Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT
Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT

Sağlamlığınızla bağlı bilməli olduğunuz 10 FAKT

2019/11/01 100

Sağlamlıqla bağlı bilməli olduğunuz faktların siyahısını sizə təqdim edirik:

 

1. Qidanın çeşidi deyil, miqdarı zərərlidir

Çox miqdarda qidalanmanın artıq çəki yaradan səbəb olduğunu qəbul etməlisiniz. Sağlam və ideal bədən üçün bədəninin verdiyi siqnalların fərqinə vararaq, qidalanmaq doğrudur. Heç bir qidanı məhdudlaşdırmadan yeyə bilərsiniz, vacib olan miqdar olaraq qidalanmaqdır. Hər dəfə ən çox mədənin böyüklüyü olan yumruğunuz qədər yeməlisiniz.

 

2. Hərəkətlilik uzun ömrün açarıdır

İndiki dövrdə gündəlik həyatda aktiv qalmaq (daha çox gəzmək, piyada getmək, hərəkətli iş görmək, idman zalına getmək, məşqlərə qatılmaq) bəzən çətin olur. Lakin sağlamlıq üçün oturaq həyat tərzi zərərdir. Son zamanlarda aparılan tədqiqatlar da sübut edir ki, hərəkətli və hərəkətsiz insanların arasında ölüm riski fərqi 80%-ə çata bilər. Siqaret çəkənlər, diabet və ürək xəstəliyi olanlarda da ölüm riskinin faizi eyni dərəcədə yüksəkdir. Hərəkətsizlik, həmçinin, piylənməyədə səbəb ola bilər. 

 

3. Müsbət düşüncələr sağlamlığa da müsbət təsir edir

XXI-ci əsrin insanları daha çox pessimistdirlər. Lakin mənfi düşüncə və duyğuların sağlamlığa etdikləri təsirlərdən xəbəriniz olsa, pessimistliyinizi bir kənara qoyarsınız. Tədqiqatlar sübut edir ki, optimistlər öz sağlamlıqları barədə daha çox məlumatlıdırlar, daha sosialdırlar, xəstəlik və çətinliklərlə daha rahat mübarizə aparırlar. Tez-tez gülmək ürək-damar xəstəlikləri riskini də azaldır. Stress və gərginlikdən uzaq olmaq hər kəsin öz əlindədir.

 

4. Gün ərzində hətta 10 dəqiqə rəqs etmək orqanizmə ciddi müsbət təsir göstərir

Gündə cəmi 10 dəqiqə rəqs etməklə siz çəkinizə nəzarət  etmək, əzələ yığmaq və oynaqları qorumaqla yanaşı, stressə davamlılığınızı artıracaqsınız, mənfi auradan azad olacaqsınız və əhval-ruhiyyənizi yüksəltmiş olacaqsınız.

 

5. Gəzmək qaçmaqdan pis deyil

Əgər hər hansı bir səbəbdən sizə qaçmaq çətindirsə, idman zalına getməyə vaxtınız və ya həvəsiniz yoxdursa, daha çox piyada gəzməklə kifayətlənə bilərsiniz. Vaxtın olmaması, sadəcə, bəhanədir: məsələn, bir dayanacaq tez düşüb piyada getmək, liftdən imtina etmək olar, pilləkənlərdən istifadə etmək sizi bir çox problemlərdən azad edə bilər. 

 

6. Meditasiya istirahətdən daha yaxşıdır

Adi istirahət, sözsüz ki, sizin əhvalınızı xeyli düzəldəcək, lakin bu, çox qısamüddətli effekt verəcək. Günümüzdə aparılmış çoxsaylı tədqiqatlar sübut edir ki, meditasiya daha uzunmüddətli müsbət nəticə verir. 

 

7. Ürək-damar xəstəlikləri xərçəngdən daha qorxuncdur

Adətən, sağlam insanlar ürəklə bağlı problemlərdən çox, xərçəngdən qorxurlar, lakin statistik məlumatlara əsasən, ürək xəstəliklərindən ölüm riski qat-qat yüksəkdir. Xoşbəxtlikdən biz bu xəstəliklərin profilaktikası haqqında çox şeyi bilirik: yenə də fiziki aktivlik, bədənin ehtiyacı qədər qidalanma, zərərli vərdişlərdən imtina.

 

8. Sizin yuxunuzun keyfiyyəti yatdığınız döşəkdən asılı ola bilər

Aparılmış tədqiqatlar göstərir ki, sərt döşək bədənin bud, çiyin hissələrinə təzyiq göstərərək, nəticədə, kürək və boyun nahiyəsində ağrılara səbəb olur.

