Mən bacarıram, sən də bacararsan
Mən bacarıram, sən də bacararsan

Mən bacarıram, sən də bacararsan

2019/10/17 1911

Salam, mən – Baxşızadə Aytac. 

Həyatımın 1/3 hissəsini artıq çəkilərlə, komplekslərlə yaşadım. Niyə kökəldiyimi də bilmirdim. Çünki əvvəl arıq olmuşam, hətta bacım biraz çəkili idi onunla əylənərdimki "utan, bu nə bədəndir yaşıyırsan, biraz arıqla, az ye". Daha sonra, yəni 2009-cu ildən, özüm kökəlməyə başladım. Bu dəfə isə əksinə oldu; bacım arıqladı, çəkilərindən qurtuldu, amma mən getdikcə daha çox, daha çox kökəlməyə başladım və dayandıra bilmədim. Nəhayət o qorxulu rəqəmi may ayında tərəzidə gördüm: 87.8 KQ. Tam tamına 30 kiloqram artıq çəkim var idi. Beləcə 7 il mən 30 kiloqramı özümlə hər yerə daşıdım. 

 

Baxışzadə Aytac

 

Bu yaxınlarda isə kökəlməyimin səbəbini öyrəndim. Dəniz bəyin kitabında oxumuşdum. "Bu günki bədənin keçmiş düşüncələrinin nəticəsidir".

Bəzi insanlar özlərini o qədər də çox sevmirlər məndə onlardan biri idim. Özümü heç vaxt sevməzdim, hər zaman qüsurlarımı görürdüm. Gəlim əsas məsələyə. Fikirləşməyə başladım. Mən 2009-cu ildə niyə kökəlməyə başladım? Həmin tarixdə nələr olmuşdu? Bir bir düşündüm. Və BİNGO! tapdım. 2009-cu ildə dayım evlənmişdi və yoldaşıda çox gözəl idi, amma birazda yaşına görə çəkili idi. Böyük xalamın isə hər zaman onun üçün dediyi bir sözü vardı "üzü gözəldi kaş ki, biraz arıq olsaydı". Fərqində olmadan bu söz beynimə işləmişdi. Şüur altımda "kökəlsəm məndə gözəl olacam" kimi oturmuşdu bu düşüncə.

 

7 il keçdi, mən 30 kilo artıq çəki ilə gəzərkən 2019-cu ilin may ayında İnstagram-da ödənişsiz arıqlama testinə rast gəldim və keçdim Çəkim artıq 90 kq-a çatmışdı. Hərəkətliliyim məhdudlaşmışdı, həddindən artıq çox yeyirdim və stressli idim. Mütəxəssis mənimlə əlaqə saxladı və artıq 3 gün sonra “Arıqlamada Son Söz2 kitabını mənə göndərdilər. İyun ayının 1-də kitabı oxumağa başladım. İlk 2 ay kitabı qavramadan, bədii roman kimi oxudum, sonra yenidən mütəxəssis mənimlə əlaqə saxlatı və təlimat verdi. Kitabı ikinci dəfə başladım oxumağa, daha diqqətlə və qavrayaraq. 

23 iyul 2019-cu ildə qərar verdim: “nə olursa olsun arıqlayacam”. 27 sentyabrda 79 kq çəkidə idim artıq. Belimin ölçüsü 100 sm-dən 86.5 sm-ə düşmüşdü. Hazırda 75 kq çəkidəyəm, irəlidə 20 kiloluq daha yolum var ruhdan düşmürəm mən bacardığımı gördüm.

Hər şeyin beyində bitdiyini anladım. Bunu mənə öyrətdiyi üçün Deniz Egeceyə və onun gözəl səmimi kollektivinə sonsuz təşəkkür edirəm. 

Kiməsə deyəndə ki, sadəcə kitabla arıqlayırsan ona qəribə gəlir, amma deyəndə ki bir şəxsin fikirləri sənin də düşüncəni dəyişir o zaman inanır. Deniz Egecenin fikirləri, yəni bu kitab həqiqətən də insanı dəyişə bilir.

