49 kq çəki atdı və şəkərli diabetdən azad oldu
49 kq çəki atdı və şəkərli diabetdən azad oldu

49 kq çəki atdı və şəkərli diabetdən azad oldu

2019/10/31 70

Mən – Tolga Yağcı. Başqalarına da faydam olsun və aldığım nəticələr hər kəsə nümunə olsun deyə bu hekayəni yazıram. 

Bu metoda ilk başladığımda 148 kq idim, ilk etapda 110 kq-a qədər arıqladım. Məqsədim və hədəfim iki rəqəmli çəkiyə enmək idi. Sonra 99 kq-a çatdım. Ümumilikdə 49 kq çəki atdım, hələ də davam edirəm.

 “Arıqlamada son söz” kitabını oxuduqdan sonra  illərcə çəkilərimi özümlə daşımağımın mənasız olduğunun fərqinə vardım. Uzun illər şəkərli diabet xəstəsi olaraq yaşadım. Karyeramla əlaqəli olaraq həm Antalyada, həm də Ankarada yaşayıram və tanınmış bir simayam. Ətrafımdakı insanlar da məndə baş verən dəyişiklikləri görəndə çox təəccüblənirlər. 

Deniz Egecenin metodu və kitabı ilə tanış olduqdan sonra arıqlamaq qərarı aldım. Lakin hərəkət etməyə, idman ilə məşğul olmağa nifrət edirdim. İşlərim çox olurdu, bütün gün yorulurdum və işdən sonra idman zalına getmək mənə işgəncə idi. Əslində gənc vaxtlarımda idmanla məşğul olurdum, sonra illər keçdikcə işlərim çoxaldı, idmana vaxt ayırmamağa başladım və bir müddət sonra ümumiyyətlə idmanı tərk etdim. 

Deniz Egecenin Şüur kodlama cihazını əldə etdim, dinləyərək bədənimə olan marağımın və sevgimin artdığını gördüm. Bir müddət sonra sevərək və istəyərək yürüş etməyə başladım. Qidalanmaya olan münasibətim dəyişdi. Bir çox doğru hesab etdiyim, lakin yanlış olan inanclarım dəyişdi. Özümlə üzləşdim, inandıqlarımı dəyişdirməyə başladım. Beləliklə davranış və vərdişlərim də dəyişdi. 

Lakin çəki atmağım mən istədiyim sürətdə davam etmirdi. Online təlimlərə qoşulmaq qərarı aldım. Bu təlimlərdə nələri düz, nələri səhv etdiyimi anladım. Sonrakı müddətdə qısa zamanda 38 kq çəki atdım. 

Online təlimlərdə onu da başa düşdüm ki, bu metod sadəcə arıqlamaq metodu deyil.  Əslində çəki atmaq çox cuzi bir yer tutur Deniz Egecenin metodunda. Öyrəndiklərim bütün bədənim və həyatıma da təsir göstərdi. Hətta işim, ailəm və uşaqlarımla olan münasibətlərim də müsbət istiqamətdə dəyişdi. Bu təsirləri görüb Deniz Egecenin arıqlama düşərgəsinə qatılmaq qərarına gəldim. 

İllər uzunu şəkərli diabet xəstəsi idim, insulin və dərmanlardan istifadə edirdim. Yay ayında məzuniyyət götürdüm və Deniz Egecenin Qalıcı Arıqlama düşərgəsinə qatıldım. Düşərgədə Deniz bəylə tet-a-tet vaxt keçirmək, bütün suallarımı ona yönəldib, cavab almaq imkanım oldu. Düşüncə Fasiləsi tətbiqini öyrəndim. 

 

Düşüncə fasilələrində təsəvvür yaradılması texnikaları vasitəsilə canlandırmalar edərək zehnini aktiv hala gətirə bilərsən. Düşüncə fasilələrində yeni sinapsların  yaradılması, gücləndirilməsi və ya köhnələrin təsirsiz hala gətirilməsi mümkündür.

 

Düşüncə Fasiləsini öyrəndikdən sonra hər şey daha da fərqli olmağa başladı. Bütün həyatımı, bədənimi yenidən kəşf etməyə başladım, yuxudan oyanmış kimi hiss edirdim özümü. İllərdir mənfi düşüncə və duyğularla beynimi yükləmişəm. Düşərgədə, həmçinin, keçmişdə yaşadıqlarımı bağışlamağı öyrəndim. Şəkərli diabet xəstəliyimin beynimdəki dağıdıcı düşüncələrdən yarandığını başa düşdüm. Qidalara qarşı olan asılılıqlarımdan azad oldum, hərəkətə olan inanclarım və çəkiyə qarşı olan münasibətim dəyişdi. 

 

49 kq çəki atdı və şəkərli diabetdən azad oldu

 

Əvvəl qidaları bir-birindən ayırd edərdim, daim yeməkləri yaxşı və ya pis olaraq ayırardım. Bu səbəbdən də hər zaman ağlımda yemək fikirləri olurdu. Nə yesəm arıqlayaram düşüncələri yorurdu məni. Şükür ki, indi istədiyim hər bir qidanı rahatlıqla yeyə bilirəm. 

Düşərgədə və düşərgədən sonra Düşüncə Fasilələrini davamlı olaraq tətbiq etdim. Ömrümün sonuna qədər də etməyə davam edəcəm. 

Bu metod sayəsində dərmanlardan birdəfəlik azad oldum, şəkərli diabet xəstəliyim getdi, arıqladım. Həqiqətən də hər şey beyində bitirmiş. Bədənimlə müharibə aparmağa son qoydum. Başqalarının dediklərinə deyil, bədənimin mənə verdiyi siqnallara əhəmiyyət verməyə başladım. 

Ümumilikdə 50 kq-dan çox çəki atdım. Hərəkətliliyim artdı, sevərək fiziki çalışmalar etməyə başladım. Ailəm və uşaqlarımla daha çox vaxt keçirtməyə başladım. İş həyatım daha sakit davam edir. Keçmişdə bütün yaşadıqlarımı bağışladım. Sadəcə bu ana və gələcəyə baxıram. İnsanlara, Yaradana, həyata olan sevgim artdı. Çox xoşbəxtəm.

Başda Deniz Egece olmaqla, mənə dəstək olan hər kəsə sonsuz sevgi və şükranlarımı göndərirəm. 
 


Həmçinin bax:

Həmçinin bax:

Gündə 10 min addım mifdir ya həqiqət? Gündə 10 min addım mifdir ya həqiqət?

Ağıllı telefonlar (smartphone), pedometrlər (addım sayan cihazlar) və ya mobil telefon proqramları vasitəsilə gündə neçə addım atdığını hesablayan və addımlarının sayı 10 minə çatanda özünü yaxşı hiss edən çox sayda adam var. Laki ...

Piylənmə ölüm riskini artırır Piylənmə ölüm riskini artırır

Ümumdünya Səhiyyə Təşkilatının da bildirdiyi kimi XX-ci əsrin 70-ci illərindən bəri bütün dünyada insanlar arasında artıq çəki və piylənmə problemi 3 qat daha kəskinləşib. Öncə yalnız Birləşmiş Ştatlarda yayılmış xəstəlik, hazırda ...

Öz-özünə müalicə Öz-özünə müalicə

Artıq çəki problemini sənin yerinə bir başqası həll edə bilməz, çünki yaşadıqlarını və şüurunun quruluşunu heç kim səndən daha yaxşı bilə bilməz. Şüurunu kodlamalarla yenidən formalaşdıra bilərsən, qorxuların, mənfi düşüncələrin v ...

Monoton həyat tərzi kökəldir Monoton həyat tərzi kökəldir

Monotonluq insanın daim eyni yaşamağına, tez qocalmağına, motivasiyasının enməyinə, fürsət və imkanların qapılarının qapalı qalmağına, məhdudiyyətli bir həyat yaşamağına, mənfi düşüncələrin bir müddət sonra artıq çəkiyə səbəb olma ...

Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı

İnternetdə axtarış edirdim və “Arıqlamada son söz” kitabına rast gəldim, lakin inandırıcı gəlmədi mənə. Sınamaq istədim. Kitabı oxuyub bitirdikdən sonra, mənim üçün çox şey dəyişdi. Qidalara mənasız hisslər yüklədiyimi, hərəkətə q ...

6 aya 38 kq çəki atdı 6 aya 38 kq çəki atdı

Arıq olan insanların necə arıq qaldıqlarını araşdırmağa başlamışdım. Facebook-da “Arıqlamada son söz” adlı bir kitab çıxdı qarşıma. Əvvəl elə bildim ki, yenə pəhriz siyahıları verən kitablardan biridir. Daha çox araşdırdıqdan sonr ...

Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece Pəhriz arıqlatmır, kökəldir - Deniz Egece

Əslində prinsip çox sadədir: yemək-içməyə maraqları olmayan bu insanların zehinlərini pəhriz siyahıları və yeməklə məşğul edərək, zehin xəritələrində yeməyə olan maraqlarını artırıram. Əvvəlcə, özlərinə sərhəd qoysalar da, qısa mü ...

Tez-tez verilən suallar (11-23) Tez-tez verilən suallar (11-23)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (11-23) ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • info[at]dena[dot]az
  • www.denizegece.az | www.dena.az