 

9. Piyin müəyyən nahiyədə əridilməsi mifdir

Piyin müəyyən nahiyədə əridilməsi üçün edilən məşq və pəhrizlər digərlərindən fərqlənmir, yəni bütün bədənə təsir edir. Piylərin harada yığılması barədə qərarı orqanizmimizin özü verir, biz buna təsir göstərə bilmərik. Bud və qarnınızın arıqlamasını istəyirsinizsə, bütövlüklə arıqlamalısınız. “Sahəli arıqlama” cəfəngiyatdır. Hovuzdakı suyu boşaltmaq istəyəndə suyun azalması hovuzun ən sıx yerindən başlayır, ən dərin və çox olan hissəsi isə ən son boşalır. Mayenin fiziki xüsusiyyəti məhz bu cürdür. Orqanizmdən artıq çəkilərin getməsi də bu istiqamətdə baş verir. Artıq çəki əvvəlcə qollardan, barmaqlardan, kürək nahiyəsindən, ayaqlardan, yağlanmanın az olduğu üz bölgəsindən çəkilib gedir, ən axırda isə piylənmənin daha çox olduğu göbək və yançaq hissəsindən yoxa çıxmağa başlayır.

 

10. Gündə səkkiz stəkan su içmək lazım deyil

Alkoqoldan başqa, istənilən içki bizə su verir. Suyun gündəlik normasını adi rasionumuzdan ala bilərik. Yalnız intensiv məşqlər zamanı çox su itirildiyindən daha çox mayeyə ehtiyac olur. Öz orqanizminizə qulaq asın: istədiyinizdən artıq su içsəniz, siz sadəcə olaraq ayaq yoluna daha çox getməli olacaqsınız.  Su içmək vacibdir, o, bədənin səthini təmizlədiyi kimi daxilini də müntəzəm təmizləyərək yeniləyir. Su içmək arıqlatmır, yaxud su içən şəxs kökəlmir, sən su haqqındakı niyyətinin nəticəsini bədənində yaşayırsan, ya da su özündən kənardakı niyyətləri sənin bədəninə ötürür.


Həmçinin bax:

Həmçinin bax:

Elşad Seyfullayevin hekayəsi Elşad Seyfullayevin hekayəsi

Mən – Elşad Seyfullayev, 35 yaşım var, Bakıda yaşayıram. Bizim ailədə hamı - anam, bacım, yoldaşım kökdürlər. Mən özüm də həmişə köklükdən əziyyət çəkmişəm, bu sağlamlığıma da təsir edib. Ətrafımda da, dostlarımın arasında tək kök ...

6 aya 38 kq çəki atdı 6 aya 38 kq çəki atdı

Arıq olan insanların necə arıq qaldıqlarını araşdırmağa başlamışdım. Facebook-da “Arıqlamada son söz” adlı bir kitab çıxdı qarşıma. Əvvəl elə bildim ki, yenə pəhriz siyahıları verən kitablardan biridir. Daha çox araşdırdıqdan sonr ...

3,5 ayda 30 kq arıqladı 3,5 ayda 30 kq arıqladı

Özümü bildiyimdən bəri artıq çəkidən əziyyət çəkmişəm. Uşaqlığımdan bəri çəkili olmuşam. O vaxt bunu tam anlamadığımdan o qədər də problem olmayıb mənim üçün, lakin böyüdükcə çox narahat etməyə başladı məni. Ətrafdan gələn fikirlə ...

96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan 96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan

O an başa düşdüm ki, həddindən artıq çəkiliyəm. Mütləq çəki atmalı idim və metodları araşdırmağa başladım. Pəhrizlər haqqında çox məqalə oxudum, bir çox pəhrizləri araşdırdım və insan bədəni üçün bütün pəhriz proqramlarının zərərl ...

Gündə 10 min addım mifdir ya həqiqət? Gündə 10 min addım mifdir ya həqiqət?

Ağıllı telefonlar (smartphone), pedometrlər (addım sayan cihazlar) və ya mobil telefon proqramları vasitəsilə gündə neçə addım atdığını hesablayan və addımlarının sayı 10 minə çatanda özünü yaxşı hiss edən çox sayda adam var. Laki ...

7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi 7 yaşından artıq çəkidən əziyyət çəkən Hanife Bilgiçin uğur hekayəsi

Kitabın yetərli olmadığını düşündüm, bu haqda daha çox məlumat istəyirdim deyə Şüur kodlama cihazını əldə etdim. O da bir başqa motivasiya verirdi. Bu metodla bağlı nə varsa hamısını araşdırdım, online təlim olduğunu gördüm, ona d ...

Qidalanmada miqdarın əhəmiyyəti Qidalanmada miqdarın əhəmiyyəti

Təbiətin yağışına pis deyə bilmərik, yağışın miqdarı fayda və ya zərər verər. Küləyə də pis deyə bilmərik, yetərli miqdarda olduqda fayda, həddindən artıq sürətli olduqda isə zərər verər. Alov üçün oksigen və su az miqdarda fayda ...

Tez-tez verilən suallar (65-75) Tez-tez verilən suallar (65-75)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (65-75) ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az