiyin bir yemək ye, getmədiyin bir restorana get, fərqli mağazalardan alış-veriş et, yeni insanlarla tanış ol, etmədiyin hərəkətləri et, fərqli məkanlara get və s.

 

3.    Şüuraltına “dəyişiklik və fərqlilik” haqqında müsbət inanclar kodla.

Şüuraltına, yaxşı və pis olaraq ayırmaq yerinə, hər şeyin fərqli olduğu və hər fərqliliyini yaxşı və pis tərəflərinin insana görə dəyişkən olduğu izah olunmalıdır. Həyat və bədənin sabit olmadığını, bir proses olduğunu, anbaan dəyişdiyini və yeniləndiyini izah etmək lazımdır. Düşüncə fasilələrində sözlü və ya görüntülü üsullarla şüuraltının monoton quruluşu dəyişdirilə, müqaviməti qırıla və yeniliklərə icazə verilə bilər. 
 


Həmçinin bax:

Həmçinin bax:

Tez-tez verilən suallar (1-10) Tez-tez verilən suallar (1-10)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (1-10) ...

Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa Onlayn seanslar ilə ideal bədəninə qovuşan Deyyan Mustafa

Bu vəziyyət məni çox narahat edirdi, istədiyim paltarları geyinə bilmirdim. Ətrafımdakı insanlarla münasibət yaratmaq istəmirdim. Özümü çox pis hiss edirdim, özümə inamım tamamilə yox idi, hərəkətsiz bir həyat yaşayırdım və özümə ...

Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

Əslində prinsip çox sadədir: yemək-içməyə maraqları olmayan bu insanların zehinlərini pəhriz siyahıları və yeməklə məşğul edərək, zehin xəritələrində yeməyə olan maraqlarını artırıram. Əvvəlcə, özlərinə sərhəd qoysalar da, qısa mü ...

Mən bacarıram, sən də bacararsan Mən bacarıram, sən də bacararsan

Bu yaxınlarda isə kökəlməyimin səbəbini öyrəndim. Dəniz bəyin kitabında oxumuşdum. "Bu günki bədənin keçmiş düşüncələrinin nəticəsidir". Bəzi insanlar özlərini o qədər də çox sevmirlər məndə onlardan biri idim. Özümü heç vaxt sevm ...

Arıqlamağımıza mane olan 8 əsas faktor Arıqlamağımıza mane olan 8 əsas faktor

Pəhriz seçimində, adətən, bir çox insanlar hipokalorik pəhrizi (aşağı kalorili qidalanma) seçir, bu isə çəkinin azalmağına deyil, sadəcə enerji sərfiyyatına təsir göstərir. Orqanizm, fəaliyyətini davam etdirmək üçün enerji sərf et ...

Gülmək ömrü uzadır, stressdən azad edir Gülmək ömrü uzadır, stressdən azad edir

Dərinin tez qocalmaması üçün gülüş ən gözəl vasitədir. Çoxları elə düşünür ki, gülən zaman insanın üzündə qırışlar yaranır. Amma mütəxəssislər bildirirlər ki, gülüş üz əzələlərini möhkəmləndirir, dərini sağlam və cavan saxlayır. B ...

Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi Arıqlamaq üçün düşərgəyə getdim, bütün həyatım dəyişdi

Deniz Egecenin Təlimlə Arıqlama metodu ilə təsadüfən tanış oldum. İlk öncə inandırıcı gəlməsə də, ətrafımda bu metoddannəticə etmiş insanlar var idi, mən də sınamaq istədim. Deniz Egece Arıqlama Düşərgəsində ilk dəfə bacım iştirak ...

Tez-tez verilən suallar (76-86) Tez-tez verilən suallar (76-86)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (65-75) ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az