Qadağa bir işin görülməsinə qarşı olan, icra edilməməsi tələb olunan bir anlayışdır. Şüurumuzun ehtiyacı olan nəfəs, su, yuxu, maraq, sevgi, hərəkət, təmasda olmaq kimi ehtiyaclarımız məhdudlaşdırıldığı zaman bədən və həyat eşqi bu proses ərzində yoxa çıxır. Öz ehtiyaclarına və şüuruna qoyduğun qadağalar səni yaşlandırır, xəstə edir və artıq çəkinin yaranmasına səbəb olur.

Qadağalar təşviqedici və çağırıcı xüsusiyyətə malikdir. Qadağalar şüuraltı üçün təkrarlamaq və gücləndirmək mənası daşıyır. Öz ehtiyaclarına qadağa qoymaq şüuraltı üçün qəbuledilməz olduğuna görə o, buna müqavimət göstərəcək, çünki qadağalar marağı gücləndirir. Nəfəs almağın qadağan olunduğunu, ya da bir çox nəfəs alma texnikası öyrəndiyini fərz edək, belə bir vəziyyətdə bədən nə edəcək? Cavab çox sadədir, alışdığı tərzdə yenidən nəfəs almağa davam edəcək. Ta ki ona yeni nəfəs alma tərzinin doğrularını, faydalı tərəflərini təkrarən izah edib onu yola gətirənə qədər. Qadağalar məhrumiyyət qoyulan şeyə marağı artırır, qavrama hissini gücləndirir. Şüuraltı üçün “çörəyi qadağan edirəm” demək xəmir yeməklərinə, xəmir işi görməyə olan marağı artırmaq deməkdir. Nəyi qadağan etsən, şüuraltında onu təkrarən kodlayacaq, gücləndirəcək və iradənin tükəndiyi an yenidən həyat tərzinə daxil etmiş olacaqsan.

Qadağalar siyahısı əvəzinə görmək istədiyin işlərin siyahısını tərtib et.

Hər cür qadağanın çağırıcı xüsusiyyəti var: “Mənə tort yemək olmaz, əsla tort haqqında düşünməməliyəm, mən tortdan bazar ertəsi günü imtina edəcəyəm, tort artıq çəki yaradır, ona görə də daha tort yemirəm” kimi sözlərlə şüuraltına tort təsvirlərini göndərərək, tort haqqında fikirlərin güclənməsinə zəmin yaradırsan.

Şüur bütün dünyada yaşayan insanların bədənlərində eyni cür fəaliyyət göstərir. Bədənin təbiidir və onun da öz qadağaları var; zehinlə bədənə qoyulan qadağalar insan ağlı nəticəsində meydana gəlir. Bədənə öz ehtiyacları ilə bağlı qadağalar qoysan, bir müddət sonra bədənin səndən qisas almağa başlayacaq. Bədənin siqnalları sənə şişmanlıq, xəstəlik və yaşlılıq şəklində geri qayıdacaq. Davamını oxumaq üçün kitab sifariş edə bilərsiniz..

Kitabı sifariş etmək üçün:  http://denizegece.az/ariqlamada-son-soz-kitabi/

Əlaqə üçün: http://denizegece.az/elaqe/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*
*