Bir şeyin həqiqi səbəbini gizlətmək istəyəndə bəhanələr uydururuq; onlar tamamilə şüuraltının öz vərdişlərindən əl çəkməmək üçün zehində yaratdığı illüziyalardır. Bəhanələr qaçış yolu kimi istifadə edilir, onlar bədəndə müxtəlif problemlərin yaranmasına səbəb olur. Bəhanə olaraq istifadə etdiyin məsum və sağlam yerlərin də bir müddət sonra xəstələnir. Sonra isə həkimə gedib sənə qoyulan diaqnozun həqiqiliyinə inanırsan. Həkimin sənə xəstəliyinlə bağlı sənədləri təqdim etməzdən əvvəl buna bəhanələrinin səbəb olduğunu qəbul etsən, daha yaxşı olar.

Dost-tanışlarına çəkilərinin  səbəbinin yalnış inanc və vərdişlərin olduğunu deyə bilmədiyin üçün günahı bədəndəki məsum və sağlam olan sistemə yükləyərək onun da ziyan çəkməsinə səbəb olursan. Hə, acıdır, amma həqiqət budur!

Bəhanələrinin arxasında gizlənirsənsə, deməli arıqlamaqdan qorxursan! Vərdişlərindən qurtulmaq istəmirsənsə və artıq çəkilərin sənə verdiyi üstünlüklərdən qurtulmaq istəmirsən. İdeal bədəndə yaşamağın üstünlüklərini bilməyən biri bu dəyərlərin fərqinə vara bilməz, amma sonradan artıq çəkisi əmələ gələnlər bu fərqin üstünlüklərini bilirlər. Bəhanələr artıq çəkidə qalmağımıza səbəb olur. Hərəkətə keçib dəyişilməyimizə mane olurlar. Bunu yaxşı dərk etməlisən , bəhanələrinin və ya ittihamlarının arxasında gizlənərək artıq çəki problemini əsla həll edə bilməzsən. Bəhanələr və ya ittihamlar irəli sürmək problemi görmədən olduğu kimi qoyub qaçmaqdır. Güzgüyə baxanda bədənini bəyənmirsənsə, bunun səbəbi sənsən və məsuliyyəti də sənin üzərindədir. “Artıq çəki sənə yaraşır”  ağ yalandır. “Mən özümlə barışmışam” deyirsənsə, deməli problemi daha da dərinləşdirirsən. “Artıq çəkimlə barışmışam” demək öz-özünü aldadaraq özünlə qarşılaşmaq istəməməkdir..

Kitabı sifariş etmək üçün:http://denizegece.az/ariqlamada-son-soz-kitabi/

Əlaqə üçün:http://denizegece.az/elaqe/

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*
*