Bu gün qısa köynəklə çox rahat çolə çıxa bildim. Əvvəllər isə enli, uzun yaşıma uyğun olmayan geyimlərlə gəzirdim, mən bacarıram, sən də bacararsan. Çalış, davam et, axtar, fikirləş. Bu gün artıq çəkili olmağına səbəb nədir? Bunu tap. O düşüncəni yıx! Yerində sağlam düşüncələr inşa et.

Sizə minnətdaram haqqınızı necə ödəyəcəyimi bilmirəm. Çox sağolun hər şey üçün. Başda Dəniz bəyə sonra Günel xanıma və ən əsası sizə təşəkkürüm minnətim sonsuzdu. Məni yenidən yaratdınız, özümə güvənim sevgim hörmətim artdı.

Rəyinizi yazın:
✓ Düzgündür

Rəylər


Həmçinin bax:

Həmçinin bax:

Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm Qalxanvari vəz xəstəliyimə qalib gəldim və 56 bədən ölçüsündən 38 bədən ölçüsünə düşdüm

İdeal bədəndə olmağı xəyal edən xanımlar və bəylər! Hər biriniz bunu gerçəkləşdirə bilərsiniz. Nəyi həyatınızda görmək istəyirsinizsə ona can atın, tez-tez ideal bədəni və sağlamlığınızı dilə gətirin, bu haqda düşünün. Nəyi yaşam ...

4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı? 4 ay ərzində neyro-arıqlama vasitəsilə necə 20 kq arıqladı?

Artıq çəkilərimdən azad oldum, 4ay ərzində 20kq çəki itirmişəm.Bu mənim üçün inanılmaz nəticə idi! Özü də pəhrizsiz, heç bir qadağa olmadan ...

Xəstə və kök bədənim keçmişdə qaldı Xəstə və kök bədənim keçmişdə qaldı

Bu metod mənim psixoloji vəziyyətimi də çox dəyişdi. Qidalanmaya qarşı düşüncələrim çox dəyişib; pəhriz saxlamıram, lakin yalnız ehtiyac hiss edəndə yeyirəm. İdmanla da məşğul olmuram hazırda, lakin hərəkət miqdarım artıb. Əvvəl ç ...

Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum! Artıq çəkidan əlavə, miqren, bulimiya və psixosomatik xəstəliklərdən azad oldum!

Ən əsası məni narahat edən psixosomatik xəstəliklərimdən azad oldum. Kitab sayəsində kindən, nifrətdən, neqativ düşüncələrdən uzaqlaşdım. Mən bu metodla tanış olanadək, bədənimin dəyərinin fərqinə varmırdım. Metodla tanış olmazdan ...

Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi Təranə İsmayılovanın 20 kq Arıqlama Hekayəsi

Bəzən olur ki, sevdiyim yeməyi artıq yeyirəm, qorxmuram yediyimdən, o zaman da artıq hərəkət etməyə çalışıram. İdman zalına getməyə heç vaxtım yoxdur, sadəcə evdə öz işimi görürəm. Beynimdəki dəyişiklik hər gün daha da artır. Bəzə ...

Onlayn təlimlə möhtəşəm nəticə Onlayn təlimlə möhtəşəm nəticə

Bu səbəbdən də Egece Sağlamlıq və Təlim Mərkəzinə üz tutdum. Orda mənə düşərgə barədə məlumat verdilər, Konyada yaşamağım və övladımın təhsili səbəbilə düşərgəyə qatıla bilmədim. Bu zaman mənə başqa alternativ seçimimin də olduğun ...

Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim Mən bacardım! 46 bədən ölçüsündən 38 bədən ölçüsünə qədər incəldim

Artıq çəkilərimdən yalnız Deniz Egece Qalıcı Arıqlama metodu vasitəsilə qurtulacağıma inandım və başladım. O qədər inamla başladım ki, 3-4 gün ərzində şüuraltım dəyişməyə başladı, yeni inancları və təlqinləri qəbul etdi. Düşüncələ ...

  • Azərbaycan, Bakı, Xətai, Nobel Prospekti 15, Azure Biznes Mərkəzi, Ofis 116
  • +994 (12) 488 6815 | +994 (50) 345 1121
  • www.denizegece.az