Qadağaların mənfi təsirləri
Qadağaların mənfi təsirləri

Qadağaların mənfi təsirləri

2019/10/22 1360

Qadağa, bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, sevgi, hərəkət, ünsiyyət kimi təbii ehtiyaclarımız məhdudlaşdırıldığı zaman bədən küsür, həyat eşqi sönür. Öz ehtiyaclarına və şüuruna qoyduğun qadağalar səni yaşlandırır, xəstə edir və bədənində artıq çəkinin yaranmasına səbəb olur.

 

Qadağalar bədənin təbii ritminə tətbiq edilən təzyiq deməkdir, nəticə verməzlər. Yalnız bədənin təbii ritminə uyğun fəaliyyət göstərməklə, nəticə əldə edə bilərsən.

 

Qadağaların mənfi təsirləri

 

Qadağalar təşviqedici və çağırıcı xüsusiyyətə malikdir. Qadağalar şüuraltı üçün təkrarlamaq və gücləndirmək mənası daşıyır. Öz ehtiyaclarına qadağa qoymaq şüuraltı üçün qəbuledilməz olduğuna görə o, buna müqavimət göstərəcək, çünki qadağalar, qadağa olunana marağı gücləndirir. Nəfəs almağın qadağan olunduğunu, ya da bir çox nəfəs alma texnikası öyrəndiyini fərz edək, belə bir vəziyyətdə bədən nə edəcək? Cavab çox sadədir, yeni nəfəs alma şəklinin doğrularını, faydalarını təkrarən zehnə izah edib onu yola gətirənə və vərdişə çevirənə qədər vərdiş etdiyi kimi, köhnə qaydada yenidən nəfəs almağa davam edəcək. Qadağalar məhdudiyyət qoyulan şeyə marağı artırır, qavrama hissini gücləndirir. Şüuraltı üçün “çörəyi qadağan edirəm” demək xəmir yeməklərinə, xəmir işi görməyə olan marağı artırmaq deməkdir. Nəyi qadağan etsən, şüuraltında onu təkrarən kodlayacaq, gücləndirəcək və iradənin tükəndiyi an yenidən həyatına daxil etmiş olacaqsan.

 

 

Hər cür qadağanın çağırıcı xüsusiyyəti var: “Mənə tort yemək olmaz, əsla tort haqqında düşünməməliyəm, mən tortdan bazar ertəsi günü imtina edəcəyəm, tort artıq çəki yaradır, ona görə də daha tort yemirəm” kimi sözlərlə şüuraltına tort təsvirlərini göndərərək, tort haqqında fikirlərin güclənməsinə və daim tort haqqında düşüncələrin yaranmasına səbəb olursan.

 

 

Şüur bütün insanların orqanizmində eyni cür fəaliyyət göstərir. Bədənin təbiidir və onun da öz qadağaları var; zehinlə bədənə qoyulan qadağalar insan ağlı nəticəsində meydana gəlir. Bədənə öz ehtiyacları ilə bağlı qadağalar qoysan, bir müddət sonra bədənin səndən qisas almağa başlayacaq. Bədənin siqnallarına qoyduğun qadağalar sənə köklük, xəstəlik və yaşlılıq şəklində geri qayıdacaq.

 

Çəki artırmaq istəyirsənsə, pəhrizə başla.

 

Əslində pəhrizlə kökəlməyin prinsipi çox sadədir: zehnini pəhriz siyahıları və yeməklə məşğul et, “zərərli” hesab edilən qidalara qadağa qoy, qidaya olan marağını artır. Bir müddət sonra isə pəhrizi dayandır. Kökəlmək istəyirsənsə düşüncələrini pəhriz vaxtı yeyə bilmədiklərinə yönəlt, onlara olar marağını artır ki, içdiyin su belə səni kökəltsin. Bütün yediklərini “zərərli” və “faydalı” olaraq ayıraraq, onlara məna və niyyət yükləmə.

 

Qadağaların mənfi təsirləri

 

Pəhriz proqramlarından heç biri qalıcı arıqlatmaz və ideal bədəni ömür boyu saxlamaz. Bəzi pəhrizlər saxlanıldığı müddət ərzində çəki atmağa kömək edər, lakin dayandırdığın anda artıq çəki almağa başlayarsan. Çünki o bir müddətdir. Pəhriz saxladıqdan sonra normal rejimə geri qayıdanda çəkilər də artıqlaması ilə geri qayıdacaq, çünki qidalanma haqqında düşüncə və inanclar dəyişməyib.

 

Pəhriz dedikdə insanların beynində yalnız aclıq hissi, şəkər və duz qadağası, işgəncə, məhrumiyyət düşüncələri yaranır. Pəhriz düşüncəsi beyində davamlı olaraq təkrarlandığı üçün qidalanmaya olan marağı da artırır.

 

Şüuraltı həyatda qala bilmək üçün kodlanıb. “Bundan sonra az yeyəcəm, qadağan edəcəm, məhdudiyyət qoyuram” siqnalları şüuraltına qorxu və narahatlıq verir. Nə düşünürsənsə, nə danışırsansa şüuraltın da onu kodlayır, onu reallaşdırır. Daim pəhriz haqqında düşünmək, yemək haqqında düşünməkdir. Daim yemək haqqında düşünmək, yeməyə olan marağı artırmaqdır.

 

Pəhriz, hər hansı bir insanın fikirlərinə uyğun tərtib edilmiş bir siyahıdır. İnsan bədəninin təbii ehtiyaclarını qarşılamır. Hər insanın bədəninin ehtiyacları gündəlik, həftəlik, aylıq olaraq fərqli ola bilər, hər zaman eyni pəhriz proqramları hər kəs üçün uyğun ola bilməz. Qidalanmanı qadağalarla deyil, bədənin siqnallarına və tələblərinə uyğun olaraq həyata keçirmək lazımdır. Bədənin ehtiyaclarına uyğun qidalanmaq artıq çəkinin yaranmasına səbəb olmur. Artıq çəkiyə səbəb olan zehni qidalanma, yəni emosional aclığın yatızdırılması üçün istiqamətləndirilmiş qidalanmadır.

 

Boğulan hər bir enerji əks istiqamətdə başqa bir enerjinin çatışmasına zəmin yaradır.

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az