3,5 ayda 30 kq arıqladı
3,5 ayda 30 kq arıqladı

3,5 ayda 30 kq arıqladı

2019/10/30 430

Salam, mən – Yuşa Ömer Sarı.
Sizə beyin və şüuraltı gücü ilə necə arıqladığımdan danışmaq istəyirəm. 

 

Bədəndəki bütün funksiyalara həyat verən və ya onu məhv edən çıxış mərkəzi şüuraltıdır. Şüuraltı inanılmaz gücə malikdir.

 

Özümü tanıdığımdan bəri artıq çəkidən əziyyət çəkmişəm. Uşaqlığımdan bəri çəkili olmuşam. O vaxt bunu tam anlamadığımdan o qədər də problem olmayıb mənim üçün, lakin böyüdükcə çox narahat etməyə başladı məni. Ətrafdan gələn fikirlər məni kədərləndirirdi. Dostlarım arasında qınaq obyektinə çevrilirdim. Yaşımın az olmasına baxmayaraq, artıq çəkilərlə yaşamaq bir işgəncə idi mənim üçün.

Bir çox həkimlərə və diyetoloqlara getdim, fərqli pəhrizlər tətbiq etdim, müxtəlif dərmanlar və arıqlama çayları içdim, yəni çəki atmaq üçün ağlınıza gələ biləcək bütün üsulları tətbiq etdim. Lakin heç birindən istədiyim nəticəni əldə edə bilmədim. Hər yeni üsulu tətbiq etdikdən sonra təkrar məyus olurdum. Artıq yorulmuşdum. Çox axtarırdım yeni metodları. Günlərin bir günü yenə də araşdırma aparırdım ki, İnternetdə “HƏR ŞEY BEYİNDƏ BİTİR” sloqanını gördüm, bu kəlmə çox diqqətimi çəkdi. Bu sözə çox inandım və bunu da sınaqdan keçirtmək qərarına gəldim. 

Bu sloqan vasitəsilə Deniz Egecenin düşərgəsi ilə tanış oldum, maraqlandım, araşdırdım və qeydiyyatdan keçdim. Çox həyəcanlı idim, bu dəfə də məyus olmaq istəmirdim. 


Düşərgə başladı. 2 həftəyə qədər bir müddətdə düşərgədə iştirak etdim. Çox möhtəşəm bir ab-hava var idi, hər kəs mehriban və yardımsevər idi. Deniz Egece ilə də tanış olmaq qürurverici idi. Düşərgədə tək “çəki” ilə bağlı problemlərimin deyil, həm də utancaqlıq, stress, həyəcanla bağlı problemlərimin həllini tapdım. Bu mənim üçün çox vacib idi və gənc olduğum üçün mənə mane yaradırdı. Həqiqətən də artıq həyata və gələcəyə fərqli baxıram. Özümü rahat ifadə edə bilirəm, görünüşümdən utanmıram, özümü və ideal bədənimi sevirəm. 

Deniz Egecenin keçdiyi təlimlər tək çəkini atmağa kömək etmir, həmçinin, beyinlə bədəni barışdırır, həyatınıza doğru istiqamət verməyi öyrədir. 
Mən düşərgəyə qatılmamışdan öncə 145 kq çəkidə idim və Deniz Egecenin Qalıcı Arıqlama Düşərgəsinə qatıldıqdan və təlim keçdikdən 3 ay sonra 118 kq qədər arıqladım. Hazırda 115 kq çəkidəyəm və hədəfimə addım-addım yaxınlaşıram. 

 

3,5 ayda ümumilikdə 30 kq çəki atdım.

 

Heç bir idman, pəhriz və dərman olmadan bu nəticəni əldə etdim. İnanmayan insanlara bu möcüzə gələ bilər. Lakin insanın öz düşüncə gücü ilə edə bilməyəcəyi heçnə yoxdur. 
Mən bacardım, siz də bacara bilərsiniz. 

Deniz Egecedən öyrəndiyim ən vacib kəlmə “Tək bir inqilab var, o da insanın içindəki öz inqilabıdır” cümləsidir. 

Mənə yol göstərən və həyatıma böyük qatqı verən Deniz bəyə sonsuz Şükran və sevgilərimi göndərirəm.   


Həmçinin bax:

Həmçinin bax:

Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı Buse Uçarkuş 4 ayda necə arıqladığı barədə bizə danışdı

İnternetdə axtarış edirdim və “Arıqlamada son söz” kitabına rast gəldim, lakin inandırıcı gəlmədi mənə. Sınamaq istədim. Kitabı oxuyub bitirdikdən sonra, mənim üçün çox şey dəyişdi. Qidalara mənasız hisslər yüklədiyimi, hərəkətə q ...

Qidalanmada miqdarın əhəmiyyəti Qidalanmada miqdarın əhəmiyyəti

Təbiətin yağışına pis deyə bilmərik, yağışın miqdarı fayda və ya zərər verər. Küləyə də pis deyə bilmərik, yetərli miqdarda olduqda fayda, həddindən artıq sürətli olduqda isə zərər verər. Alov üçün oksigen və su az miqdarda fayda ...

6 aya 38 kq çəki atdı 6 aya 38 kq çəki atdı

Arıq olan insanların necə arıq qaldıqlarını araşdırmağa başlamışdım. Facebook-da “Arıqlamada son söz” adlı bir kitab çıxdı qarşıma. Əvvəl elə bildim ki, yenə pəhriz siyahıları verən kitablardan biridir. Daha çox araşdırdıqdan sonr ...

96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan 96 kq-dan 76 kq-a qədər arıqlayan Ali Okatan

O an başa düşdüm ki, həddindən artıq çəkiliyəm. Mütləq çəki atmalı idim və metodları araşdırmağa başladım. Pəhrizlər haqqında çox məqalə oxudum, bir çox pəhrizləri araşdırdım və insan bədəni üçün bütün pəhriz proqramlarının zərərl ...

İkbal Sarı Şentürkün bir mesajı var İkbal Sarı Şentürkün bir mesajı var

Deniz Egece metodu ilə 5 aylıq müddətdə 46 bədəndən 38 bədənə qədər arıqlayan İkbal Sarı Şentürk əldə etdiyi nəticələri digər oxucularla paylaşır. ...

Qadağaların mənfi təsirləri Qadağaların mənfi təsirləri

Qadağa, bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, sevgi, hərəkət, ünsiyyət kimi təbii ehtiyaclarımız məhdudlaşdırıldığı zaman bədən küsür, həyat eşqi sö ...

Tez-tez verilən suallar (39-51) Tez-tez verilən suallar (39-51)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (39-51) ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • www.denizegece.az