Elşad Seyfullayevin hekayəsi
Elşad Seyfullayevin hekayəsi

Elşad Seyfullayevin hekayəsi

2019/10/17 1173

Mən – Elşad Seyfullayev, 35 yaşım var, Bakıda yaşayıram. 

Bizim ailədə hamı - anam, bacım, yoldaşım kökdürlər. Mən özüm də həmişə köklükdən əziyyət çəkmişəm, bu sağlamlığıma da təsir edib. Ətrafımda da, dostlarımın arasında tək kök mən olmuşam, komplekslərim dəhşət çox olub. Köklüyümlə əlaqəli mənimlə zarafat da edirdilər, lakin indi edə bilmirlər onu. 

Bədənimdə çox ağırlıq hiss edirdim, təngnəfəslik olurdu, həm daxili, həm xarici görünüşüm məni heç qane etmirdi. 

Əslində heç vaxt arıqlamağa cəhd göstərməmişəm, özümü belə qəbul etmişəm. Daha çox yoldaşımın arıqlamağı üçün addımlar atırdım. Ətrafımdakı xanımlar bir çox metodlardan istifadə ediblər, lakin heç birindən nəticə almayıblar. Arıqlayırdılar, istədikləri çəkini əldə edirdilər, lakin dayandıran kimi, tam əksi olaraq, daha da çox çəki yığırdılar.   

Boş vaxtlarımdan biri idi, İnstagram-da şəkil və videolara baxırdım, Deniz Egece metodunun qeydiyyat forması çıxdı qarşıma. Qeydiyyatdan keçdim, bir neçə gün sonra, hörmətli Günel xanım mənimlə əlaqə saxladı, Deniz Egece Arıqlama metodu haqqında ətraflı məlumat verdi, amma yenə də inandırıcı olmamışdı. Lakin tanış olandan sonra tam əksi, yəni gözlədiyimdən də qat-qat yaxşı oldu. 

İlk “Yatarkən arıqla” CD ilə başladım. Birinci gün qulaq asdım, lakin nəticəsi heç də yaxşı olmadı. Yuxu görən insan deyildim, o gecə isə yuxularımı qarışdırdım. Ondan sonra metoda davam etmək istəmədim. Bu metoddan istifadə edib, bəhrəsini görənə qədər, insana inandırıcı gəlmir. Lakin Günel xanımla danışdıq, mənə izah etdi ki, bu normaldır. Metoda davam etdim, sonra da “Arıqlamada son söz” kitabını əldə etdim. Bu metodla tanış olduqdan sonra həyatım 99% dəyişdi. İnsanlara olan baxışım, qidalanmam, həyat tərzim, geyim tərzim, hər şey dəyişib. 

Uşaq ağlamağı, yüksək səsli danışıqlar, avtomobil siqnalı belə məni əsəbiləşdirirdi.  Hal-hazırda sinir sistemim çox sakitləşib, təmkinli olmuşam, insanları bağışlamağı öyrənmişəm.  Deniz Egece helə məlumatlar verir ki, sanki insanı yuxudan ayıldır. 
Mən heç özümə əziyyət vermirəm, sevdiyim yeməkləri yeyirəm, sevdiyim işlərlə məşğul oluram, həyatım daha da gözəlləşib və heç bir qadağa tətbiq etmədən istədiyim nəticəni əldə etmişəm. 

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az