Bədən öz-özünü müalicə edəcək, yetər ki, sən ağlınla bədəninin işinə çox müdaxilə etmə.
Artıq çəki problemini sənin yerinə bir başqası həll edə bilməz, çünki yaşadıqlarını və şüurunun quruluşunu heç kim səndən daha yaxşı bilə bilməz. Şüurunu kodlamalarla yenidən formalaşdıra bilərsən, qorxuların, mənfi düşüncələrin və yanlış inanclarından qurtula bilərsən. Səni səndən daha yaxşı tanıyan biri olmadığı üçün problemlərinin həlli yenə də sənin özündədir. Sirri səndə gizli olan bir problemə yalnız öz daxilində həll yolu tapa bilərsən.
Sağlamlıq və xəstəlik eyni enerjinin iki fərqli qütbüdür.
Zehninin gücü ilə bədəninin səviyyəsinə en, onu dinlə və anlamağa çalış, ehtiyaclarını təmin et. Ona qarşı olma, onunla birlikdə ahəng və uyğunluq içində yaşam prosesini asanlaşdır. Bədəninin müdrikliyinin fərqində deyilsənsə, bu, sənin onu görmək istəməməyindən və zəifliyindən irəli gəlir. Bədəninə nəzər yetir, bax, necə işlədiyinə diqqət yetir, bədənin özünü yarada bilmə gücündədir!
Təbiətdəki ən böyük müalicə mərkəzi şüurun özüdür. Bədəndə xəstəlik yaranırsa və ya bədən xəstəliyi qəbul edə bilirsə, deməli, müalicə də edə bilər, şəfa da qəbul edə bilər. Xəstələnmək və ya sağalmaq şüurdakı məlumatlarla əlaqəlidir. Məlumatlar isə insanın yaşadıqları, gördükləri, qavradıqları, duyğuları, inancları ilə əlaqəlidir.
Uşaq vaxtı dəcəllik edib bir yerini əzəndə ailəndən gizlətdiyin və ya yıxılıb bir yerini əzəndə kişilik əldən getməsin deyə, ağrıtmadığını deyib yardım və müalicədən imtina etdiyin o günləri yadına sal. Dəcəlliyimizi gizlətmək üçün acı çəkə-çəkə içimizə atdığımız və zamanın ixtiyarına buraxanda öz-özünə yaxşılaşan yaralarımızı yadımıza salanda bədənizimin şəfa və müalicə gücünü görməmək artıq qeyri-mümkündür.
Bədəndə problem varsa, həlli zehindədir. Ən böyük həkim sən özünsən və ən doğru müalicə öz-özünə müalicədir.
Avstraliyadakı aborigenlərin müxtəlif otlar və ya enerji təlimləri vasitəsilə bir çox xəstəliyin çarəsini tapdıqlarını, yəqin ki, çox eşitmisiniz. Bu peşəkarlaşmış aborigenlərin uğurudur, yoxsa bədənin özünə çarə qılmaq xüsusiyyətidir? Necə olur ki, barmağını kəsəndə yara öz-özünə qapanır? Bədənin müalicə etmə, özünü yenidən yaratma qabiliyyəti haradandır? Onlarla həkimin və dərmanın müalicə edə bilmədiyi hüceyrə və ya orqanı bədən necə sağalda bilir? Yəqin, çox eşitmisən, bəzi insanlara “müalicəsi yoxdur” deyib, xərçəng diaqnozu qoysalar da, o xəstələr vaxt keçdikcə möcüzəli şəkildə xəstəliyə qalib gəlməyi bacarıblar.
Mən hər zaman anaların “Öpüm, tez sağalsın” deməyini çox sevmişəm, həqiqətən də, həmin öpüşün uşağı sağaltdığına, yəqin ki, şahid olmusan.
Monrealda fəaliyyət göstərən Bliss Xəstəxanasında ana öpüşünün ən güclü ağrıkəsici olduğu və immunitet sistemini möcüzəli şəkildə inkişaf etdirdiyi müəyyən edilmişdir. İngiltərənin Linkolnşir bölgəsində yaşayan Elis Leyson adlı uşaq meningit xəstəliyinə tutulur. Böyrəkləri sıradan çıxır, iflic keçirən kiçik qız dializ və həyat dəstəyi aparatına bağlanır. Bir müddət sonra həkimlər onun ailəsinə artıq heç ümid qalmadığını və qızı aparatdan ayırmaq lazım olduğunu bildirirlər. Aparat söndürülməzdən əvvəl uşağın anası son dəfə qızına vida etmək üçün onu öpür və aparat söndürülür. Amma kiçik qız aparatın sönməsinə baxmayaraq, nəfəs alıb-verməyə, yaşamağa davam edir.
Bədəninin öz-özünü müalicə etməsi şüurundakı daxili məlumatlarla əlaqədardır. Yaradan tərəfindən bütün canlılar üçün yazılmış olan kodlar var. Həyatda qala bilmək, nəsli davam etdirmək və digərləri – faydaları olan daxili kodlamalardır. İnsanın şüurun bu məlumatları ilə mübarizəsi sona çatdıqda şüur bədəni avtomatik olaraq müalicə edir. Bədəndə artıq çəki ehtiyatını yaradan məntiq də eyni şəkildə fəaliyyət göstərir, şüurdakı təbii tarazlıq parametrlərinin pozulması bədənin artıq çəki almasına səbəb olur.
Həmçinin bax:
Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qadağa olmadan ...
Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...
Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...
Metoda ilk başladığım vaxtlar nəticələrə baxıb tez-tez psixoloquma yazırdım, suallar verirdim. Onların necə arıqladığını, nə etdiyini, düşüncələrini necə dəyişdiklərini öyrənməyə çalışırdım və bu mənə möcüzəvi bir şey kimi gəlirdi ...
Sonradan başa düşdüm ki, bütün bunlara səbəb hərəkətsizlik imiş “Biri mənə deməyib ki, a bala dur hərəkət elə” bunu siz mənə anlatdınız, siz mənə başa saldınız. ...
Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...
İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...
Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğun ...