O, otuz beş yaşına qədər fabrika sahibi olub. Günlərin birində işlərini ataraq özünü araşdırmalarına həsr etmək qərarına gəlib. Əlliyə yaxın ölkəni gəzərək, enerji elmi sahələri üzrə təhsil almaqla biliklərini artırıb. Bu müddət ərzində 40 kiloqram arıqlayaraq, vərdişlərindən xilas olmağa müvəffəq olub. Üç dildə beş mindən artıq kitabla bağlı araşdırma aparıb, mindən artıq insanla işləyərək seminarlar təşkil edib. Dünyanın həll edə bilmədiyi ideal bədən sirri problemininhəllinə öz aləmində nail ola bilib.

Artıq çəkinin şüur səviyyəsində psixosomatik bir problem olduğunu anlayaraq, fərdin öz-özünü işıq və səs yolu ilə tam şəkildə müalicə edə biləcəyi ilə bağlı yanaşmanı inkişaf etdirib və insanlara təqdim edib. O, Uzaq Şərq, Avropa və Amerikada yoqa, yoqa terapiyası, kontemplasiya, pilates, NLP, hipnoz, hipnoz meditasiyası, meditasiya, kvant fi zikası, fotoqrafi k yaddaş, səs və işıq terapiyası, ayurveda, sürətli oxuma, reyki, fen-şuy, bioenerji və bədən dili üzrə təhsil alıb. Harvard Universitetinin Nyu-York Film Akademiyasında (NYFA) fi lm, subliminal reklam və görüntü texnologiyasını öyrənib. NNB – Neyro Natural Bədən-i yaradaraq, subliminal neyro-texnologiya vasitəsilə yaratdığı “Fərqində olmaq cihazı”, “Şüurun kodlanması cihazı”, “Görüntülü və eşitməli kodlama cihazı”, “Konsentrasiya və motivasiya cihazı” kimi məhsullar psixosomatik terapiya cihazı səviyyəsindəki ilk və yeganə qurğulardır. Əczaçılıqda inqilab Arıqlamada son söz yaratmaq gücünə malik olan bu məhsullar kimyəvi dərmandan istifadə edilməyən, təbii və heç bir əks təsiri olmayan məhsullardır və onlar apteklərdə satışa təqdim olunmuşdur.
Deniz Egece məlum olan müalicə növlərindən savayı öz-özünə müalicə üsulunu inkişaf etdirib, ən güclü dərmanı insanın öz bədənində daşıdığını və ən yaxşı həkimin də insanın əsasən özü olduğunu iddia edir və müdafiə edir. O, düşüncə fasilələrində təşəkkür və sevgi terapiyaları ilə şüur dəyişikliyi tətbiq etməklə məşğul olur. Xəstəliklərin müalicəsində və ya əmələ gəlməsi ehtimal olunan fəsadların
əvvəlcədən müalicə edilməsi üsullarında istifadə edilən səs və işıq ilə şüurun kodlanması işlərini həyata keçirməkdədir. O, öz-özünə müalicə və dərman gücünə malik olan “Düşüncə Fasiləsi Texnikası və Metodları” adlı kitabın müəllifidir. Gördüyü işləri, yaratdığı məhsulları dünyaya tanıtmaq və öyrətmək üçün mütəxəssislər, ekspert qrupları ilə işləməyə davam edir.
“Mən məlumatı, şəfanı və azadlığı illər boyunca Uzaq Şərq, Avropa və Amerikada axtardım. Amma məlumat, şəfa və azadlıq mənim öz içimdə imiş. Sən sən ol, məlumatı, şəfanı və azadlığı öz daxilində kəşf et. Ən yaxşı kitab, ən yaxşı həkim, ən yaxşı dərman sənsən. Sən Yaradanın bənzərsiz möcüzəsi olan SƏNİ hiss edəndə azad olacaqsan.”

“Sən şükür et və sevgi ol, onda cənnətdə olacaqsan.”