Piylənmə ölüm riskini artırır
Piylənmə ölüm riskini artırır

Piylənmə ölüm riskini artırır

2019/10/22 411

Piylənmə - mübadilə proseslərinin pozulması nəticəsində orqanizmdə piyin dərialtı toxumada və digər toxumalarda toplanması və bədənin kütləsinin artması ilə xarekterizə edilir. Piylənmə təzahürü - çəkinin artması, dərialtı toxumaya piy yığılması nəticəsində bədənin formasında dəyişiklik yaradır.

 

Ümumdünya Səhiyyə Təşkilatının da bildirdiyi kimi XX-ci əsrin 70-ci illərindən bəri bütün dünyada insanlar arasında artıq çəki və piylənmə problemi 3 qat daha kəskinləşib. Öncə yalnız Birləşmiş Ştatlarda yayılmış xəstəlik, hazırda ikinci və üçüncü dünya ölkələrində də qlobal problemə çevrilib. Azçəkililərlə müqayisədə artıq çəki və piylənmədən ölənlərin sayı artıb. Ümumdünya Səhiyyə Təşkilatının 2015-ci ilin araşdırmalarının nəticələrinə əsasən verdiyi statistikaya istinadən yer kürəsinin 2.1 milyard əhalisi artıq çəkidən və piylənmədən əziyyət çəkir. Ümumdünya Səhiyyə Təşkilatının məruzələrinə əsasən piylənmənin hazırki artım tempi saxlanılarsa, 2025-ci il üçün yer kürəsinin yarısı, yəni hər iki insandan biri artıq çəkidən və piylənmədən əziyyət çəkəcək.

 

Orta hesabla Azərbaycanda yetişkin əhalinin 30-40% insanları piylənmədən, 25-30%-i isə artıq çəkidən əziyyət çəkir. Son illərdə isə bu problem daha da qloballaşıb. Bütün dünya göstəricilərinə əsasən reproduktiv yaş həddində olan qadınların təxmini 30-60%-i artıq çəkidən, 25-27%-i isə piylənmədən əziyyət çəkir.

 

Piylənmə ölüm riskini artırır

 

Dünyada şəkərli diabet xəstəliklərinin 44%-i, ürəyin işemik xəstəliklərinin 23%-i və xərçəng xəstəliklərinin 7-41%-i artıq çəki və piylənmə ilə əlaqədardır.

Piylənmə, adətən, özü ilə yanaşı digər xəstəliklərə də səbəb olur. Məsələn, şəkərli diabet, ürək-damar çatımazlığı, hərəkət aparatı xəstəlikləri, ürəyin işemik xəstəliyi, nəfəs pozğunluğu və hətta XƏRÇƏNG. London İmperial kollecinin alimlərinin araşdırmalarına əsasən, artıq çəki və piylənmə xərçəng xəstəliyinin inkişaf riskini iki dəfə artırır. Piylənmə, hormonal dəyişikliklər və maddələr mübadiləsində problemlər yaradaraq əsasən qaraciyər, öd kisəsi və öd kanalları xərcənginə səbəb olur. Britaniyanın Onkoloji Araşdırmalar Mərkəzinin məruzələrinə əsasən xərçəng yaradan səbəblər arasında birinci yerdə siqaret, ikinci yerdə isə artıq çəki və piylənmə durur.

 

Piylənmə və artıq çəki, adətən, qəbul edilən kalori ilə sərf edilən kalori arasında yaranmış yanlış balansın nəticəsidir.

 

Normal çəkini saxlamaq, piylənmənin qarşısını almaq üçün çox böyük cəhdlər etməyə ehtiyac yoxdur. Lift əvəzinə pilləkənlərdən istifadə etmək, bəzən nəqliyyat vasitələri əvəzinə piyada yol getməklə piylənbə səbəbli xərçəngə yoluxma riskini azaltmış olarsınız.

Artıq çəki və piylənmənin əsas səbəblərindən biri də stress, gərginlik və mənfi düşüncələrdir. Narahatlıq, gərginlik və digər emosional aclıqlar, adətən, daha çox qida qəbuluna səbəb olurlar. Kaliforniya Universitetindən Dana Hannes qeyd edir ki, XXI-ci əsrdə bir çox insanlar oturaq həyat tərzi keçirdirlər, həmçinin, insanlar öz ailələrindən uzaqlaşır, stresə düşür və çatışmazlıqları əvəz etmək üçün artıq yeməyə üz tuturlar.

 

Piylənmə ölüm riskini artırır

 

Dünyada 5 yaşa qədər olan 4 milyondan çox uşaq artıq çəkiyə malikdir.

 

XXI əsrin ictimai səhiyyəsinin ən ciddi problemlərindən biri azyaşlı uşaqlarda piylənmə və artıq çəkidir. Güman olunur ki, artıq çəkili uşaqlar yetkinlik yaşına çatanda daha çox əziyyət çəkəcəklər. Belə uşaqlarda artıq çəkiyə malik olmayan uşaqlara nisbətən daha kiçik yaşlarda şəkərli diabet və ürək-damar xəstəliklərinin yaranma riski çox yüksəkdir. Bu da o deməkdir ki, kiçik yaşda ölüm riski də artırır.

 

Uşaqların qidalanma, fiziki hərəkətlilik, davranış və vərdişlərinə onların əhatəsi təsir edir.

 

Sağlam çəkini qoruyub saxlayaraq, ürək-damar xəstəlikləri, şəkərli diabet və xərçəngin qarşısını ala bilərsiniz.

 

Piylənmə ölüm riskini artırır

 


Həmçinin bax:

Həmçinin bax:

Maddələr mübadiləsi və çəki problemi Maddələr mübadiləsi və çəki problemi

Maddələr mübadiləsinin sürəti insanın o andakı düşüncələri, əzələ quruluşu, bədən ağırlığı və həcmi ilə mütənasibdir. İnsanın bədənində artıq yağların olması və əzələlərin zəif olması maddələr mübadiləsinin ümumi sürəti və çalışma ...

Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi Qalıcı Arıqlama haqqında Fira Cəlilovanın Deniz Egece ilə müsahibəsi

Arıqlama artıq bir çoxlarımız üçün qlobal problemə çevrilib, bu problem hətta bizi gün boyu stressə salır və depressiyaya səbəb olur. Sizə tam yeni və fərqli bir metod təqdim edirik. Bu metod vasitəsilə heç bir idmanla məşğul olma ...

Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi Deniz Egece ilə müsahibə (1-ci hissə) – Leyla Sarabi

Mən övladlığa verilmiş uşaq olmuşam. Buna görə də çox psixoloji problemlər yaşamışam. Hətta o həddə çatmışdım ki, çəkim 160 kilo olmuşdu. Elə bu müddətdə yoqa ilə tanış oldum. Zamanımı daxili təmizlənməyə, ruhumu anlamağa həsr etd ...

Tez-tez verilən suallar (76-86) Tez-tez verilən suallar (76-86)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (65-75) ...

Zumba təlimçisinin arıqlama hekayəsi Zumba təlimçisinin arıqlama hekayəsi

Mən zumba təlimçisiyəm və 2 uşaq anasıyam. Hal-hazırda bunu oxuyanların “İdmanla məşğul olan bir insan arıqlaya bilmir ki?” dediyin hiss edirəm ...

Tez-tez verilən suallar (1-10) Tez-tez verilən suallar (1-10)

Təlimlə qalıcı arıqlama metodu və Deniz Egece məhsulları haqqında tez-tez verilən suallar və onların ətraflı cavabları. Ümumi 86 sualdan ibarət bloqun ilk hissəsi (1-10) ...

Əlaqə üçün:

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815
  • www.denizegece.az