Zehnini və bədənini tanımasan, funksiyalarını bilməsən bədənindən və həyatından istədiyin nəticələri ala bilməzsən. Xam maddəni tanımasan konstruksiyanı düzgün inşa edə bilməzsən. Bu günə qədər biliklərin fərqində olmaq üçün bizə bir çox elm tədris olunub, lakin yaddan çıxan və ehtiyacımız olan elm özünü tanımaqdır.

Özünü tanıyanda kainatda var olan bütün elmlər sənə xidmət etməyə başlayacaq.

Körpə anasının qarnında olanda bütün enerjisini bədənini formaya salmağa sərf edir. 0-6 yaş arasında olan uşaqlar bədənini yaxşı tanıyır. Yaş artdıqca uşağın marağı və öyrənmək həvəsi ətraf aləmdəki şüura yönəlir, bədəninə isə marağı azalır. Zehin və bədən arasında fərq ortaya çıxır. Körpələr və uşaqlar bədənlərini yetkin insanlara nisbətən daha yaxşı tanıyır və enerjilərini daha yaxşı istiqamətləndirə bilirlər.

Təhsil sistemimiz zehni və bədəni bütöv halda öyrənmir, fərdin ehtiyacı olmayan biliyi verir. Əslində uşaqlara öyrədilməli olan bilik zehin və bədənin bütövlüyü və ehtiyacımız olan həqiqi biliyin bədəndə var olmasından ibarət olmalıdır. Kainatdakı bütün biliklər bədənimizdə mövcuddur, buna görə də bədən ən böyük kitabxanadır. Eynşteyn kimi dəyərli alimlər kosmosa uçmadıqları halda kosmosun sirrlərini açmağa müvəffəq olublar. Səncə, Eynşteyn bu biliyi haradan almış ola bilər?

Təəssüflər olsun ki, yetkin yaşa çatanda bədənimizin müdrikliyinin üzərinə eqo biliklərimizlə divar hörməyə başlayırıq. Ona görə də, uşaqlar yetkin insanlara nisbətən daha tez yaxşı olurlar. Dünyada mindən artıq elm sahəsi bilik məqsədilə inkişaf edir, amma yenə də digər elmlərlə “özünü bilmək” elmi arasında fərq var. Bütün elmlər insanlığın məlumatlanmasına xidmət edir, özünü bilmək elmi isə insanın özünü bilmək şüuru ilə məşğul olur. İnsan özünü bildikdən sonra digər elmlərdən faydalı istiqamətdə istifadə etmək ehtiyacını təmin edə bilər. Sən özünü biləndə (tanıyanda) bütün elmlər sənə xidmət edəcək.

Özünü bilmək insana digər elmlərin ona xidmət etməsindən faydalanmaq imkanının yaradılması deməkdir.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

*
*