Maddələr mübadiləsi və çəki problemi
Maddələr mübadiləsi və çəki problemi

Maddələr mübadiləsi və çəki problemi

2019/11/04 54

Bədənin, hərəkəti və enerjini təmin etmək üçün yaranmış bioloji və kimyəvi dəyişikliklərinə maddələr mübadiləsi (metabolizma) deyilir. Maddələr mübadiləsinin sürəti – bədəndəki hüceyrələrin enerji yandırma sürətidir. Hərəkət etmədən bədənin varlığını saxlamaq üçün lazımi enerjiyə əsas maddələr mübadiləsi deyilir. 

Hər orqanizm, böyümə, inkişaf, istilik, hərəkət, artıma kimi həyati fəaliyyətləri davam etdirə bilmək üçün xarici ətrafdan bəzi maddələr və enerji almaq məcburiyyətindədir. Bu maddələr və enerji, həyati fəaliyyətlərin davam etdirilə bilməsi üçün lazım olan orqanik molekulların sintezlənməsində istifadə ediləcək.

 

Metabolizm üçün tələb olunan enerji orqanizm baxımından qida hesab olunur

 

Maddələr mübadiləsini şərti olaraq aşağdakı mərhələlərə bölmək olar:

1.    Həzm mədə-bağırsaqda həzmedici fermentlərin (pepsin, tripsin, ximotripsin və s.) təsiri ilə mürəkkəb tərkibli qida kiçikmolekullu birləşmələrə çevrilir və müxtəlif metobolizmə uğrayır;

2.    Bağırsaqlarda sorulma gedir. Həzm edilmiş maddələr qana daxil olur və qan vasitəsi ilə müxtəlif üzv və toxumalara çatdırılır;

3.    Daşınan maddələrin qurulması və həmin orqanizm üçün xarakter olur;

4.    Daxil olmuş birləşmələr əlavə və son məhsullara parçalanır;

5.    Mübadilə olunmuş son məhsullar orqanizmdən xaric olur.

 

Maddələr mübadiləsi və çəki problemi

 

Maddələr mübadiləsinin sürəti insanın o andakı düşüncələri, əzələ quruluşu, bədən ağırlığı və həcmi ilə mütənasibdir. İnsanın bədənində artıq yağların olması və əzələlərin zəif olması maddələr mübadiləsinin ümumi sürəti və çalışmasına təsir edir. İkinci təsir isə odur ki, insanın bədəni haqqındakı yanaşması və məlumatları maddələr mübadiləsinin sürətini təmin edə bilən bir faktordur.

Maddələr mübadiləsinin sürəti barədə, kalori hesablarındakı rəqəmlərdə olduğu kimi elmi dəqiq məlumatlar verə bilmərik. Anlıq ölçmələr mümkün olsa da, bədən anbaan dəyişdiyi üçün maddələr mübadiləsi də dəyişəcək. Heç bir alət, cihaz maddələr mübadiləsinin sürətini ölçə bilməz. Çünki maddələr mübadiləsinin sürəti və ya bədən sabit deyil. Maddələr mübadiləm yavaşdır deyib, bunu bəhanə etmək artıq çəkilərdən azad olmağa maneə yaradır. İnsan yaşayırsa, maddələr mübadiləsi də işləyir deməkdir, onun sürəti isə idarə oluna biləcək bir vəziyyətdir, xəstəlik və ya genetik bir hal deyil. 

 

Pəhriz saxlanıldığı zaman metabolizma 40% azalaraq, bədəndə yağ ehtiyatı yaratmağa başlayır. 

 

Bəzi insanlar maddələr mübadiləsinin sürətinin yavaş olduğundan şikayət edərlər. İnsan, həkimin dediyi və ya öz fikrini təlqin olaraq təkrarlayaraq doğru olduğunu hesab edərək qəbul edər. Şüuraltı isə bunu doğru məlumat kimi qəbul edər və reallaşdırar. 
“Nə yeyirəmsə yeyim, çəkim artır, maddələr mübadiləm yaxşı işləmir, artıq çəki mənə yaraşır, bu hal bizdə irsidir, ailəlikcə beləyik, çəkimlə barışmışam, məni sevən bu cür sevsin, artıq çəkim məni narahat etmir, bu artıq çəki məni bir gün öldürəcək, kök olmağa nifrət edirəm, artıq çəkiyə görə diz ağrılarım keçmir” şəklində səsli və ya səssiz danışıqların şüuraltına zərər verəcək. Şüurüstünün fikri artıq çəkiyə yönəldiyi müddət ərzində artıq çəkilər bədəni tərk etməyəcək.

