Deniz Egece məlum olan müalicə növlərindən savayı öz-özünə müalicə üsulunu inkişaf etdirib, ən güclü dərmanı insanın öz bədənində daşıdığını və ən yaxşı həkimin insanın özü olduğunu iddia edən təlimi müdafiə edir.

O, düşüncə fasilələrində təşəkkür və sevgi terapiyaları ilə şüur dəyişikliyi tətbiq etməklə məşğul olur. Xəstəliklərin müalicəsində və ya əmələ gəlməsi ehtimal olunan fəsadların əvvəlcədən müalicə edilməsi üsullarında istifadə edilən səs və işıq ilə şüurun kodlanması işlərini həyata keçirilməkdədir.

O, öz-özünə müalicə və dərman gücünə malik olan “Düşüncə Fasiləsi Texnikası və Metodları” adlı kitabın müəllifidir. Gördüyü işləri, yaratdığı məhsulları dünyaya tanıtmaq və öyrətmək üçün mütəxəssislər, ekspert qrupları ilə işləməyə davam edir.

“Mən məlumatı, şəfanı və azadlığı illər boyunca Uzaq Şərq, Avropa və Amerikada axtardım. Amma məlumat, şəfa və azadlıq mənim öz içimdə imiş. Sən sən ol, məlumatı, şəfanı və azadlığı öz daxilində kəşf et. Ən yaxşı kitab, ən yaxşı həkim, ən yaxşı dərman sənsən. Sən Yaradanın bənzərsiz möcüzəsi olan SƏNİ hiss edəndə azad olacaqsan.”

“Sən şükür et və sevgi ol, onda cənnətdə olacaqsan.”

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*
*