Bədəninin hansı şəkildə olmasını istəyirsənsə, o şəkildə də niyyətini müəyyənləşdir. Orqanlarına ondan gözlədiyin funksiyaya uyğun mənalar yükləməlisən. Maddələr mübadiləm yaxşı işlədiyi, yediklərinin və içdiklərinin sənə enerji, gənclik, güc, zəriflik, hərəkətlilik, gözəllik verdiyini, qana, saça, dırnağa, hüceyrəyə, orqanlara, sağlamlığa və ideal bədənə çevrildiyinə dair niyyətini gücləndirməlisən.

 


Həmçinin bax:

Həmçinin bax:

96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan 96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan

O an başa düşdüm ki, həddindən artıq çəkiliyəm. Mütləq çəki atmalı idim və metodları araşdırmağa başladım. Pəhrizlər haqqında çox məqalə oxudum, bir çox pəhrizləri araşdırdım və insan bədəni üçün bütün pəhriz proqramlarının zərərl ...

Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

Əslində prinsip çox sadədir: yemək-içməyə maraqları olmayan bu insanların zehinlərini pəhriz siyahıları və yeməklə məşğul edərək, zehin xəritələrində yeməyə olan maraqlarını artırıram. Əvvəlcə, özlərinə sərhəd qoysalar da, qısa mü ...

Hərəkət və qidalanma balansının əhəmiyyəti Hərəkət və qidalanma balansının əhəmiyyəti

Nə yediyin deyil, nə qədər yediyin əhəmiyyət daşısa da, ondan da əhəmiyyətli olan nə qədər hərəkət etməyindir. Gün ərzində 10.000 kalori qəbul edən bir insan əgər 11.000 kalori sərf edəcək hərəkət edirsə, səncə o artıq çəki alar? ...

“Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece “Qidalanma sizin çəki almağınıza səbəb olmaz” – Deniz Egece

Qalıcı arıqlama üçün şüuraltında yatan inancları, duyğuları, düşüncələri dəyişdirmək lazımdır, yediyiniz yeməkləri deyil. “Arıqlamada son söz” kitabında da deyildiyi kimi pəhrizlər qalıcı arıqlamağa kömək etməz. Çünki pəhrizdə qid ...

48’dən 40 ölçüyə qədər incələn Həvva xanım… 48’dən 40 ölçüyə qədər incələn Həvva xanım…

Mən – Almaniyadan Həvva Akduman. 10 il bundan öncə qaynatamı və anamı itirdim. 3 il öncə isə gənc yaşda qardaşımı itirdim. Hər zaman məni qardaşıma oxşadırdılar, onun ölümündən sonra isə mən də gənc yaşda öləcəm deyə həyatdan soyu ...

Qidalanmada miqdarın əhəmiyyəti Qidalanmada miqdarın əhəmiyyəti

Təbiətin yağışına pis deyə bilmərik, yağışın miqdarı fayda və ya zərər verər. Küləyə də pis deyə bilmərik, yetərli miqdarda olduqda fayda, həddindən artıq sürətli olduqda isə zərər verər. Alov üçün oksigen və su az miqdarda fayda ...

Tez-tez verilən suallar (52-64) Tez-tez verilən suallar (52-64)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (52-64) ...

Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT

Çox miqdarda qidalanmanın artıq çəki yaradan səbəb olduğunu qəbul etməlisiniz. Sağlam və ideal bədən üçün bədəninin verdiyi siqnalların fərqinə vararaq, qidalanmaq doğrudur. Heç bir qidanı məhdudlaşdırmadan yeyə bilərsiniz, vacib ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az